Təhsil 365 - Logo Mobile

Roberto Baggio: İtaliyanın əfsanəvi futbolçusu

8118.02.2025 - 09:32
Roberto Baggio: İtaliyanın əfsanəvi futbolçusu

Roberto Baggio, 18 fevral 1967-ci ildə İtaliyada doğulmuş və karyerasını 2004-cü ildə başa vurmuş bir futbol əfsanəsidir. Hücumçu və hücuma meyilli yarımmüdafiəçi mövqelərində oynayan Baggio, futbol karyerasını əsasən İtaliya çempionatında keçirib. O, "Viçentsa", "Fiorentina", "Yuventus", "Milan", "Bolonya", "İnter Milan" və "Breşiya" klublarının şərəfini qorumuşdur.

Baggio, İtaliya milli komandası ilə 1990, 1994 və 1998-ci illərdə keçirilən dünya çempionatlarında iştirak etmişdir. O, 1993-cü ildə Dünya və Avropanın ən yaxşı futbolçusu seçilib və 1994-cü ildə ABŞ-da keçirilən Dünya Çempionatında İtaliya yığmasının finala çıxmasına böyük töhfə verib. Ancaq, finalda Braziliya ilə keçirilən penaltı seriyasında İtaliya məğlub olmuşdur.

Baggio, karyerası boyunca çox sayda fərqli uğur əldə etmişdir. O, 1992-1993-cü il mövsümündə "UEFA Kuboku"nun qalibi, 1990-cı il Dünya Çempionatında bürünc medal, 1994-cü il Dünya Çempionatında gümüş medal qazanmışdır. Həmçinin, üç fərqli dünya çempionatında qol vurmuş yeganə italyan futbolçusu olaraq tarixə düşmüşdür. 2000-ci ildə FİFA-nın keçirdiyi rəy sorğusuna əsasən XX əsrin ən yaxşı dördüncü futbolçusu seçilib.

Klub Karyerası:

İlk illər: Baggio, 9 yaşından futbolla məşğul olmağa başlamış və 1981-ci ildə "Viçentsa" klubuna qoşulmuşdur. 1982-ci ildə Seria C1-də debüt edən Baggio, daha sonra klubu İtaliya çempionatının yüksək divizionuna yüksəldərək diqqətləri üzərinə çəkməyə başladı.

Fiorentina: 1985-ci ildə "Fiorentina"ya transfer olan Baggio, burada tez bir zamanda klub tiffozilərinin sevimlisinə çevrildi. Fiorentina ilə ilk mövsümündə zədələrdən əziyyət çəksə də, növbəti illərdə böyük uğurlar qazandı.

Yuventus: 1990-cı ildə "Yuventus"a transfer olunan Baggio, burada da böyük uğurlar qazandı. 1993-cü ildə UEFA Kubokunu qazanan futbolçu, Avropa və Dünya futbolunun ən yaxşı oyunçusu adına layiq görülüb. 1994-cü ildə İtaliya çempionatını qazanan Baggio, 1994-cü ildə Dünya Çempionatında İtaliya ilə finala yüksəlmiş, lakin Braziliya ilə məğlub olaraq ikinci yerə çıxmışdır.

Milan və Bolonya: "Yuventus"la uğurlu illərdən sonra, Baggio 1997-ci ildə "Milan"a transfer olmuş və burada da ilk mövsümdə Skudetto qazanmışdır. Daha sonra, 1997-ci ildə "Bolonya"ya keçən Baggio, burada göstərdiyi möhtəşəm performansla yenidən İtaliya milli komandasına çağırıldı.

İnter və Breşiya: Karyerasının son illərində "İnter" və "Breşiya" klublarında oynayan Baggio, 2004-cü ildə futbol karyerasını başa vurdu.

Xeyriyyəçilik və Aktivlik: Futbolu tərk etdikdən sonra, Baggio xeyriyyəçiliklə məşğul oldu və 2002-ci ildən etibarən FAO-nun xoşməramlı səfiri oldu. 2010-cu ildə "World Peace Award" mükafatı ilə təltif edilmişdir.

