Təhsil 365 - Logo Mobile

Yeddi arvadı olan "ömürlük prezident" kimlərin əti ilə qidalanırdı...

9911.02.2025 - 13:48
Yeddi arvadı olan "ömürlük prezident" kimlərin əti ilə qidalanırdı...

300 min insanı öldürüb, qurbanlarının ətini yeyən yamyam diktator - İdi Amin...

1971-1979-cu illərdə Uqanda prezidenti olan İdi Amin Dada Oumee 2003-cü ildə ölüb. İdi Amin ölümündən sonra arxasında yüz minlərlə ölü və yurd-yuvasından etdiyi milyonlarla insan buraxdı. İdi Amin 300 min insanı öldürmüş, bəzilərinin ətini yemiş, xüsusilə də hinduları Uqandadan sürgün etmişdir. O, Mossadın dəstəyi ilə hərbi çevriliş edib və sonradan da İsrail və İngiltərənin dəstəklədiyi yamyam diktatordur.İdi Amin 1971-1979-cu illər arasında Uqanda prezidenti olub. 2003-cü ildə Ciddədə xəstəxanada ölüb. Orduya aşpaz kimi girən Amin qısa müddət ərzində yüksəlib. 1971-ci ildə hərbi çevriliş ilə Obotenin iqtidarına son verib dövlətin başına keçdi. İfrat milliyətçi olan Amin ölkəsindəki asiyalıları sürgün etdi və onların yerinə qohumlarını və müsəlmanları gətirdi. Bundan başqa özünü ömürlük prezident elan edən Amin İsrail ilə Fələstin arasında seçim edərək Fələstini dəstəklədi.

Uqandanın müstəqilliyinə qovuşmasından əvvəl zabit rütbəsi olan nadir insanlardandır. Özünü ömürlük prezident elan edəndən sonra "İngilis İmperiyası Fatehi", "Marşal doktor İdi Amin Dada", "Uqanda Silahlı Qüvvələr baş komandanı", "Şura sədri", "Polis şefi", "Həbsxanalar rəisi", Qurudakı heyvanların və dənizdəki balıqların əfəndisi" ünvanlarını da daşımağa başladı. Paltarına taxılan medallar artıq ağırlıq edirdi.Fərqli insan idi, eyni zamanda ağır çəkidə boks üzrə çempion idi. Problemi olan dövlət başçısını məsələni həll etmək üçün rinqə dəvət edirdi. Bütün bunlarla yanaşı bir çox heyvanın və insanın ölümünə görə məsuliyyət daşıyıb. Bir çox insanı timsahlara yem edib, özünün də yamyam olduğu deyilir. Böyük Ata ləqəbi ilə tanınan Amin əvvəllər sevinclə qarşılanmışdı.Amma sonradan etdiyi işgəncələr xalqı məyus etdi. Hakimiyyəti dövründə 300 min insanın ölüm əmrini verən İdi Aminin qəddarlıqları haqqında saysız-hesabsız şahid ifadələri var. Arvadlarından birinin meyitini əlləri ilə parçalayan diktator qızlarının gözü qarşısında öldürtdüyü nazirlər və rahiblərin meyitlərini Nü çayındakı timsahlara atardı. Xidmətçilərinin ifadəsinə görə sarayındakı soyuducuda da bir çox insan kəlləsi olub. Ən çox xoşladığı yemək isə "uşaq dolması" idi. Mütəxəssislərin fikrinə görə, İdi Amin hipomani xəstəsi olub. Uqandada başlayan üsyanı duyan kimi ölkədən qaçıb. Böyrək çatışmazlığı səbəbindən Ciddə şəhərində ölüb.Fiziki gücü və qəddarlığı ilə fərqlənən İdi Amin deyilənə görə, düşmənlərinin başlarını əlləri ilə qoparıb. O, qəbiləsinin inancına görə, ağıllı adamların ətini sözün əsl mənasında yeyirmiş ki, savadları ona keçsin. 1962-ci ildə Uqanda müstəqillik qazanır və o zaman kapitan rütbəsində olan İdi Amin Baş nazir Milton Obote ilə dostlaşır. İdi Aminin köməyi ilə Milton Obote kral II Edvard Mutesanı devirir və 1966-cı ildə özünü prezident elan edir. İdi Amin isə Silahlı Qüvvələrin baş komandanı olur. Korrupsiya və rüşvətxorluqla məşğul olan, həmçinin həbs olunacağından qorxan İdi Amin 1971-ci il yanvarın 25-də Milton Obote səfərdə olarkən dövlət çevrilişi edir və prezident səlahiyyətlərini ələ keçirir, qısa zamanda özünü Uqandanın daimi prezidenti elan edir.7 arvadı olan İdi Amin 3 arvadının cangüdənləri ilə bayram keçirdiyini eşidəndə radioya çıxaraq arvadlarının gəzəyən olduqlarını deyir və onları boşadığını elan edir. Bir müddət sonra arvadlardan biri parçalanmış vəziyyətdə tapılır və hamının, o cümlədən övladlarının da görməsi üçün meyiti xəstəxananın qarşısında nümayiş etdirir. İnsan ətinin duzlu olduğunu açıq deyən prezidentin naharı olmaqdan qorxan savadlı insanların çoxu ölkəni tərk edir və bununla da ölkədə savadsızlıq, cahillik başlayır. 1978-ci ildə İdi Amin keçmiş prezident Milton Oboteyə siyasi sığınacaq verən Tanzaniyaya müharibə elan edir. Sosialist ölkələrinin dostu Tanzaniyaya hücum edən diktator SSRİ-nin dəstəyini itirir və 1979-cu ildə məğlub olur. 11 aprel 1979-cu ildə diktator Kampaladan Liviyaya qaçır. Bir neçə aydan sonra Səudiyyə Ərəbistanına köçür. 1989-cu ildə Uqanda xalqının onu yenidən lider görmək arzusunu xəyal edən İdi Amin Uqandaya hücum etmək barədə fikirləşir, lakin heç nə edə bilmir. Hər gün təhdid dolu məktublar və zənglər alan İdi Amin ömrünün sonlarına yaxın qan təzyiqindən əziyyət çəkir. Komaya düşən diktator 2003-cü il avqustun 16-da Ciddə şəhərinin xəstəxanalarından birində 78 yaşında vəfat edir. O, xalqından etdiklərinə görə heç vaxt üzr istəməyib və heç bir çıxışında peşmanlığını bildirməyib. Afrika qəssabı İdi Amin Dada!

