Peşə təhsili müəssisələrinə rəhbər vəzifələrə işə qəbul davam edir.
Elm və Təhsil Nazirliyindən "Tehsil365"ə verilən məlumata görə, peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu prosesi davam edir.
Nazirlikdən bildirilib ki, vakansiyalara müraciət üçün son tarix 16 fevraldır.
Maraqlanan namizədlər vakansiya siyahısı ilə tanış ola və müraciət portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

