Təhsil 365 - Logo Mobile

Tuqay meşələrinin karbontutma potensialı öyrənilib - FOTO

3106.02.2025 - 10:28
Tuqay meşələrinin karbontutma potensialı öyrənilib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusif Abiyev və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyə, Asiya və Qafqaz üzrə regional nümayəndəliyinin meşəçilik üzrə eksperti Cuma Uykunun həmmüəllifliyi ilə “Azərbaycan meşələrində biokütlə və karbontutma potensialının hesablaması metodologiyası” adlı kitabça nəşr olunub.

BDU-dan “Tehsil365”ə bildirilib ki, kitabça Regional İnkişaf İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində hazırlanıb.

Tədqiqatların aparılması və kitabçanın hazırlanmasında BDU-nun Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvləri Nəzirə Abbasova, Fariz Həsənalıyev, Aydan Vəliyeva fəal iştirak ediblər.

Kitabça Tuqay meşələrinin biomüxtəliflik və ekosistem xidmətləri baxımından əhəmiyyətini ön plana çəkərək, onların karbonsaxlama potensialını qiymətləndirən sistemli metodologiyanı təqdim edir. Kitabçada meşə biokütləsinin və karbon ehtiyatlarının hesablanması üçün beynəlxalq standartlara uyğun yanaşmalar, o cümlədən yerüstü və yeraltı biokütlə, ölü odun və torpaq üzvi karbonunun qiymətləndirilməsi, allometrik tənliklərin yaradılması metodikası izah olunub. Kitabçadan ətraf mühit, meşəçilik, biologiya üzrə çalışan mütəxəssislər, həmçinin tədqiqat aparan magistrant və doktorantlar istifadə edə bilərlər.

Layihə çərçivəsində Kür çayı boyunca yayılmış Tuqay meşələri, xüsusilə Qarayazı Dövlət Təbiət Qoruğunun karbontutma potensialı öyrənilib və kitabçada öz əksini tapıb. Samur-Yalama Milli Parkının meşələrində aparılan karbon ehtiyatlarının qiymətləndirilməsi nəticəsində ilk dəfə düzən meşələrinin karbontutma potensialı üçün “Azərkosmos”un peyk görüntülərini analiz etməyə imkan verən spesifik allometrik tənlik təklif edilib.

Qeyd edək ki, layihə çərçivəsində ötən ilin noyabr ayında BDU-da müvafiq təşkilatların mütəxəssisləri, müəllimləri və tələbələri üçün metodologiya üzrə xüsusi təlimlər keçirilib.

Elmina Muxtarlı

Xəbər Lenti

BDU tələbələri Qobustan palçıq vulkanlarının xüsusiyyətləri ilə tanış olublar - FOTO02.05.2025 - 19:13
Məktəb psixoloqu vəzifəsi üzrə müsahibə nəticələrinə dair Apellyasiya komissiyası fəaliyyətə başlayır02.05.2025 - 18:51
Fəlsəfə və Sosiologiya İnstitutunda Ulu Öndәr Heydәr Әliyevə həsr edilmiş tədbir keçirilib - FOTO02.05.2025 - 18:35
ADPU-da süni intellekt və müasir pedaqoji yanaşmalar mövzusunda beynəlxalq görüş keçirilib - FOTO02.05.2025 - 18:20
MEK-də “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda mühazirə dinlənilib - FOTO02.05.2025 - 18:10
“Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023”02.05.2025 - 18:00
Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi02.05.2025 - 17:48
“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir - FOTO02.05.2025 - 17:35
“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir - FOTO02.05.2025 - 17:21
Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar - FOTO02.05.2025 - 17:10
Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib - FOTO02.05.2025 - 17:00
Aqrar sığorta eksperti olmaq üçün tələb olunan ixtisaslarda dəyişiklik edilib02.05.2025 - 16:50
ADPU-da növbəti dəfə "Mən rəhbər olsam” layihəsi keçirilib02.05.2025 - 16:40
Bəzi universitetlərin magistraturalarına qəbul qaydası dəyişib02.05.2025 - 16:30
Gəncədə “Karyera festivalı” keçiriləcək - FOTO02.05.2025 - 16:20
Xalq artisti Möhsün Sənaninin xatirəsi anılıb02.05.2025 - 16:10
“Məktəblinin hüquq bələdçisi” layihəsinə başlanılır02.05.2025 - 16:00
“Gənc istedadlar” liseyində art-terapiya yönümlü sessiya - FOTO02.05.2025 - 15:50
Azərbaycan və Gürcüstan Coğrafiya institutları arasında əməkdaşlıq memorandumu imzalanıb02.05.2025 - 15:40
Özbəkistan ali təhsil müəssisələrinin nümayəndələri BDU-da olublar - FOTO02.05.2025 - 15:30
ATMU-nun kafedra müdiri: Türkiyənin nüfuzlu universitetləri ilə əlaqələrimiz möhkəmlənir - FOTO02.05.2025 - 15:20
“Musiqi dünyası”na elmi səyahət02.05.2025 - 15:10
“Milli dadlar” layihəsinin və eyniadlı onlayn platformanın təqdimat mərasimi keçirilib - FOTO02.05.2025 - 14:47
Xocalıda hərbi sursat partladı: 17 yaşlı oğlan yaralandı02.05.2025 - 14:35
8 nəfərin nəticələri ləğv edilib02.05.2025 - 14:23
Aprel ayında 9 795 müraciət daxil olub02.05.2025 - 14:11
I ixtisas qrupu ilə bağlı DİM-dən AÇIQLAMA02.05.2025 - 13:54
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır02.05.2025 - 13:42
Ötən ay 85 nəfərin diplomu tanınmayıb02.05.2025 - 13:31
LDU-da infosessya keçirilib - FOTO02.05.2025 - 13:20
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib02.05.2025 - 13:10
MDU-da elmi konfrans öz işinə başlayıb - FOTO02.05.2025 - 12:59
İki universitetə qəbulu özləri aparmaq hüququ verilib02.05.2025 - 12:48
Magistraturada YENİLİK: Qabiliyyət imtahanı əsas götürüləcək02.05.2025 - 12:36
Taksi minik avtomobili sürücüləri üçün keçiriləcək imtahana QEYDİYYAT02.05.2025 - 12:24
ETN: 24 510 vətəndaş müraciəti daxil olub02.05.2025 - 12:12
Apellyasiya komissiyası fəaliyyətə başlayacaq02.05.2025 - 12:00
I ixtisas qrupu üzrə tələbə qəbulu qaydası dəyişib02.05.2025 - 11:50
Ali məktəblərin ixtisasları təsdiqləndi - SİYAHI02.05.2025 - 11:40
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar - FOTO02.05.2025 - 11:30
Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib02.05.2025 - 11:20
UNEC tələbələri “JustDanceFest” rəqs festivalının qalibi olub - FOTO02.05.2025 - 11:10
Müəllimlərə güzəştli təhsil kartları veriləcək - Tarix AÇIQLANDI02.05.2025 - 11:00
Sabahın hava proqnozu açıqlanıb02.05.2025 - 10:50
NDU-nun tabeliyinə verilən institutlar: Gözləntilər02.05.2025 - 10:40
“BilBacar” müsabiqəsinin may ayı üzrə hazırlıq mərhələsinə start verilib02.05.2025 - 10:30
Azərbaycanda universitet bir sıra vəzifələrə işçi axtarır – SİYAHI02.05.2025 - 10:20
Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir02.05.2025 - 10:10