Təhsil 365 - Logo Mobile

“Eucalyptus camaldulensis” növündən alınan yağın sənayedə tətbiqi TƏDQİQAT - FOTO

2918.02.2025 - 10:07
“Eucalyptus camaldulensis” növündən alınan yağın sənayedə tətbiqi TƏDQİQAT - FOTO

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının elmi işçisi Xəyalə Əlibəyli dimdikvari evkalipt (Eucalyptus camaldulensis) növü üzərində tədqiqat aparıb.

İnstitutdan “Tehsil365”ə bildirilib ki, dimdikvari evkalipt növünün yarpaqları toplanaraq laboratoriyada standart metodla qurudulub. Sonra həmin yarpaqlardan hidrodistillə metodu ilə (Qinzberq) efir yağı alınıb. Alınan efir yağının komponent tərkibi ”Kristal” 2000 M markalı qaz-maye xromatoqrafiya üsulu ilə təyin edilib. Analizin nəticəsinə əsasən növün efir yağının tərkibində a-pinen, 1,8-sineol, terpinen, evkaliptol (1,8-sineol) maddələrinin olduğu müəyyən edilib. Tərkibində 1,8-sineol olması səbəbindən bu efir yağı güclü antibakterial xüsusiyyətə malikdir.

Tədqiqatın əsas məqsədi dimdikvari evkalipt növündən alınan efir yağının kimyəvi tərkibi və istifadə imkanlarının öyrənilməsidir.

Tropik və subtropik iqlim zonalarında yayılan evkaliptin vətəni Avstraliya hesab olunur. Azərbaycanda Qafqaz və Cənubi Qafqazın qərbində, Zaqatala, Lənkəran, Astara və digər subtropik zonalarda, eləcə də Bakıda yaşıllaşdırmada geniş istifadə edilir.

Evkalipt bitkisinin yarpaqları zəngin kimyəvi tərkibə malikdir. Tərkibində 3 faizə qədər efir yağı, flavonoidlər, aşı maddələri, üzvi turşular və digər maddələr aşkar edilib. Evkalipt efir yağının çox qiymətli xüsusiyyətlərinə görə son zamanlar onun dünyada şöhrəti daha da artıb. “Eucalyptus camaldulensis” növü efir yağlı bitkilər arasında xüsusi yer tutur. Qədim zamanlardan bəri dünyanın hər yerində bu bitkinin yarpağı dərman vasitəsi kimi istifadə olunur. Evkalipt bitkisindən alınan efir yağı antiseptik, antibakterial, virus əleyhinə, sətəlcəm əleyhinə, ağrıkəsici, istilik salan xassələrə malik olduğundan tibdə ondan geniş istifadə edilir. Ürək-damar çatışmazlığı, zob xəstəliyi zamanı da evkalipt yağı müalicəvi dərman kimi tətbiq olunur. Evkalipt efir yağı bronxit, öskürək, revmatizm, artirit, nevralgiya xəstəliklərinin müalicələrində geniş istifadə edilir.

Evkalipt efir yağı ətriyyat-kosmetika sənayesində, aromaterapiyada, tibdə, əczaçılıqda, məişət kimyasında geniş istifadə edilir. Bu bitki Abşeronun quru subtropik iqlim şəraitinə də uyğunlaşdırılıb. Evkalipt həmişəyaşıl bitki olduğu üçün park və bağların yaşıllaşdırılmasında, yarpaqlarından alınan efir yağının sənayenin müxtəlif sahələrində geniş istifadəsi məqsədəuyğundur.

