Təhsil 365 - Logo Mobile

Təhsilverənlərin peşəkar inkişafına dəstək olmaq məqsədilə təlim-seminar keçirilib

2812.02.2025 - 13:05
Təhsilverənlərin peşəkar inkişafına dəstək olmaq məqsədilə təlim-seminar keçirilib

Fevralın 11-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və təlimi: Tədrisdə innovativ yanaşmalar” adlı təlim-seminar keçirilib. 

“Tehsil365” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildiirlib ki, tədbir peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin artırılması, təhsilverənlərin peşəkar inkişafına dəstək olmaq və müasir tədris metodlarının effektiv tətbiqini təşviq etmək məqsədilə təşkil edilib.

Seminarda müxtəlif ixtisas sahələri üzrə fəaliyyət göstərən 50 təhsilverən iştirak edib. Təlim interaktiv metodlardan istifadə olunmaqla Təhsil və Araşdırma İnkişaf Mərkəzinin (TAİM) metodist-təlimçisi Xəzər Əkbərli tərəfindən aparılıb. Seminarda təhsilverənlər üçün formativ qiymətləndirmənin tədrisdə effektiv tətbiqi və əks-əlaqənin əsas xüsusiyyətləri, tələbələrə fərdi yanaşma üsulları, həmçinin sinfin idarəedilməsi sahəsində Rudolf Dreykursun “Sosial İntizam Modeli”nin pedaqoji prosesdə rolu və tətbiq imkanları mövzuları müzakirə olunub.

Həmçinin iştirakçılar tədris prosesində qarşılaşdıqları çətinliklər, həlli yolları və istifadə etdikləri innovativ metodları müzakirə ediblər. Təlimin sonunda seminarın praktik əhəmiyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib, əldə etdikləri bacarıqları dərs prosesində tətbiq etməyə hazır olduqlarını da bildiriblər.

Aydan Ələkbərova

Xəbər Lenti

Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35