Bu gün Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan baş tutub.
Bu barədə “Tehsil365”-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib, imtahanın keçirildiyi mühit, namizədlərə öz biliklərini nümayiş etdirmək üçün ideal şərait yaradıb. Kompüter vasitəsilə 4 saat davam edən imtahan, iştirakçıların hüquqi düşüncə və problemləri həll etmək qabiliyyətlərini sınamaq məqsədi daşıyıb.
Yazılı imtahanda test mərhələsindən 60 və ya daha yüksək bal toplayan 207 namizəd iştirak edib. Onlar hüquqi kazusları həll etmə bacarıqlarını sınaqdan keçirərək, nəzəri biliklərini real vəziyyətlərdə tətbiq etməyə çalışıblar.
İmtahanın nəticələri yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən açıqlanacaq.