Təhsil 365 - Logo Mobile

Professor Qorxmaz İmanov: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi modelinin qeyri-səlis variantını yaratmışıq

2904.02.2025 - 14:08
Professor Qorxmaz İmanov: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi modelinin qeyri-səlis variantını yaratmışıq

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi modelinin qeyri-səlis variantını yaratmışıq.

“Tehsil365” Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutuna istinadla xəbər verir ki, bu sözləri İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov müsahibəsi zamanı söyləyib. Müsahibəni təqdim edirik.

– Qorxmaz müəllim, laboratoriyanızda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn vəzifələrin icrası istiqamətində hansı tədqiqatlar həyata keçirilir?

– Qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin ölkəmizin sosial-iqtisadi sisteminin inkişafına istiqamətlənən sərəncamlarının icrasından irəli gələn tapşırıqlar çərçivəsində laboratoriyamızda uzun illərdir tədqiqat işləri uğurla həyata keçirilir. Cari ildə aparılan tədqiqatlarımızın əsas istiqaməti də bu qəbildən olmaqla Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələsidir. Gördüyümüz işlər iqtisadiyyatın diversifikasiya modelinin qeyri-səlis variantının hazırlanması istiqamətindədir.

Bildiyimiz kimi, dünya səviyyəsində iqtisadi diversifikasiyanın qiymətləndirilməsinin bir neçə modeli məlumdur. Bu modellər əsasən riyazi statistik üsullarla həyata keçirilir və müəyyən nəticələr əldə edilir. Lakin iqtisadi göstəricilərin əsası orta ədədlər olduğundan burada qeyri-müəyyənlik problemi ortaya çıxır ki, onun da həllində qeyri-səlis çoxluqların və qeyri-səlis məntiqin tətbiq olunması zərurəti meydana gəlir. Biz də bununla əlaqədar olaraq qeyri-səlis üsullardan istifadə edərək Azərbaycan iqtisadiyyatının diversifikasiya modelinin qeyri-səlis variantını yaratmışıq.

– 2024-cü ildə əldə edilmiş əsas elmi nəticələriniz hansılardır?

– Cari ildə əldə etdiyimiz mühüm elmi nəticə sosial keyfiyyət indeksinin hesablanmasıdır. Sosial keyfiyyət indeksi iqtisadi tədqiqatlarda yeni anlayış olduğuna görə onu bir qədər aydınlaşdırmaq istərdim.

Sosial keyfiyyət nəzəriyyəsi dünyada ilk dəfə olaraq Skandinaviya ölkələrində yaranıb və onun həlli üsulları tətbiq edilib. Sosial keyfiyyət iqtisadi fəaliyyətin sosial nəticələrinin qiymətləndirilməsi göstəricisidir, yəni iqtisadiyyatda əsas göstərici ümumi daxili məhsul olduğundan onun nəticəsini hesablamaq üçün sosial keyfiyyət indeksinə baxılır. Sosial keyfiyyət indeksi sosial müdafiə, sosial birlik, sosial iştirak və sosial inkluzivlik kimi dörd əsas göstəricini əhatə edir.

Qeyd etdiyim kimi, cari ildə laboratoriyamızda sözügedən göstəricilər əsasında hesablamalar aparılıb və sosial keyfiyyətin inkluzivlik indeksinin hesablanması istiqamətində mühüm elmi nəticələr əldə olunub. Nəticələrimiz müxtəlif nüfuzlu jurnallarda, o cümlədən ABŞ-da çap olunan “Discovery Analitics” jurnalında dərc edilib.

– Bu il hansı elmi nəticələriniz praktikada uğurla tətbiq olunub?