Hər ölkədə ölməyi vacib olan insanlar olmalıdır. Onlar nizam və hüquqa çatmaq üçün hər bir xalqın verməli olduğu qurbanlardır” (İdi Amin Dada). “Uqanda qəssabı” kimi də tanınan İdi Amin Dada Oumee bəlkə də müstəmləkəçilik dövründən sonra Afrikanın üzərinə qorxulu bir yuxu kimi çökən diktatorlar zəncirinin ən qanlı həlqəsi idi. 1971-ci ildə çevrilişlə ələ keçirdiyi ölkəsinin idarəsini 8 il ərzində əlində saxladı. Ağla sığmayan bir tablonu xatırladan iqtidarı 1979-cu ildə Uqandalı milliyyətçilər tərəfindən devrilib sürgünə qaçması ilə sona çatmış, arxasından sayları 300-400 min arası dəyişən bir qurban siyahısı buraxmışdı. Amin, o dövrdə İngilis İmperiyasının bir parçası olan Uqandada yaşayan müsəlman Kakwa qəbiləsinə mənsub idi. Atasız böyümüşdü və təhsili ilə bağlı yetərli məlumat da yoxdur. Bir uşaq kimi diqqət çəkən tək xüsusiyyəti həddindən artıq inkişaf etmiş vücudu və buna bərabər olan amansız gücüydü. Bu xüsusiyyəti ona, o dövr üçün müstəmləkəçilik baxımından qurtuluş və qısa yoldan həyata atılma imkanı yaradan ordunun qapılarını açdı. Amin, 1946-cı ildə İngilis İmperiyasının Afrikadakı müstəmləkələrində fəaliyyət göstərən xüsusi hərbi birlik olan “King’s African Rifles”ə (KAR, Afrika Kraliyət Tüfəngli Birliyi) qatıldı. Aminin başqa bir xüsusiyyəti isə onun vurduğu yerdən səs gətirən bacarıqlı bir boksçu olması idi. Lakin, Amini tarixə gətirəcək ünsür İngilis İmperiyasının dağılma ərəfəsinə girməsi olmuşdu… Uqanda digər ingilis müstəmləkələri kimi 1962-ci ildə müstəqilliyini əldə edərkən, İdi Aminin yaxın silahdaşı və Uqanda Xalq Konqresinin lideri Apolo Milton Obote baş nazir oldu. Obote də KAR-dakı ən yüksək rütbəli bir neçə qara dərilidən biri olan Amini baş leytenanlığa gətirdi. Ölkənin şimalındakı heyvan oğrularına qarşı etdiyi qanlı mübarizə o qədər mərhəmətsiz həddə çatmışdı ki, ingilis hökuməti belə, Aminin zərərsizləşdirilməsini vacib hesab edirdi. Lakin Obete bu tələblərə yaxın dostunu daha yaxşı bir hərbi təhsil almaq üçün İngiltərəyə göndərməklə cavab verdi.

