Təhsil 365 - Logo Mobile

Universitetlərin şəhər kənarına köçürülməsi: hansı çətinliklər var? - ARAŞDIRMA + FOTO

7908.02.2025 - 16:39
Universitetlərin şəhər kənarına köçürülməsi: hansı çətinliklər var? - ARAŞDIRMA + FOTO

Universitetlərin şəhər kənarına köçürülməsi ilə bağlı məsələ yenidən aktuallaşıb. Bunu müsbət qarşılayanlarla yanaşı, prosesin asan olmayacağı qənaətində olanlar da var.

Universitetlərin paytaxtdan kənar ərazilərə köçürülməsi məsələsi illərdir müzakirə olunur. Bu prosesin nəqliyyat sıxlığını azaltmaq üçün düzgün addım olduğunu düşünənlərlə yanaşı, reallaşdırılmasının problemli olacağını hesab edənlər də var. Ancaq məsələ yenidən gündəmə gəlib və özü də bu dəfə daha ciddi. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün təsdiqlənən Dövlət Proqramı diqqəti paytaxtda yerləşən ali təhsil müəssisələrinin köçürülməsi məsələsinə yönəldib. Sənədə görə, bu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanması təmin ediləcək.

Universitetlərin köçürülməsinə münasibət isə həmişəki kimi birmənalı deyil. Bütün hallarda məsələnin həlli istiqamətində dünya təcrübəsini də öyrənməyə çalışdıq.

“Tehsil365” "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Təzə, ya köhnə?

Kembric Universitetinin professoru Qərib Mürşüdov hesab edir ki, bu, mürəkkəb məsələdir: "Britaniyaya baxaq: Kembricdə universitet şəhərdədir. Hətta demək olar ki, şəhərin əsas hissəsidir. Oksford da onun kimi. Londonda mənim tanıdığım universitetlər şəhərdədir. Yorkda şəhərdən kənardadır. Ekseterdə şəhərdən bir az kənardadır. Mançesterdə şəhərdədir. İndi gəlin baxaq: Kembric, Oksford və Londondakı universitetlərin yaşı 200 ildən çoxdur. Yorkdakı universitet 60-cı illərdə yaradılıb. Biz o biri universitetlərə də baxa bilərik. Çox güman ki, belə nəticəyə gələcəyik ki, köhnə universitetlər şəhərdə, təzələri isə şəhərdən kənardadır. Tədqiqat institutları da onun kimi. Nisbətən təzə tədqiqat institutları şəhərdən kənardadır. Köhnələri isə şəhərin mərkəzinə yaxındırlar". Professor hesab edir ki, köhnə universitetləri şəhərdən kənara çıxartmaq da, təzə universitetləri şəhərdə tikmək də çox baha başa gələ bilər. Ona görə universitetlərin şəhərdən kənara çıxarılması məqsədəuyğun deyil: "Amma yeni universitetlər və tədqiqat institutlarının şəhərdən kənarda və hətta rayonlarda olması daha məqsədəuyğundur". Q.Mürşüdovun fikrincə, universitetləri yerindən köçürmək nəqliyyat problemini həll etmir: "Bu problemə ayrı cür yanaşmaq daha yaxşı olar. Məsələn, ictimai nəqliyyatın inkişafı, sayının və etibarlılığının artırılması, şəhərdə şəxsi nəqliyyat vasitələri üçün əlavə vergilərin olması".

Həm üstünlüklər, həm də çətinliklər

ADA Universitetinin baş müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Orxan Kərimzadə hesab edir ki, Bakı şəhərində ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi məsələsi tələbələr üçün həm üstünlüklər, həm də çətinliklər yarada bilər. Xarici təcrübə də bu məsələnin müxtəlif aspektlərini nəzərə almağın vacibliyini göstərir: "Əgər ali təhsil müəssisələri şəhərdən kənarda yerləşərsə, bu, ilk növbədə yeni infrastruktura çıxışı təmin edəcək. Belə ki, şəhərdən kənarda yerləşən universitetlər adətən müasir kampuslara və geniş tədris sahələrinə malik olurlar. Bu, tələbələrin təhsil və sosial həyatını daha da yaxşılaşdırmağa imkan verir. Həmçinin şəhər mərkəzindən uzaq ərazilərdə yaşayış xərcləri daha aşağı olduğuna görə, tələbələr üçün maliyyə baxımından daha əlverişli şərait yaranır. Bundan əlavə, şəhərdən uzaq ərazilərdə daha sakit və təmiz mühit mövcuddur ki, bu da tələbələrin təhsil prosesinə müsbət təsir göstərə bilər".

