Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbə təqaüdləri iki aydır ki, ödənilmir.
"Tehsil365" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd olunub ki, tələbələrin dekabr və yanvar ayları üçün təqaüdləri köçürülməyib.
Məsələ ilə bağlı sözügedən təhsil müəssisəsi ilə əlaqə saxladıq. Ali məktəbdən isə bildirildi ki, məsələ ilə bağlı məlumat veriləcək.