Uqandaya 1964-cü ildə qayıdan Amin əvvəlcə mayor, sonra isə polkovnik vəzifəsinə yüksəldi. Bir il sonra Amin və Obete ölkənin və ordunun idarəsini bir kənara qoyub, ticarətə əl atdılar. Plana görə cütlük Konqodan qızıl, qəhvə və fildişi qaçırılmasını təşkil edəcək, buradan əldə edilən pul da Konqonun CIA tərəfindən öldürülən baş naziri Partice Lumumbaya sadiq olan birliklərə köçürüləcəkdi. Ancaq bu pul heç də ünvanına çatmadı. Baş nazir və ordunun öndə gələn isimlərindən olan Amin pulları rəsmən mənimsəyirdilər. Uqandanın ilk dövlət başçısı olan II Edward Frederick Mutebi Museta (Kral Freddie kimi də tanınır) vəziyyətindən narahat olaraq parlament istintaqı açılmasını istədi. Küncə sıxılan Obete əks hücuma keçdi: Amini baş qərargah naziri təyin etdi, 1962-ci il Konstitusiyasını ləğv etdi və Amin vasitəsilə 5 naziri həbs etdirdi. İki yaxın dost rəsmən ölkəni qəsb etmişdilər. Obote, özünü dövlət başçısı elan etdirmiş, Freddie də İngiltərəyə sürgünə yollanmışdı. Potensial təhlükə nəzarətsiz bir güc olaraq böyüməyə davam edirdi. Amin ordu içərisindəki mövqeyini gücləndirməyə başladı. Bunu etmək üçün də qaçaqçılıq və Sudanın cənubundakı üsyançılara satdığı silahlardan əldə etdiyi pulu istifadə edirdi. Ölkənin baş qərargah naziri Amin mafiya başçısı kimi hərəkət edirdi. Prezident Obete getdikcə nəzarətdən çıxan yoldaşını ev həbsinə aldırsa da, bu, işə yaramadı. Obete çarəni Amini ordu içərisində daha təsirsiz bir mövqeyə yerləşdirməkdə tapdı. Lakin ox yaydan çıxmışdı artıq… 25 yanvar 1971-ci ildə Obote, Sinqapura səfərə gedən zaman Amin səhnəyə çıxdı. Bir zərbə ilə hakimiyyətə əl qoyub, özünü dövlət başçısı elan etdi. Aminin özünü tərifləyərkən istifadə etdiyi sözlər isə rejimin yaradacağı terrora təzad təşkil edəcək qədər gülünc idi: “Zati-aliləri, Ömürlük dövlət başçısı, Hacı Doktor İdi Amin, Yer üzündəki bütün varlıqların və dənizlərdəki balıqların hakimi, Afrikada və xüsusən də Uqandada İngilis İmperiyasının Fatehi!” . İdi Amin, ilk vaxtlarda həm ölkəsində, həm də beynəlxalq ictimaiyyətdə isti qarşılandı. Həmin günlərdə ilk dövlət başçısı (və kral) Freddie sürgündə öldüyündə, Amin simasını parlatmaq fürsətini əldən verməyərək, kralın nəşini dövlət mərasimi ilə dəfn edilməsi üçün Uqandaya gətirtmişdi. Bununla da kifayətlənməyən Amin, siyasi məhbusları sərbəst buraxdırdığı kimi, Uqanda Gizli Polisini də ləğv etdirdi. Ancaq bunlar sadəcə makyaj idi. Həmin günlərdə Aminin gizli şəkildə qurduğu ölüm dəstələri Obote tərəfdarlarını ovlamağa başlamışdı. Buna rəğmən, Obotenin fikrindən daşınmaq niyyəti yox idi. Ordu içində öz qəbiləsinə mənsub zabitlər vasitəsilə hakimiyyətə əl qoymağa cəhd etsə də, Amin daha professional zərbəçi idi. Cəhd edənlərin boynunu vurduğu kimi, qeyd edilən qəbilələrin Tanzaniyadakı qollarını da bombalatdırdı. Uqanda ordusu etnik iğtişaşların pəncəsinə düşmüş, bu gərginlik xalqı da ovuclarına almışdı. Bu müddətdə paytaxt Kampaladakı The Nile Mansions Hotel, Aminin işgəncə və sorğu mərkəzinə çevrilmişdi. Ölkədəki anqlikan kilsəsinin baş yepiskopu, Uqanda Bankının başçısı və bir çox nazir şəxsən Aminin adamları, ya da özü tərəfindən öldürüldü.