İŞ üzvünün sözlərinə görə, dünyanın bir çox ölkəsində ali təhsil müəssisələri şəhər mərkəzlərindən kənarda yerləşir. Məsələn, ABŞ və Avropa ölkələrində bir çox universitetlər geniş kampuslara malikdir və tələbələr üçün hərtərəfli şərait yaradır: "Türkiyədə də universitetlərin əksəriyyəti şəhərdən kənarda yerləşən kampuslarda fəaliyyət göstərir. Bu təcrübə tələbələrə daha geniş tədris və yaşayış sahələri, eləcə də təbiətlə daha yaxın əlaqə imkanı verir. Eyni zamanda, universitetlərin şəhərdən kənara köçürülməsi şəhərdaxili ictimai nəqliyyat sıxlığını azaldacaq, həmin regionda yaşayış keyfiyyətini artıracaq, yeni infrastruktur və iş yerləri yaradacaq ki, bu da həmin ərazinin inkişafına müsbət təsir göstərəcək".

O.Kərimzadə bu cür dəyişikliklərin bəzi çətinliklər yarada biləcəyini də xatırlatdı. Məsələn, universitetlərin şəhərdən kənara köçürülməsi tələbələr üçün nəqliyyat problemlərinə səbəb ola bilər: "Gündəlik olaraq universitetə getmək üçün tələbələr daha çox vaxt sərf etməlidirlər və onlar ictimai nəqliyyatın çatışmazlığı ilə üzləşə bilərlər. Tələbələrin çoxu ictimai nəqliyyatdan istifadə edir. Eyni zamanda, şəhər mərkəzindəki müxtəlif əyləncə və mədəniyyət obyektlərinə çıxışın məhdud olması tələbələrin sosial həyatını məhdudlaşdıra bilər".

"Tələbələrin rahatlığı da nəzərə alınmalıdır"

Amerikada çalışan təhsil eksperti Qoşqar Məhərrəmov da hesab edir ki, şəhərdə yerləşən universitetlərin özünəməxsus şəhərcikləri varsa, onların şəhərdən kənara köçürülməsi düzgün deyil: "Amma dar binada, sıxılmış bir yerdə fəaliyyət göstərən, kampusu olmayan ali məktəblərin köçürülməsi məqsədəuyğundur. Kampusa malik olmağın müəyyən üstünlükləri var. Orada tələbə üçün yataqxana tikilir, laboratoriyalar qurulur, asudə vaxtın təşkili üçün müəyyən yerlər olur. Bu mənada, universitetin şəhərcik formasında olması və onun içərisində tələbənin həyatının müxtəlif mərhələlərini yaşaya biləcəyi məkanların təşkili önəmlidir. Xarici təcrübədə də elə universitetlər var ki, yalnız bir binadan ibarətdirlər. Bu, yaxşı nümunə deyil. Universitetlərin şəhərcik formasında olması daha faydalıdır. Çünki onda kampus mədəniyyəti formalaşır, tələbələrin sosiallaşması üçün daha münbit şərait yaranır". Ekspert hesab edir ki, universitetlər şəhərin xaricinə köçürülən zaman tələbələrin rahatlığı da nəzərə alınmalıdır: "Fikrimcə, universitetlər yeni tikilən kampuslara köçürüləcəksə, mütləq tələbələr üçün şəhərin bir çox yerindən ödənişsiz və ya endirimli ödənişlərlə servislər təşkil olunmalıdır".