Elmina Muxtarlı

Xəbər Lenti

ADPU-da fərqlənən tələbələrlə görüş keçirilib - FOTO13.03.2025 - 19:40
BDU-da “Günəbaxan” uşaq jurnalının və “Məbəd” esselər toplusunun təqdimatı keçirilib - FOTO13.03.2025 - 19:20
Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş təqdimat müsabiqəsinin rayon (şəhər) mərhələsi davam edir13.03.2025 - 19:01
Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert təşkil olunub13.03.2025 - 18:17
Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb13.03.2025 - 17:52
Əjdər İsmayılovun vəfatından 3 il ötür13.03.2025 - 17:30
“Azərbaycan ərazisi (1918-2025)” adlı kitabın təqdimat mərasimi keçirilib13.03.2025 - 17:30
BDU-da “Günəbaxan” uşaq jurnalının və “Məbəd” esselər toplusunun təqdimatı keçirilib13.03.2025 - 17:01
ADPU-də fərqlənən tələbələrlə görüş keçirilib13.03.2025 - 16:44
ADPU-də fərqlənən tələbələrlə görüş keçirilib13.03.2025 - 16:43
Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi13.03.2025 - 16:21
Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, bir nəfər bıçaqlanıb13.03.2025 - 15:59
“Ən Yaxşı Təqdimat” Müsabiqəsinin Şəhər (Rayon) Mərhələsinə Start Verildi - FOTO13.03.2025 - 15:48
Məktəb Psixoloqları Üçün Görüşlər Davam Edir - FOTO13.03.2025 - 15:35
"Rəqəmsal Məktəb"lə Bağlı Suallarınızı Buradan Öyrənin13.03.2025 - 15:26
Elmi dərəcələrin verilməsində elmi əsərlərə qoyulmuş tələblər – seminar13.03.2025 - 15:13
Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert təşkil olunub - FOTO13.03.2025 - 15:00
Baharın “Ulduz”u işıq üzü görüb13.03.2025 - 14:49
“İstiqlal marşı”nın 104-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıları MEK-lə tanış olublar - FOTO13.03.2025 - 14:37
BDU nümayəndə heyəti Pakistanın Lahor Universitetində olub - FOTO13.03.2025 - 14:25
BMU-da mühəndislik problemlərinin həllində idarəetməyə dair beynəlxalq konfrans keçirilir - FOTO13.03.2025 - 14:12
“Qərbi Azərbaycan tarixinə dair kitabların nəşri” – BDU-da elmi seminar - FOTO13.03.2025 - 13:59
“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib - FOTO13.03.2025 - 13:48
Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır13.03.2025 - 13:36
MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib - FOTO13.03.2025 - 13:23
Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir13.03.2025 - 13:11
“Gənclərin Peşə Bələdçisi” proqramına qeydiyyat davam edir13.03.2025 - 12:56
Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib - FOTO13.03.2025 - 12:45
“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR13.03.2025 - 12:34
Musiqidə müasir texnologiyalar: Uğurlu layihənin yekunu - FOTO13.03.2025 - 12:22
Azərbaycan İlahiyyat İnstitutu Qars Qafqaz Universiteti arasında imzalanmış memorandumun müddəti uzadılıb13.03.2025 - 12:10
Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb - FOTO13.03.2025 - 11:56
Ağdam məktəblilərindən infeksiyalara qarşı ağıllı MÜBARİZƏ13.03.2025 - 11:44
Xankəndi şəhərində solo konsert keçirilib - FOTO13.03.2025 - 11:32
BDU-da elmi seminar: “Planetimizin buzlaşma mərhələləri”13.03.2025 - 11:20
ADNSU-da “MacroFrontiers 2025” III Beynəlxalq Konfransı keçiriləcək13.03.2025 - 11:09
Mədəniyyət naziri Neftçala rayonunda vətəndaşların müraciətlərini dinləyib - FOTO13.03.2025 - 10:59
Milli Kitabxanada “Mikayıl Rzaquluzadə - 120” adlı geniş kitab sərgisi açılıb13.03.2025 - 10:49
“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir13.03.2025 - 10:36
DİM-də GRE General test imtahanı keçirilib13.03.2025 - 10:23
"İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant layihə davam edir - FOTO13.03.2025 - 10:11
Bu gün əfsanəvi “Mixaylo”nun doğum günüdür - FOTO13.03.2025 - 09:58
Əlilliyi olan uşaqlara həsr edilən himnə çəkilən klipin təqdimatı keçirilib13.03.2025 - 09:48
Bakıda “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək13.03.2025 - 09:37
Xankəndi şəhərində suverenlik mövzusunda ilk tədbir keçirilib13.03.2025 - 09:25
Universitetlər yalnız əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamamalıdır13.03.2025 - 09:12
İşğaldan azad edilmiş ərazilərdə nə qədər müəllim çalışır? - SAY13.03.2025 - 08:59
ADNSU-da təlim: “Effektiv kommunikasiya”13.03.2025 - 08:47