– Artıq ikinci ildir ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə işlər həyata keçiririk. Gördüyümüz işlər əsasən, Avropa ilə Asiya arasında körpü rolu oynayan, iqtisadi cəhətdən əsas beynəlxalq ticarət yollarının birləşdiyi əlverişli Azərbaycan dəhlizlərindən keçən müxtəlif nəqliyyat marşrutlarının qiymətləndirilməsidir. Yəni biz Azərbaycandan Şimal və Cənub, Şərq və Qərb istiqamətlərində yüklərin daşınmasını təmin etmək üçün xüsusi model təklif etmişik və onun əsasında nəqliyyat marşrutlarının qiymətləndirilməsini həyata keçirmişik. Qeyd etdiyim kimi, bizim yaratdığımız model hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında uğurla tətbiq edilir.

– Növbəti il laboratoriyanız tərəfindən hansı fundamental tədqiqatların aparılması gözlənilir?

– Bildiyiniz kimi, hazırda rəqəmsal cəmiyyətin yaradılması üçün süni intellekt əsasında geniş tədqiqatlar aparılır. Biz də hazırda süni intellekt üsullarının sosial iqtisadi sistemlərin idarə olunmasında tətbiqi istiqamətində tədqiqatlar aparırıq. Yəni burada riyazi modeldən başqa hazırda dünyada geniş vüsət alan “Dil” modeli və “İqtisadi agentlər” modelinə qeyri-səlis üsulları qoşmaqla yeni modellər sisteminin yaradılması üzərində işləyirik. Mənə elə gəlir ki, bu, gələcəkdə bizim elmimiz üçün yüksək nəticələrdən biri ola bilər.

– “Ölkənin iqtisadi şaxələnməsinin dayanıqlı səviyyəsinin qeyri-səlis qiymətləndirilməsi” mövzusunda apardığınız tədqiqat işinizin iqtisadi inkişafa nə kimi təsirləri var?

– Bu sahədə çalışan iqtisadçılar sözügedən tədqiqatın nəticələrini tətbiq etməklə Azərbaycan iqtisadiyyatının şaxələnmə səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görə bilərlər. Qeyd etməliyəm ki, mənim təklif etdiyim üsullar sadəcə Azərbaycanda deyil, qlobal məkanda da praktiki məsələlərin həllində istifadə edilə bilər.

– İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa istiqamətlənən tədqiqatlarınız varmı?

– Gələcəkdə həmin ərazilərdə olan təbii və insan resursları əsasında yeni model yaratmaq və işğaldan azad olunmuş ərazilərimizin inkişaf istiqamətlərini daha dəqiq müəyyən etmək olar.

–Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsinə yönələn gənclərə tövsiyəniz nə olardı?

– Mənim əsas tövsiyəm gənclərin iqtisadi tədqiqatlarda dəqiq alətlərdən istifadə etməklə düzgün qərar qəbul etmələri olardı. Həmçinin onların IV Sənaye İnqilabı və bununla əlaqədar yaranan süni intellekt, obrazların tanınması və müxtəlif riyazi modellərin, yanaşmaların istifadə olunması ilə daha müasir gənc kimi böyümələrini arzu edərdim. Zənnimcə, bunun üçün ilk növbədə riyazi biliklərə dərindən yiyələnmək, analitik üsulları öyrənmək və onların cəmiyyətin müxtəlif sahələrində tətbiqini uğurla həyata keçirmək lazım gəlir.