Roberto Baggio - Karyera Statistikası

Mövsüm

Klub

Futbol üzrə İtaliya çempionatı (Seriya A)

Futbol üzrə İtaliya kuboku

UEFA

Ümumi

1982/83

Viçentsa

Oyunlar: 1

Qollar: 0

Oyunlar: 1

Qollar: 0

1983/84

Viçentsa

Oyunlar: 6

Qollar: 1

Oyunlar: 4

Qollar: 0

1984/85

Viçentsa

Oyunlar: 29

Qollar: 12

Oyunlar: 5

Qollar: 2

1985/86

Fiorentina

Oyunlar: 0

Qollar: 0

Oyunlar: 5

Qollar: 0

1986/87

Fiorentina

Oyunlar: 5

Qollar: 1

Oyunlar: 4

Qollar: 2

1987/88

Fiorentina

Oyunlar: 27

Qollar: 6

Oyunlar: 7

Qollar: 3

1988/89

Fiorentina

Oyunlar: 30+1

Qollar: 15+0

Oyunlar: 10

Qollar: 9

1989/90

Fiorentina

Oyunlar: 32

Qollar: 17

Oyunlar: 2

Qollar: 1

1990/91

Yuventus

Oyunlar: 33

Qollar: 14

Oyunlar: 6

Qollar: 4

1991/92

Yuventus

Oyunlar: 32

Qollar: 18

Oyunlar: 8

Qollar: 4

1992/93

Yuventus

Oyunlar: 27

Qollar: 21

Oyunlar: 7

Qollar: 3

1993/94

Yuventus

Oyunlar: 32

Qollar: 17

Oyunlar: 2

Qollar: 2

1994/95

Yuventus

Oyunlar: 17

Qollar: 8

Oyunlar: 4

Qollar: 2

1995/96

Milan

Oyunlar: 28

Qollar: 7

Oyunlar: 1

Qollar: 0

1996/97

Milan

Oyunlar: 23

Qollar: 5

Oyunlar: 5

Qollar: 3

1997/98

Bolonya

Oyunlar: 30

Qollar: 22

Oyunlar: 3

Qollar: 1

1998/99

İnter

Oyunlar: 23+2

Qollar: 5+1

Oyunlar: 6

Qollar: 1

1999/00

İnter

Oyunlar: 18+1

Qollar: 4+2

Oyunlar: 5

Qollar: 1

2000/01

Breşiya

Oyunlar: 25

Qollar: 10

Oyunlar: 2

Qollar: 0

2001/02

Breşiya

Oyunlar: 12

Qollar: 11

Oyunlar: 1

Qollar: 0

2002/03

Breşiya

Oyunlar: 32

Qollar: 12

Oyunlar: 0

Qollar: 0

2003/04

Breşiya

Oyunlar: 26

Qollar: 12

Oyunlar: 0

Qollar: 0

Ümumi


Oyunlar: 488+4

Qollar: 218+3

Oyunlar: 88

Qollar: 38

Baggio, futbol tarixindəki yeri ilə həm İtaliya, həm də dünya futbolunda əfsanəvi bir şəxsiyyət olaraq qalacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