Əksər diktatorlar kimi Amin də “doğuşdan iqtisadçı” idi. 1972-ci ildə “iqtisadiyyatı əllərində saxlayıb əsl Uqandalıları kasıb qoyduqlarını” iddia etdiyi Uqandadakı Asiyalı nüfuza qarşı iqtisadi müharibə başlatdı. Bu, eyni zamanda İngiltərəyə qarşı da meydan oxumaq idi. Adı çəkilən Asiyalılar ingilislər tərəfindən ölkəyə yerləşdirilmişdilər və ticarət sahəsində önəmli bir çəki qazanmışdılar. Amin, ingilis pasportu daşıyan, ancaq eyni zamanda Uqandalı da olan 70 min nəfərlik bu Asiyalı qrupun 3 ay ərzində ölkəni tərk etməsini əmr etmişdi. Onlar ölkəni tərk etdikdən sonra qoyub getdikləri də Aminin tərəfdarlarına paylandı. İdi Amin 1972-ci ildə minlərlə hindli və pakistanlını deportasiya etməsinin səbəbini belə izah etmişdi: “könül gözü ilə Allahı gördüm. Mənə, Uqandanı xilas etmək istəyirsənsə, bütün əcnəbiləri ölkədən qovmağın lazımdır,- dedi”… Amin, İngiltərə ilə də körpüləri qırdı və ingilislərə aid bir sənaye müəssisəsini dövlətləşdirdi. Ölkəsindəki İsrailli hərbi mütəxəssisləri də qovduqdan sonra sükanı Liviya lideri Müəmmar Qəddafiyə və dövrün digər super gücü SSRİ-yə çevirdi. Aminin bir əli də Fələstin Azadlıq Təşkilatında idi. İsraillilərin tərk etdiyi səfirlik binasını Fələstinlilərə bəxş etmişdi. Belə ki, Fələstinli xadimlərin 1976-cı ildə qaçırdığı İsraillilərlə dolu Air France təyyarəsinin Uqandaya eniş etməsində də əli olduğu güman edilir. Fələstinlilər Əntəbbə Hava Limanında İsraillilərlə “bazarlıq” edərkən, İsrailli xüsusi dəstələr etdikləri hücumla sərnişinləri xilas etmiş, Uqanda Hava Qüvvələrinə məxsus təyyarələr də olduqları yerdə məhv edilmişdi.

