Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə paytaxtdakı uşaq evlərinin 247 sakini təhsil alır. Onlar 1, 2 və 3 nömrəli Uşaq evi sosial xidmət müəssisələrində, “Təmiz Dünya” və “Ümid yeri” uşaq sığınacaqlarında məskunlaşan uşaqlardan ibarətdir.
Bu barədə “Tehsil365”-ə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, həmin uşaqlar məktəblərdə digər uşaqlarla səmimi ünsiyyət qurur və təhsil mühitinə uğurla adaptasiya olunur, cəmiyyətin bir hissəsi kimi formalaşırlar. Bu prosesə təkan vermək üçün vaxtaşırı olaraq BŞTİ tərəfindən həmin uşaqlarla görüşlər keçirilir.
Uşaq evləri sakinlərinin məktəbə adaptasiya vəziyyəti ilə maraqlanmaq, onların motivasiyasını gücləndirmək və cəmiyyətə inteqrasiyasını dəstəkləmək məqsədilə keçirilən görüşlər zamanı uşaqları maraqlandıran suallar cavablandırılır, onlara hədiyyələr verilir.