"Sentyabr ayında “Qarabağ” Universitetinin tibb fakültəsi və klinikası fəaliyyətə başlayacaq".
"Tehsil365" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, hazırda “Qarabağ” Universitetində 1100 tələbə təhsil alır:
"Növbəti ildə daha 1500 tələbənin bu universitetə qəbulu planlaşdırılır”.