Prezidentin Mətbuat Xidməti XII Qlobal Bakı Forumundan videoçarx paylaşıb14.03.2025 - 06:10
Bu gün “Tehsil365” İnformasiya Agentliyinin yaranmasından 2 il ötür14.03.2025 - 05:58
ADPU-da fərqlənən tələbələrlə görüş keçirilib - FOTO13.03.2025 - 19:40
BDU-da “Günəbaxan” uşaq jurnalının və “Məbəd” esselər toplusunun təqdimatı keçirilib - FOTO13.03.2025 - 19:20
Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş təqdimat müsabiqəsinin rayon (şəhər) mərhələsi davam edir13.03.2025 - 19:01
Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert təşkil olunub13.03.2025 - 18:17
Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb13.03.2025 - 17:52
“Azərbaycan ərazisi (1918-2025)” adlı kitabın təqdimat mərasimi keçirilib13.03.2025 - 17:30
Əjdər İsmayılovun vəfatından 3 il ötür13.03.2025 - 17:30
BDU-da “Günəbaxan” uşaq jurnalının və “Məbəd” esselər toplusunun təqdimatı keçirilib13.03.2025 - 17:01
ADPU-də fərqlənən tələbələrlə görüş keçirilib13.03.2025 - 16:44
ADPU-də fərqlənən tələbələrlə görüş keçirilib13.03.2025 - 16:43
Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi13.03.2025 - 16:21
Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, bir nəfər bıçaqlanıb13.03.2025 - 15:59
“Ən Yaxşı Təqdimat” Müsabiqəsinin Şəhər (Rayon) Mərhələsinə Start Verildi - FOTO13.03.2025 - 15:48
Məktəb Psixoloqları Üçün Görüşlər Davam Edir - FOTO13.03.2025 - 15:35
"Rəqəmsal Məktəb"lə Bağlı Suallarınızı Buradan Öyrənin13.03.2025 - 15:26
Elmi dərəcələrin verilməsində elmi əsərlərə qoyulmuş tələblər – seminar13.03.2025 - 15:13
Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert təşkil olunub - FOTO13.03.2025 - 15:00
Baharın “Ulduz”u işıq üzü görüb13.03.2025 - 14:49
“İstiqlal marşı”nın 104-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıları MEK-lə tanış olublar - FOTO13.03.2025 - 14:37
BDU nümayəndə heyəti Pakistanın Lahor Universitetində olub - FOTO13.03.2025 - 14:25
BMU-da mühəndislik problemlərinin həllində idarəetməyə dair beynəlxalq konfrans keçirilir - FOTO13.03.2025 - 14:12
“Qərbi Azərbaycan tarixinə dair kitabların nəşri” – BDU-da elmi seminar - FOTO13.03.2025 - 13:59
“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib - FOTO13.03.2025 - 13:48
Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır13.03.2025 - 13:36
MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib - FOTO13.03.2025 - 13:23
Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir13.03.2025 - 13:11
“Gənclərin Peşə Bələdçisi” proqramına qeydiyyat davam edir13.03.2025 - 12:56
Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib - FOTO13.03.2025 - 12:45
“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR13.03.2025 - 12:34
Musiqidə müasir texnologiyalar: Uğurlu layihənin yekunu - FOTO13.03.2025 - 12:22
Azərbaycan İlahiyyat İnstitutu Qars Qafqaz Universiteti arasında imzalanmış memorandumun müddəti uzadılıb13.03.2025 - 12:10
Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb - FOTO13.03.2025 - 11:56
Ağdam məktəblilərindən infeksiyalara qarşı ağıllı MÜBARİZƏ13.03.2025 - 11:44
Xankəndi şəhərində solo konsert keçirilib - FOTO13.03.2025 - 11:32
BDU-da elmi seminar: “Planetimizin buzlaşma mərhələləri”13.03.2025 - 11:20
ADNSU-da “MacroFrontiers 2025” III Beynəlxalq Konfransı keçiriləcək13.03.2025 - 11:09
Mədəniyyət naziri Neftçala rayonunda vətəndaşların müraciətlərini dinləyib - FOTO13.03.2025 - 10:59
Milli Kitabxanada “Mikayıl Rzaquluzadə - 120” adlı geniş kitab sərgisi açılıb13.03.2025 - 10:49
“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir13.03.2025 - 10:36
DİM-də GRE General test imtahanı keçirilib13.03.2025 - 10:23
"İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant layihə davam edir - FOTO13.03.2025 - 10:11
Bu gün əfsanəvi “Mixaylo”nun doğum günüdür - FOTO13.03.2025 - 09:58
Əlilliyi olan uşaqlara həsr edilən himnə çəkilən klipin təqdimatı keçirilib13.03.2025 - 09:48
Bakıda “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək13.03.2025 - 09:37
Xankəndi şəhərində suverenlik mövzusunda ilk tədbir keçirilib13.03.2025 - 09:25
Universitetlər yalnız əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamamalıdır13.03.2025 - 09:12