Təhsil 365 - Logo Mobile

AzTV-nin yaranmasından 69 il keçir

4414.02.2025 - 06:14
AzTV-nin yaranmasından 69 il keçir

Bu gün Azərbaycan Televiziyasının (AzTV) fəaliyyətə başlamasından 69 il ötür.

“Tehsil365” xatırladır ki, Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində - Mehdi Hüseyn, 1 adlanacaq ünvanda seçilib. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb.

İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. Çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Sonra "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə ikisaatlıq proqramla efirə çıxıb.

İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış olmayıb. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərib. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alıblar. Seçim isə zəngin olmayıb: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilib, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyub.

1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə beş dəfə çıxmağa başlayıb və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırılıb.

1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artıb.

1970-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-cı ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçib.

1956-cı ildə Bakı Televiziya Studiyası və Radioinformasiya İdarəsi ayrılıqda fəaliyyət göstərib.

1957-ci ilin oktyabrında Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya idarəsi ilə birləşdirilib və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırılıb.

1970-ci ildə isə bu qurum Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb.

1991-ci ildə komitə şirkətə çevrilib.

2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Son illər AzTV-də aparılan ciddi islahatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar hazırlanıb, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edilib, efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilib, bir sıra yeni studiyalar yaradılıb. Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, maraqlı sənədli və bədii filmlər nümayiş etdirilir.

“Tehsil365” kollektivi AzTV-də işləyən həmkarlarını təbrik edir, yeni uğurlar arzulayır!

Aydan Ələkbərova

Xəbər Lenti

İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib31.05.2025 - 18:10
13 yaşlı qızla qanunsuz evlənən həbs edildi31.05.2025 - 16:10
Güclü maqnit qasırğaları gözlənilir31.05.2025 - 13:30
Bu məktəbin iki şagirdi maksimum bal topladı 31.05.2025 - 13:12
Gəncədə eyni məktəbin iki şagirdi 300 bal TOPLADI31.05.2025 - 12:50
FHN tərəfindən şəhid övladları üçün "açıq qapı günü" tədbirləri keçirilib31.05.2025 - 12:40
“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib - FOTO31.05.2025 - 12:30
Arzu Əliyeva Bakıdakı "Gallery" rəsm qalereyasında olub31.05.2025 - 12:20
Alyona Əliyeva "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini təbrik edib31.05.2025 - 12:10
MDU Özbəkistanın üç universiteti ilə əməkdaşlıq edəcək - FOTO31.05.2025 - 11:57
Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər31.05.2025 - 11:46
Sabah 36 dərəcə isti olacaq31.05.2025 - 11:34
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb?31.05.2025 - 11:22
Bu gün Ümumdünya Himayədar Ailə Günüdür31.05.2025 - 11:10
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ CAVAB31.05.2025 - 10:49
“Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasının Özbək Dilinə Tərcüməsi Təhsil Sərgisində Təqdim Olunub31.05.2025 - 10:35
Xəzər dənizində zəlzələ oldu31.05.2025 - 09:35
Magistratura üzrə keçid balları artacaq? – DİM sədri AÇIQLADI31.05.2025 - 09:22
17 tələbə qazdan zəhərlənib31.05.2025 - 08:53
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib31.05.2025 - 08:49
Bu gün hava necə olcaq?31.05.2025 - 08:38
Xəstəlik deyil, əzm qazandı- Sadiqdən yüksək nəticə31.05.2025 - 08:25
6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub31.05.2025 - 08:12
Tələbə xərçəngdən vəfat etdi31.05.2025 - 07:57
300 bal toplayanlar bu məktəblərin şagirdləridir- SİYAHI31.05.2025 - 07:45
Buraxılış imtahanının nəticələri elan olunub31.05.2025 - 07:32
Qabiliyyət imtahanı vermək istəyənlərin NƏZƏRİNƏ31.05.2025 - 07:21
BDU Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisində iştirak edir31.05.2025 - 07:11
ADA Universitetində VII İngilis Dili Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO31.05.2025 - 07:00
Larisa Vitkroft: Biz Azərbaycanın “Milli Proqram”nı dəstəkləyirik31.05.2025 - 06:50
BSU-nun “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransının Gəncə bölməsi keçirilib - FOTOLAR31.05.2025 - 06:40
ADA Universiteti və “Nardaran Invest” müqavilə imzalayıb - FOTO31.05.2025 - 06:30
Bağçalarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib - FOTO31.05.2025 - 06:20
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib - FOTO31.05.2025 - 06:10
Xüsusi internat məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTO31.05.2025 - 06:00
Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin rəhbəri Mərkəzi Elmi Kitabxanada olub - FOTO30.05.2025 - 19:36
BDU-nun gənclər təşkilatlarının fəal üzvləri ilə görüş olub30.05.2025 - 19:24
ADNSU-nun beynəlxalq əlaqələri genişlənir: Özbəkistanın doqquz universiteti ilə memorandum imzalanıb30.05.2025 - 19:13
BDU-da professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO30.05.2025 - 18:59
“Qazaxıstan-Azərbaycan: yeni üfüqlər” - beynəlxalq elmi-praktik konfrans - FOTO30.05.2025 - 18:48
Okeanoloq alim su nəqliyyatına dair beynəlxalq konfransda çıxış edib30.05.2025 - 18:36
“Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından” – BDU-da görüş30.05.2025 - 18:25
BANM tələbələri Müstəqillik Gününü Sofiyada qeyd ediblər30.05.2025 - 18:13
AMEA-da Azıx mağarasında tədqiqatlar aparan beynəlxalq arxeoloji ekspedisiyanın heyəti ilə görüş olub - FOTO30.05.2025 - 18:02
Koreyada BMU-INHA İDP üzrə Rəhbər Komitənin iclası keçirilib - FOTO30.05.2025 - 17:49
BDU-da “Ekoloji terror və Qarabağın təbiəti” mövzusunda tədbir keçirilib - FOTO30.05.2025 - 17:37
Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri araşdırılıb30.05.2025 - 17:25
Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar - FOTO30.05.2025 - 17:12