20 min şaq icma əsaslı məktəbəqədər təhsil layihəsinə cəlb edilib.
“Tehsil365” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlama verərək, artıq 20 min uşağın “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinə cəlb edildiyini bildirib.
O qeyd edib ki, “Ucqar regionlarda alternativ təhsil modellərinin tətbiqinin davam etdiyini qeyd edib. Bir neçə regionda tərbiyəçi-müəllimlər, evlərində məktəbəqədər yaşlı uşaqları məşğələlərə cəlb edərək, ailə tipli məktəbəqədər təlim qruplarında bu işləri uğurla həyata keçirirlər”.