Aydan Ələkbərova

Xəbər Lenti

Təhsil Tələbə Krediti Fondundan 57 mindən çox tələbəyə kredit verilib – 466 min manatlıq güzəşt tətbiq olunub05.07.2025 - 11:30
Dubayda 57-ci Beynəlxalq Kimya Olimpiadası keçiriləcək – Azərbaycan da iştirak edəcək05.07.2025 - 11:20
"Azərbaycan tarixinin farsdilli qaynaqları" adlı yeni monoqrafiya nəşr olundu05.07.2025 - 11:10
Milli Aviasiya Akademiyasında 2024-2025-ci tədris ili məzunlarına həsr olunmuş təntənəli “Məzun günü” keçirilib05.07.2025 - 11:00
Sübhan Mamedov Astanada Dünya Kubokunda bürünc medal aldı05.07.2025 - 10:50
Yusif Məmmədəliyevin 120 illiyi qeyd olunacaq05.07.2025 - 10:35
İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib05.07.2025 - 10:20
Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür05.07.2025 - 10:10
İyulun 6-da qeyri-sabit hava gözlənilir05.07.2025 - 10:00
"Aşura yalnız matəm yox, cəhalətə qarşı dərsdir" - Kamran Əsədov05.07.2025 - 08:45
Bir neçə kollecin rəhbər şəxslərinin əmək müqavilələrinə xitam verilib05.07.2025 - 07:50
400 nəfərə yaxın donor qanvermə aksiyasında iştirak edib05.07.2025 - 07:40
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edir05.07.2025 - 07:20
Məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü uşaqlar qəbul edilir05.07.2025 - 07:00
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron sistem vasitəsilə aparılır05.07.2025 - 06:50
Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi yaradılır05.07.2025 - 06:40
19 yaşlı gənc Kürdə batıb 05.07.2025 - 06:30
Aşura günü qanvermə aksiyası keçirilir05.07.2025 - 06:20
Sədr müavini:" Aşura günü qanvermə aksiyasının keçirilməsi Azərbaycanda ənənə halını alıb”05.07.2025 - 06:10
Böyük Britaniyada “Stratus” ştammı yayılıb05.07.2025 - 06:00
Bu gün Azərbaycanda Aşura günüdür 05.07.2025 - 04:42
35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 04.07.2025 - 20:10
İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb04.07.2025 - 20:00
Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar04.07.2025 - 19:50
HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb04.07.2025 - 19:40
Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar04.07.2025 - 19:30
SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb04.07.2025 - 19:20
6 əlavə təhsil mərkəzinə lisenziya verilib04.07.2025 - 19:10
Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib04.07.2025 - 19:00
Beynəlxalq Muğam Mərkəzində Qurban Pirimovun 145 illik yubileyi qeyd olunub04.07.2025 - 18:50
Azərbaycanlı alimlərin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb04.07.2025 - 18:40
Özəl bağçada qrant hesabına təhsil alan uşaqların sayı 1200-dən çoxdur 04.07.2025 - 18:30
Uşaq-gənclər idman məktəblərinin yetirmələri yerli və beynəlxalq yarışlarda1649 medal əldə ediblər04.07.2025 - 18:20
25000-dən artıq şagirdin məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacağı proqnozlaşdırılır04.07.2025 - 18:10
Keçən il 66 nəfər xarici peşə məktəblərinə qəbul olunub04.07.2025 - 18:00
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun vəziyyəti açıqlanıb04.07.2025 - 17:50
Cari ildən “Rəqəmsal məktəb” platformasının tətbiqinə başlanılacaq04.07.2025 - 17:40
109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib04.07.2025 - 17:40
Gələn tədris ilində iki fənnin yenilənmiş kurikulumu tətbiq ediləcək04.07.2025 - 17:30
2024–2025-ci tədris ilində 145 məktəbdənkənar müəssisədə monitorinq aparılıb04.07.2025 - 17:20
Kolleclərdə direktor və direktor müavini vəzifələrinə 20 təyinat olub04.07.2025 - 17:10
20 metodist işə qəbul edilib04.07.2025 - 17:00
UNEC rektoru “Abituriyent Aylığı” çərçivəsində abituriyent və onların valideynləri ilə görüşüb04.07.2025 - 16:50
2024-cü ildə 11 218 tərbiyəçi-müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib04.07.2025 - 16:40
"Rəqəmsal məktəb" platforması 30 mindən çox pedaqoji heyəti və 500 mindən artıq şagirdi əhatə edir04.07.2025 - 16:30
Ölkə üzrə 109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib04.07.2025 - 16:20
9 uşaq bağçasının açılması planlaşdırılır04.07.2025 - 16:10
Naxçıvan Muxtar Respublikasında şagirdlərin nailiyyətlərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib -FOTO 04.07.2025 - 16:00