Təhsil 365 - Logo Mobile

ADU və Portsmut Universitetindən magistrlərə ikili diplom imkanı

5917.02.2025 - 12:22
ADU və Portsmut Universitetindən magistrlərə ikili diplom imkanı

Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əməkdaşlıq istiqamətində növbəti mühüm addımını ataraq Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Portsmut Universiteti ilə magistratura səviyyəsində ikili diplom (1+1) proqramını hazırlayaraq təsdiqləyib.

Universitetdən “Tehsil365”ə bildirilib ki, yeni proqram çərçivəsində ADU-da magistratura təhsili alan tələbələr birinci tədris ilini doğma universitetdə davam etdirəcək, ikinci il isə Portsmut Universitetində təhsil alaraq hər iki universitetin diplomuna sahib olacaqlar.

ADU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu təhsil modeli tələbələr üçün bir sıra üstünlüklər təqdim edir. Portsmut Universitetinin müasir elmi-tədqiqat laboratoriyaları və resurslarından istifadə etmək imkanı tələbələrin elmi potensialını artırır, onların ingilis dili biliklərini təkmilləşdirməsinə və akademik səviyyədə istifadə etməsinə şərait yaradır. Tələbələrin iki fərqli akademik mühitdə təhsil almaları onların bilik və bacarıqlarını müxtəlif yanaşmalarla zənginləşdirir. İki universitetin diplomuna sahib olan məzunlar beynəlxalq əmək bazarında daha çox rəqabətqabiliyyətli olur və onların karyera imkanları genişlənir.

Portsmouth Universiteti ilə tərəfdaşlıq Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, qlobal akademik platformalarda tanınması, beynəlxalq səviyyədə rəqabət qabiliyyətini və tədris keyfiyyətini artırması baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbələrə daha geniş akademik və peşəkar perspektivlər vəd edən bu əməkdaşlıq həm də ADU-nun təhsil sisteminin beynəlmiləlləşməsi istiqamətində atılan uğurlu addımlardan biridir.

Azərbaycan Dillər Universiteti gələcəkdə digər nüfuzlu ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməyi və tələbələrə dünya səviyyəli təhsil imkanları təqdim etməyi hədəfləyir. İkili diplom proqramları qlobal elmi və pedaqoji inteqrasiyanın inkişafına töhfə verməklə yanaşı, gənclərə beynəlxalq karyera yollarını açmaq üçün mühüm platforma rolunu oynayır.

Qeyd edək ki, ADU daha əvvəl Azərbaycan təhsil sistemində ilk dəfə olaraq öz təşəbbüsü ilə Böyük Britaniyanın Esseks Universiteti ilə ikili diplom layihəsi işləyib-hazırlayıb və 2010-cu ildən etibarən bu universitet ilə ikili diplom (2+2) proqramı üzrə əməkdaşlığa başlayıb. Qeyd edək ki, bu, Azərbaycanın təhsil sistemində bakalavriat səviyyəsi üzrə ilk ikili diplom layihəsi idi.