Aminin “qonşu torpağına tamah salmaq” şəklində izah edilən tipik diktator xəstəliyinə tutulması da uzun çəkmədi. Tanzaniyanın Uqanda ilə sərhəddə yerləşən şimal vilayəti Kageranı işğala cəhd etməsi Aminin sonu oldu. Tanzaniya qüvvələri Uqandaya girdi və fürsətdən istifadə edən Uqanda ordusu daxilindəki üsyançı qüvvələr də paytaxt Kampalanı ələ keçirincə, Amin Liviyaya qaçdı. 10 il Liviyada yaşadıqdan sonra ölənədək Səudiyyə Ərəbistanına sürgünə getdi. Ömrünün son günlərində keçi və toyuq bəsləmiş, tərəvəz yetişdirmişdi. Amin haqqında maraqlı faktlar:

Rəqiblərini rinqə dəvət edərdi… O, düşməni Tanzaniya dövlət başçısı Julius Nyerere-yə aralarındakı mübahisəni rinqdə həll etməyə dəvət edərək, bir qolunu belinə bağlayıb döyüşməyi təklif etmişdi. 1981-ci ildə də dünya çempionu Məhəmməd Əliyə döyüş təklif edərək,- “yarış Liviyada olacaq, qan qardaşım Qəddafi hakim, Ayətullah Xomeyni təqdimatçı, Yasir Ərəfat da məşqçi olacaq” demişdi.

Taxtı-rəvanda gəzərdi… İdi Amin iqtidarda ikən 4 ağdərili ingilisin daşıdığı taxtda gəzirdi. Beləcə, özlüyündə Afrikanı istismar edən ağ irqdən intiqam alırdı. Keçmiş ağası olan ingilislərə münasibəti bununla da məhdud deyildi. Özünü ingilislərin ən yüksək nişanlarından olan “Victoria Nişanı” ilə mükafatlandıran Amin, 1976-cı ildə səfər etdiyi Şimali İrlandiyada “Şotland müstəqilliyi” üçün mübarizə apardığını bildirərək,- “Britaniya Millətlər Cəmiyyətinin başında Kraliça deyil, mən olmalıyam” demişdi. Özünü Şotlandiya kralı da elan edən Amin, 1975-ci ildə Səudiyyə Ərəbistanı kral ailəsinin üzvlərindən birinin dəfn mərasiminə də şotland kişilərinin geyimi olan “kilt” geyinərək qatılmışdı. Hitlerə heyran idi… İdi Amin, 1972-ci ildə BMT baş katibinə yazdığı məktubda “Hitler 6 milyon yəhudini qaz otaqlarına göndərdisə, bunu yəhudilərin dünya xalqlarının mənfəətinə əks olduğunu bildiyi üçün etdi” demişdi.

Hər şey unudulsa belə, İdi Aminin Uqandanın talesizliyini izah edən bu cümləsi heç vaxt unudulmayacaq: “Ölkədən getdiyimdən bəri Uqandada insan hüquqlarına hörmət edilmir".

