UFAZ-da 10-11-ci sinif şagirdləri üçün infosessiya keçirilib.
Universitetdən “Tehsil365”-ə bildirilib ki, infosessiyada Respublika fənn olimpiadalarının informatika üzrə yarımfinal turunda iştirak edən orta məktəb şagirdlərinə Azərbaycan-Fransız Universitetinin bakalavr proqramları barəsində məlumat verilib. Onlara UFAZ-da Kompüter Elmləri, Kimya, Kimya Mühəndisliyi, Neft və Qaz Mühəndisliyi, Geologiya və Geofizika Mühəndisliyi ixtisasları üzrə təhsil almağın üstünlüklərindən bəhs edilib.
Ölkədən çıxmadan ikili diploma sahib olmaq şansı verən UFAZ-ın tələbələr üçün elmi laboratoriyalarda praktiki dərslər keçmək, sahələrini müvafiq sənaye müəssisələrində mütəxəssislərdən öyrənmək, dəvət olunmuş xarici professorlardan dərs almaq, beynəlxalq təcrübə proqramlarında iştirak etmək fürsəti yaratdığı diqqətə çatdırılıb. Sonda şagirdlərin bakalavr proqramları və UFAZ-da ali təhsillə bağlı sualları cavablandırılıb.