Əldə olunmuş razılaşmaya əsasən, ADU-nun ingilis dili müəllimliyi ixtisası üzrə tədris planının ilk iki ili Elm və Təhsil Nazirliyinin tələbləri nəzərə alınmaqla, Esseks Universitetinin müvafiq tədris planı ilə uyğunlaşdırılıb və tələbələr ikinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra müəyyən qəbul şərtlərini yerinə yetirməklə Esseks Universitetinə birbaşa daxil ola bilirlər. Artıq ADU-nun bir neçə tələbəsi Esseks Universitetindən yüksək nəticələrlə məzun olaraq hər iki universitetin diplomlarını alıblar. Gələcəkdə ADU və Esseks Universiteti arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılacaq və bu tərəfdaşlıq hər iki universitet üçün əhəmiyyətli imkanlar yaradacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib31.05.2025 - 18:10
13 yaşlı qızla qanunsuz evlənən həbs edildi31.05.2025 - 16:10
Güclü maqnit qasırğaları gözlənilir31.05.2025 - 13:30
Bu məktəbin iki şagirdi maksimum bal topladı 31.05.2025 - 13:12
Gəncədə eyni məktəbin iki şagirdi 300 bal TOPLADI31.05.2025 - 12:50
FHN tərəfindən şəhid övladları üçün "açıq qapı günü" tədbirləri keçirilib31.05.2025 - 12:40
“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib - FOTO31.05.2025 - 12:30
Arzu Əliyeva Bakıdakı "Gallery" rəsm qalereyasında olub31.05.2025 - 12:20
Alyona Əliyeva "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini təbrik edib31.05.2025 - 12:10
MDU Özbəkistanın üç universiteti ilə əməkdaşlıq edəcək - FOTO31.05.2025 - 11:57
Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər31.05.2025 - 11:46
Sabah 36 dərəcə isti olacaq31.05.2025 - 11:34
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb?31.05.2025 - 11:22
Bu gün Ümumdünya Himayədar Ailə Günüdür31.05.2025 - 11:10
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ CAVAB31.05.2025 - 10:49
“Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasının Özbək Dilinə Tərcüməsi Təhsil Sərgisində Təqdim Olunub31.05.2025 - 10:35
Xəzər dənizində zəlzələ oldu31.05.2025 - 09:35
Magistratura üzrə keçid balları artacaq? – DİM sədri AÇIQLADI31.05.2025 - 09:22
17 tələbə qazdan zəhərlənib31.05.2025 - 08:53
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib31.05.2025 - 08:49
Bu gün hava necə olcaq?31.05.2025 - 08:38
Xəstəlik deyil, əzm qazandı- Sadiqdən yüksək nəticə31.05.2025 - 08:25
6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub31.05.2025 - 08:12
Tələbə xərçəngdən vəfat etdi31.05.2025 - 07:57
300 bal toplayanlar bu məktəblərin şagirdləridir- SİYAHI31.05.2025 - 07:45
Buraxılış imtahanının nəticələri elan olunub31.05.2025 - 07:32
Qabiliyyət imtahanı vermək istəyənlərin NƏZƏRİNƏ31.05.2025 - 07:21
BDU Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisində iştirak edir31.05.2025 - 07:11
ADA Universitetində VII İngilis Dili Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO31.05.2025 - 07:00
Larisa Vitkroft: Biz Azərbaycanın “Milli Proqram”nı dəstəkləyirik31.05.2025 - 06:50
BSU-nun “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransının Gəncə bölməsi keçirilib - FOTOLAR31.05.2025 - 06:40
ADA Universiteti və “Nardaran Invest” müqavilə imzalayıb - FOTO31.05.2025 - 06:30
Bağçalarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib - FOTO31.05.2025 - 06:20
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib - FOTO31.05.2025 - 06:10
Xüsusi internat məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTO31.05.2025 - 06:00
Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin rəhbəri Mərkəzi Elmi Kitabxanada olub - FOTO30.05.2025 - 19:36
BDU-nun gənclər təşkilatlarının fəal üzvləri ilə görüş olub30.05.2025 - 19:24
ADNSU-nun beynəlxalq əlaqələri genişlənir: Özbəkistanın doqquz universiteti ilə memorandum imzalanıb30.05.2025 - 19:13
BDU-da professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO30.05.2025 - 18:59
“Qazaxıstan-Azərbaycan: yeni üfüqlər” - beynəlxalq elmi-praktik konfrans - FOTO30.05.2025 - 18:48
Okeanoloq alim su nəqliyyatına dair beynəlxalq konfransda çıxış edib30.05.2025 - 18:36
“Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından” – BDU-da görüş30.05.2025 - 18:25
BANM tələbələri Müstəqillik Gününü Sofiyada qeyd ediblər30.05.2025 - 18:13
AMEA-da Azıx mağarasında tədqiqatlar aparan beynəlxalq arxeoloji ekspedisiyanın heyəti ilə görüş olub - FOTO30.05.2025 - 18:02
Koreyada BMU-INHA İDP üzrə Rəhbər Komitənin iclası keçirilib - FOTO30.05.2025 - 17:49
BDU-da “Ekoloji terror və Qarabağın təbiəti” mövzusunda tədbir keçirilib - FOTO30.05.2025 - 17:37
Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri araşdırılıb30.05.2025 - 17:25
Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar - FOTO30.05.2025 - 17:12