ADPU-nun 2-ci kurs tələbəsi Cəfərli Ramin Ramil oğlu

Aydan Ələkbərova

Xəbər Lenti

Açıq sualın cavabı qaralanarsa, bal azaldılırmı? - RƏSMİ08.04.2025 - 18:45
Rektor: Startapları dəstəkləyən innovasiya mərkəzi yaratmağa hazırlaşırıq08.04.2025 - 18:34
Şahin Bayramov: Xocalıda kənd təsərrüfatı məktəbinin fəaliyyətə başlaması nəzərdə tutulur08.04.2025 - 18:22
DİM valideynlərə müraciət etdi: Aldanmayın!08.04.2025 - 18:07
Nazir: İbtidai sinif müəllimliyinə qəbul olanların sayı xeyli artıb08.04.2025 - 17:52
Sabah hava bu insanlarda narahatlıq yaradacaq08.04.2025 - 17:39
Suqovuşan və Sarıcalı kəndlərinin məktəblərində tədris prosesinə başlanılıb - FOTO08.04.2025 - 17:26
""Zorakılığa son" pantomima" adlı layihə çərçivəsində tamaşa hazırlanıb08.04.2025 - 17:14
Cavab əvəzinə öz nömrəsini yazdı 08.04.2025 - 16:57
Mikroavtobus 20 yaşlı gənci vurdu08.04.2025 - 16:46
Uşaq bağçasında intihar08.04.2025 - 16:33
Macarıstan ilə Türk dünyası ölkələri arasında elmi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib - FOTO08.04.2025 - 16:21
Asiya İnkişaf Bankının nümayəndələri Coğrafiya İnstitutunda olublar - FOTO08.04.2025 - 16:10
BSU-nun rektoru Albaniya Milli Elmlər Akademiyasının Prezidenti ilə görüşüb - FOTO08.04.2025 - 15:59
Pedaqoji Universitetin tələbələri üçün “Karyera forumu” layihəsinə start verilib - FOTO08.04.2025 - 15:47
BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi”nin ikinci günü: Sağlamlıq və rifah - FOTO08.04.2025 - 15:35
ADPU-da magistrantların VIII Respublika elmi konfransına başlanılıb08.04.2025 - 15:22
İngiltərəli professor Ədəbiyyat Muzeyinin qonağı olub08.04.2025 - 15:10
BDU-da Ağdaban soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO08.04.2025 - 14:53
BMU-da bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu keçirilib - FOTO08.04.2025 - 14:42
bp daha bir beynəlxalq təhsil resursunu Azərbaycana gətirib08.04.2025 - 14:31
UNEC-də Elm Festivalı keçirilib08.04.2025 - 14:20
Akademiya prezidentinin kolleksiyası yeni nəşrlərlə zənginləşir08.04.2025 - 14:10
BANM-ın 10 tələbəsi “Brend tələbə” seçilib - FOTO08.04.2025 - 13:59
Kimyaçı alimlərin multidisiplinar tədqiqatlar aparıblar - FOTO08.04.2025 - 13:48
“Ədəbiyyat İnstitutunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib08.04.2025 - 13:36
“Yaşıl turizm: ətraf mühit və biz” - seminar 08.04.2025 - 13:24
Media nümayəndələri imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesini müşahidə ediblər - FOTO08.04.2025 - 13:12
Tarix Muzeyinin əməkdaşlarının məruzələri Özbəkistanda nəşr edilib08.04.2025 - 12:56
“Kənd əhalisinin həyat səviyyəsi: inklüziv inkişafa doğru” monoqrafiyası nəşr olunub08.04.2025 - 12:44
AzTU-da “AI-MED LAB” laboratoriyasının açılış mərasimi keçirilib - FOTO08.04.2025 - 12:33
Sektor müdiri: Dövlət İmtahan Mərkəzinin məlumat bazaları yüksək təhlükəsizlik tədbirləri ilə qorunur08.04.2025 - 12:21
Qərbi Azərbaycan folkloru ilə bağlı araşdırmalar davam edir08.04.2025 - 12:10
AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb - FOTO08.04.2025 - 11:57
BANM ilə “SABAH City” texnoparkı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib08.04.2025 - 11:45
Emin Əmrullayev: “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq08.04.2025 - 11:33
Nazir: Pedaqoji Universitetə qəbul olunan tələbələrin bal göstəriciləri artıb08.04.2025 - 11:22
IX sinif buraxılış imtahanlarında açıq tipli test tapşırıqları ilə bağlı statistika açıqlanıb08.04.2025 - 11:10
Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq08.04.2025 - 10:51
Vəfadar Misirov: Bir il ərzində 30 mindən artıq namizəd elektron imtahan verib08.04.2025 - 10:39
İsa Həbibbəyli: Elm cəmiyyətin ümumi dəyərinə çevrilməlidir08.04.2025 - 10:27
BANM MBA mərkəzi Azərbaycan dilində də tədrisə başlayır08.04.2025 - 10:16
Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyəti məktəblilərlə görüşüb - FOTO08.04.2025 - 10:05
Füzuli və Ağdamda yeni məktəb və bağça TİKİLİR08.04.2025 - 09:54
Məktəblərin publik hüquqi şəxsə çevrilməsi vacibdir - NAZİR08.04.2025 - 09:43
AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb - FOTO08.04.2025 - 09:32
Qarabağ Universitetində yeni fakültə YARADILIR08.04.2025 - 09:20
I sinfə qəbul: Müraciət qaydası və tələb olunan SƏNƏDLƏR08.04.2025 - 09:09