Təhsil 365 - Logo Mobile

GDU-da “Müharibənin gözləri” adlı sənədli filmin bir hissəsi çəkilib - FOTO

2704.02.2025 - 12:02
GDU-da “Müharibənin gözləri” adlı sənədli filmin bir hissəsi çəkilib - FOTO

Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə “Vətən TV” Media Şirkəti MMC “Müharibənin gözləri” adlı sənədli filmin çəkilişlərinə başlayıb.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, sənədli filmin qəhrəmanlarından biri 2020-ci il oktyabrın 4-də işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərinə endirdiyi raket zərbəsi nəticəsində gözlərini itirən Pərvin Qasımovadır. Bu dəhşətli hadisə baş verəndə Pərvinin 26 yaşı var idi. Pərvin Qasımova 2014-2018-ci illərdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin tələbəsi olub. Oxuduğu illərdə professor Şaiq Məmmədov ona təsviri incəsənətin sirlərini öyrədib. Sənədli filmin süjet xəttinə görə Pərvin ali təhsil aldığı Gəncə Dövlət Universitetinin beşinci tədris korpusunda Şaiq müəllimlə görüşür. Burada onlar ali təhsil illərindəki xatirələrdən danışırlar.

Sənədli filmin digər qəhrəmanı isə 1991-ci ildə Xocavənd rayonunun Tuğ kəndində anadan olan Qədir Qurbanovdur. O, 1996-cı ildə işğaldan azad olunan Füzuli rayonunun Şıvartı kəndində müvəqqəti məskunlaşır. Qədir erməni işğalından yeni azad olunan həmin kənddə dağılan evlərdən birində oynayarkən, ermənilər tərəfindən quraşdırılan minaya düşür. Nəticədə o, hər iki gözünü və sağ əlini dirsəyinə qədər itirir.

“Müharibənin gözləri” sənədli filmində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində gözlərini itirən iki nəfərin taleyi nümunəsində Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Filmdə vurğulanır ki, zaman və məkan məfhumlarından asılı olmayaraq erməni terrorçuluğunun xisləti, mahiyyəti heç vaxt dəyişmir.

Sənədli filmin ssenari müəllifi Etibar Məmmədov, rejissoru Elşən Zeynallı, operatoru isə Fahir Səmədoğludur.

Aydan Ələkbərova

Xəbər Lenti

Əməkdar artist Ətayə Əliyevanın doğum günüdür02.05.2026 - 04:18
Azərbaycanın əməkdar artisti Məmməd Sadıqovun anım günüdür02.05.2026 - 04:00
AzMİU-da VII Karyera Sərgisi: kadr seçimi və əməkdaşlıq modeli01.05.2026 - 19:54
Məktəblilər RFO-dan gümüş və bürünc medal qazanıblar01.05.2026 - 19:46
DİM-də işə qəbul imtahanı keçirilib01.05.2026 - 19:38
Kollec tələbələri BMU ilə tanış olublar01.05.2026 - 19:32
Nazir Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 19:25
Dövlət qulluqçuları üçün təlimlər keçirilib01.05.2026 - 19:16
DİM: 326 nəfər imtahana gəlməyib01.05.2026 - 19:08
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək01.05.2026 - 19:00
“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib01.05.2026 - 18:55
“Azərbaycançılıq: tarixdən müasirliyə” layihəsinin icrasına başlanılıb01.05.2026 - 18:54
Xankəndi şəhərində intellektual festival01.05.2026 - 18:53
“Azərbaycan xalçaçılığının inciləri” layihəsi milli irslə bağlı yeni tədqiqatlar təqdim edib01.05.2026 - 18:50
Şəhid kəşfiyyatçıya həsr edilən "Zakirin essesi" filmi təqdim olunub01.05.2026 - 18:48
“Euronews” Azərbaycan cazı haqqında reportaj yayımlayıb01.05.2026 - 18:46
Ölkəmizdə vərəmlə mübarizə tədbirləri gücləndirilir – yeni laboratoriya açılıb01.05.2026 - 18:45
Ankarada “Heydər Əliyev və Türk dünyası” mövzusunda müzakirələr aparılacaq01.05.2026 - 18:40
Bakıda II “Opera Günləri” “Koroğlu” ilə açılacaq, “Otello” ilə yekunlaşacaq01.05.2026 - 18:38
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib01.05.2026 - 18:35
Opera və Balet Teatrı Sumqayıtda qastrol proqramı ilə çıxış edib01.05.2026 - 18:32
ABŞ-də məktəbə bıçaqlı hücum: 5 nəfər yaralandı01.05.2026 - 18:30
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub01.05.2026 - 18:25
Muraz Məmmədov: Son iki ildə attestasiya olunan müəllimlərin 70 faizdən çoxu uğurlu nəticə göstərib01.05.2026 - 18:24
Sabah 26 dərəcə isti olacaq01.05.2026 - 18:20
Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu01.05.2026 - 18:16
Azərbaycanda yeni virus yayılıb? - Açıqlama01.05.2026 - 18:15
Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi01.05.2026 - 18:10
NDU-da “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransı işə başlayıb01.05.2026 - 18:08
Milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza: “Təhlükəsizlik maarifləndirilməsi bağçadan başlamalıdır”01.05.2026 - 18:00
Kompüterdə işləyənlər üçün göz xəstəlikləri riski: Quru göz sindromu və miopiyadan necə qorunmalı?01.05.2026 - 17:55
Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı təşkil edib01.05.2026 - 17:52
Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?01.05.2026 - 17:45
İqtisadiyyat və Humanitar Kollecin tələbələri BMU ilə tanış olublar01.05.2026 - 17:44
ADU-da “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı tələbə-şagird elmi konfransının açılışı olub01.05.2026 - 17:36
Tələbələrin könüllülük proqramında iştirakına dair infosessiya keçirilib01.05.2026 - 17:35
BDU-da təqdimat: Səngəçal karvansarası - Böyük İpək Yolunun unikal abidəsi01.05.2026 - 17:26
LDU ilə Zaqreb Universiteti arasında əməkdaşlıq genişlənir01.05.2026 - 17:25
NDU-nun tələbələri Çində doktorantura təhsili alacaqlar01.05.2026 - 17:15
Aprelin 5-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər 300 bal toplayıb01.05.2026 - 17:14
Professor Nadir Məmmədli: Ana dilinin inkişafı elmi müəssisələrin fəaliyyəti ilə birbaşa bağlıdır01.05.2026 - 17:06
Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır01.05.2026 - 17:05
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri beynəlxalq sertifikat əldə ediblər01.05.2026 - 16:59
“Microsoft”un təhsil rəhbəri: “Copilot” müəllimlərin iş yükünü azaldır01.05.2026 - 16:55
“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib01.05.2026 - 16:45
Kollec tələbələri UNEC-in tədris mühiti ilə tanış olublar01.05.2026 - 16:35
Süni intellektlə 220 minlik dil bazası yaradılıb01.05.2026 - 16:25
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 16:15