Azərbaycan dili və ədəbiyyat müəllimi Simuzər Paşayeva “Sənmisən” şeirini bizimlə bölüşüb.
“Tehsil365” həmin şeiri təqdim edir:
“Sənmisən”
Bir məsum qadının ahı, naləsi,
Sənmidin özünü mənə tay tutan?
Vurulmuş qəlbimin böyük qəlpəsi,
Sənmisən sevdadan alışıb-yanan?
İslanmış xəyalın qırıq çətiri,
Sənmidin gecələr adımı anan?
Hüzurlu anların kəskin qənimi,
Sənmisən sevdadan alışıb-yanan?
Bax, indi oxunur həsrət nəğməsi,
Sənmidin mənimlə xəyala dalan?
Qulaq as! Bağırma! Eşqin fitnəsi,
Sənmisən sevdadan alışıb-yanan?
Paşayeva Simuzər