Təhsil 365 - Logo Mobile

İsmayıllının Şəhidi Məmmədzadə Cahan Saleh oğu...

10414.02.2025 - 11:44
İsmayıllının Şəhidi Məmmədzadə Cahan Saleh oğu...

Cahan Məmmədzadə Saleh oğlu, 24 avqust 1994-cü ildə İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Kiçik yaşlarından Vətənə olan sevgi və bağlılıq hissi ilə böyüyən Cahan, 2012-2014-cü illərdə hərbi xidmətə çağırılmış və Qazaxda yerləşən hərbi hissədə xidmətini başa vurmuşdur. 2014-cü ilin sonlarına doğru, Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində "motaatıcı tağım komandirinin müavini" kursunu bitirərək gizir rütbəsi almışdır. Cahan Məmmədzadə hərbi xidmətini müxtəlif hərbi hissələrdə davam etdirərək döyüş hazırlığına böyük önəm vermişdir. O, xidmət etdiyi hərbi hissə vəzifələrini ləyaqətlə yerinə yetirərək, döyüş əməliyyatlarına hazır olmaq üçün daima öz üzərində çalışmışdır. Gədəbəy rayonunun Novosaratovka qəsəbəsində və adsız yüksəkliklərdə yerləşən hərbi hissələrdə döyüş tapşırıqlarını yerinə yetirib. 2016-cı il Aprel döyüşlərində də fəal iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cahan Məmmədzadə öz döyüş tapşırıqlarını icra etmək üçün cəbhəyə könüllü yola düşmüşdür. Şuşa uğrunda gedən döyüşlərdə iştirak edərək, xüsusi təyinatlılarla çiyin-çiyinə döyüşmüş, müharibənin ən ağır anlarında belə döyüş ruhunu yüksək tutmuşdur. Cahanın ən son danışığında, Şuşaya yalnız 5 kilometrlik məsafə qaldığını və Şuşanı azad edib geri qayıdacağına ümid etdiyini bildirmişdir. Lakin, 7 noyabr 2020-ci ildə Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. Cahan Məmmədzadənin şəhidliyi, yalnız ailəsi üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük itki olmuşdur. O, ömrünü Azərbaycan torpaqlarının azadlığına həsr etmiş, qəhrəmancasına Vətənin müdafiəsi uğrunda canını fəda etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Cahan Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir. Cahan Məmmədzadə yalnız döyüş meydanında deyil, həm də onun ailəsinə və yaxınlarına olan sevgisi ilə örnək bir şəxsiyyət olaraq yaddaşlarda qalır. İsmayıllı rayonunun Təzəkənd kəndində, Cahanın məzarı ziyarət edilərək, ruhuna dualar oxunmuş və anım mərasimləri keçirilmişdir. O, şəhid olduqdan sonra, xalq tərəfindən böyük hörmətlə yad edilmiş, onun qəhrəmanlığı və igidliyi hər zaman anılacaqdır. Cahanın adı, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən digər qəhrəmanlarla birgə, gələcək nəsillərə ilham verəcəkdir. Onun döyüşdəki şücaəti və əzmi, hər bir azərbaycanlının qəlbində yaşamağa davam edəcəkdir. Şəhidin atası Saleh Məmmədov bildirib ki, oğlu ilə fəxr edir. "Vətənin bütövləşməsində oğlumun da iştirakı ilə qürur duyuram. Onun ruhuna hörmət əlaməti olaraq evimizə gələn hər bir qonağa, Şəhidlər xiyabanına və məzarlığa baş çəkən rayon sakinlərinə təşəkkür edirəm. Şəhidlərimizin əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Bunlar şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir." Şəhidin anası İlhamə xanım Məmmədova qeyd edib ki, Cahan qisas hissi ilə yaşayırdı. "Bir dəfə mənə “Səni şəhid anası edəcəyəm”, demişdi. Oğlum buna əməl etdi. Mən oğlumla fəxr edirəm. Kədərliyəm ki, yeganə oğlumu itirdim, qürurluyam ki, şəhid anasıyam".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin 2-ci kurs Tələbəsi Cəfərli Ramin Ramil oğlu.

Aydan Ələkbərova

Xəbər Lenti

Qalmaqallı direktor işdən çıxarıldı24.05.2025 - 14:00
Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı - Təbrizdə çap olunub24.05.2025 - 13:15
Dördüncü kurs tələbəsi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ24.05.2025 - 12:15
Bakıdakı 25 saylı uşaq bağçası ilə bağlı vəziyyət nəzarətə götürülüb24.05.2025 - 11:50
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu keçirilib24.05.2025 - 11:07
7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…24.05.2025 - 09:10
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTO24.05.2025 - 09:00
Könlümün sevgili məhbubu mənim...24.05.2025 - 07:25
Folklor İnstitutunun direktoru respublika konfransında çıxış edib - FOTO24.05.2025 - 07:11
Direktor 300 bal toplayan şagirdini təbrik etdi - FOTO24.05.2025 - 06:50
300 bal toplayan şagird - FOTO24.05.2025 - 06:35
Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ24.05.2025 - 05:40
6 nəfərin imtahan nəticəsi ləğv edildi24.05.2025 - 05:00
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI24.05.2025 - 04:40
Buraxılış imtahanının nəticələri AÇIQLANDI23.05.2025 - 21:45
Kemal Sunalı o canlandıracaq23.05.2025 - 19:35
Xəzər Universitetinin məzunu Aygül İsayeva “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub - FOTO23.05.2025 - 18:12
Qabiliyyət imtahanları üçün nəzarətçilər və rəhbərlərə təlimlərin keçirilir23.05.2025 - 17:48
SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı - FOTO23.05.2025 - 14:50
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb - FOTO23.05.2025 - 14:40
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə23.05.2025 - 14:30
Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar23.05.2025 - 14:20
Süni intellekt dövründə karyera planlaması – təlim23.05.2025 - 14:10
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır - FOTO23.05.2025 - 13:50
BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO23.05.2025 - 13:40
BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılışında çıxış edib - FOTO23.05.2025 - 13:30
BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO23.05.2025 - 13:20
Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO23.05.2025 - 13:10
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub23.05.2025 - 13:00
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar - FOTO23.05.2025 - 12:40
Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb - FOTO23.05.2025 - 12:30