Aydan Ələkbərova

Xəbər Lenti

2025–2026-cı tədris ili üzrə məktəb və məktəbəhazırlıq qruplarına qəbul mərhələsi başlayıb06.07.2025 - 13:10
MDU-nun Şəkidə keçirilən Elmi Şura iclasında vacib qərarlar: Tələbələrə əlavə təqaüdlər, diferensial əməkhaqqı sistemi və yeni təhsil təşəbbüsləri06.07.2025 - 13:00
Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə sərəncam imzalanıb06.07.2025 - 11:30
İmtahan nəticələri iki həftədən sonra elan olunacaq06.07.2025 - 11:20
Qansuda 19 uşaq qurğuşun zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib06.07.2025 - 11:10
DİM II və III qruplar üzrə imtahan keçirib, nəticələr iki həftəyə açıqlanacaq06.07.2025 - 11:00
Qəbul imtahanında qayda pozan 10 nəfər imtahandan kənarlaşdırıldı06.07.2025 - 10:50
DİM-in imtahanları 25 şəhər və rayonda keçirilib06.07.2025 - 10:40
İyulun 7-də Bakıda yağmursuz, rayonlarda yağış gözlənilir06.07.2025 - 10:30
DİM doktorantura və fəlsəfə doktoru danışıq imtahanlarını təşkil edib06.07.2025 - 10:20
Bakı Ali Neft Məktəbində təhsil haqqı yeniləndi06.07.2025 - 10:10
Vəkillər Kollegiyasına növbəti qəbul: 421 namizəd imtahanda iştirak edir06.07.2025 - 10:00
Yaponiyada 5,4 bal gücündə zəlzələ olub 06.07.2025 - 08:00
Qardaşxan Haqqararın şeirləri türk mətbuatında işıq üzü görüb -FOTO 06.07.2025 - 07:50
BSU-da “Şəxsiyyət və suverenlik” mövzusunda III Psixoloji Zirvə konfransı keçirilib -FOTO 06.07.2025 - 07:40
Azərbaycanlı bəstəkar Ruslan Əhmədoğlu Türkiyədə vəfat edib06.07.2025 - 07:30
Tanınmış azərbaycanlı bəstəkar Ruslan Əhmədoğlu vəfat edib 06.07.2025 - 07:20
Türkiyəli jurnalist Timur Soykan sosial şəbəkədəki paylaşımlarına görə saxlanılıb06.07.2025 - 07:10
Velosiped idmanının regionlarda inkişafını hədəfləyən layihəyə start verilir -FOTO 06.07.2025 - 07:00
Mərakeşli jurnalistlər Azərbaycan Milli Kitabxanasının qonağı olublar -FOTO 06.07.2025 - 06:50
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə yekun iclası keçirilib -FOTO 06.07.2025 - 06:40
DİM Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçirəcək 06.07.2025 - 06:30
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək06.07.2025 - 06:20
Kürdə batan 19 yaşlı gəncin meyiti tapılıb06.07.2025 - 06:10
Təhsil Tələbə Krediti Fondundan 57 mindən çox tələbəyə kredit verilib – 466 min manatlıq güzəşt tətbiq olunub05.07.2025 - 11:30
Dubayda 57-ci Beynəlxalq Kimya Olimpiadası keçiriləcək – Azərbaycan da iştirak edəcək05.07.2025 - 11:20
"Azərbaycan tarixinin farsdilli qaynaqları" adlı yeni monoqrafiya nəşr olundu05.07.2025 - 11:10
Milli Aviasiya Akademiyasında 2024-2025-ci tədris ili məzunlarına həsr olunmuş təntənəli “Məzun günü” keçirilib05.07.2025 - 11:00
Sübhan Mamedov Astanada Dünya Kubokunda bürünc medal aldı05.07.2025 - 10:50
Yusif Məmmədəliyevin 120 illiyi qeyd olunacaq05.07.2025 - 10:35
İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib05.07.2025 - 10:20
Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür05.07.2025 - 10:10
İyulun 6-da qeyri-sabit hava gözlənilir05.07.2025 - 10:00
"Aşura yalnız matəm yox, cəhalətə qarşı dərsdir" - Kamran Əsədov05.07.2025 - 08:45
Bir neçə kollecin rəhbər şəxslərinin əmək müqavilələrinə xitam verilib05.07.2025 - 07:50
400 nəfərə yaxın donor qanvermə aksiyasında iştirak edib05.07.2025 - 07:40
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edir05.07.2025 - 07:20
Məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü uşaqlar qəbul edilir05.07.2025 - 07:00
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron sistem vasitəsilə aparılır05.07.2025 - 06:50
Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi yaradılır05.07.2025 - 06:40
19 yaşlı gənc Kürdə batıb 05.07.2025 - 06:30
Aşura günü qanvermə aksiyası keçirilir05.07.2025 - 06:20
Sədr müavini:" Aşura günü qanvermə aksiyasının keçirilməsi Azərbaycanda ənənə halını alıb”05.07.2025 - 06:10
Böyük Britaniyada “Stratus” ştammı yayılıb05.07.2025 - 06:00
Bu gün Azərbaycanda Aşura günüdür 05.07.2025 - 04:42
35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 04.07.2025 - 20:10
İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb04.07.2025 - 20:00
Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar04.07.2025 - 19:50