Təhsil 365 - Logo Mobile

Azərbaycanın ilk veb-saytının yaradılmasından 30 il ötür

9719.02.2025 - 09:17
Azərbaycanın ilk veb-saytının yaradılmasından 30 il ötür

2025-ci ildə Azərbaycanın ilk veb-saytı olan “science.gov.az”ın yaradılmasının 30 ili tamam olur. Bu illər ərzində portal bir neçə inkişaf mərhələsindən keçərək bugünkü inkişaf səviyyəsinə çatıb, Azərbaycanın ən çox oxunan, istinad olunan portallarından birinə çevrilib.

Tehsil365” xəbər verir ki, bu sözlər AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Müasir dövrümüzün elektron “Əkinçi”si sayılan “science.gov.az” portalı 30 yaşında” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Həsən bəy Zərdabinin 1875-ci ildə nəşrinə başladığı “Əkinçi” qəzeti Azərbaycan dilində milli demokratik və xalq mətbuatının təməl daşı olub. İlk dəfə ana dilində yayımlanan bu qəzet xalqı maarifləndirmək, ictimai şüuru inkişaf etdirmək və cəmiyyətdə mühüm məsələləri müzakirəyə çıxarmaq kimi ali missiyanı öz üzərinə götürüb. “Əkinçi” sonradan neçə-neçə qəzetin, müxtəlif jurnalistika məktəblərinin yaranmasına yol açıb. Milli radio və televiziyamızın yaranmasında da “Əkinçi” qəzetinin əsasını qoyduğu ənənələrin böyük rolu olub.

İlk qəzetimizin nəşrindən düz 120 il sonra – 1995-ci ildə “science.gov.az” fəaliyyətə başlayıb. Ölkənin informasiya məkanında xüsusi yeri olan bu portal İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən “www.ab.az” adı ilə yaradılıb, institutun “AzScienceNet” şəbəkəsinin serverlərində yerləşdirilib. 2003-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə “www.ab.az” saytı müasir tələblər əsasında yenidən işlənib, www.science.az portalı adlandırılıb. “Science.gov.az” yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. Portal, təkcə elmi məlumatların yayımı ilə kifayətlənməyərək, həm də alim və mütəxəssislərin əldə etdikləri mühüm nailiyyətlərin geniş auditoriyaya çatdırılmasına, beynəlxalq elmi mübadilənin inkişafına və elmi innovasiyaların təşviqinə mühüm töhfə verib. Eyni zamanda, müasir texnologiyalardan istifadə edərək, dünya informasiya məkanında Azərbaycan elminin tanınmasına geniş imkanlar yaradıb. Burada təqdim olunan eksklüziv müsahibələr, analitik materiallar və elmi araşdırmalar tədqiqatçıların fəaliyyətini daha əlçatan formada ictimaiyyətə təqdim etməyə şərait yaradıb.

2015-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda “science.gov.az”ın 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib, toplantıda dövlət rəsmiləri, internet-media üzrə mütəxəssislər, tanınmış alim və mütəxəssislər, media nümayəndələri iştirak ediblər. Tədbirdə portalın 20 il ərzindəki fəaliyyətinə, Azərbaycan elminin işıqlandırılması istiqamətində görülən işlərə, həyata keçirilən layihələrə nəzər salınıb, onun gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb. Ötən 10 il ərzində portalın işi daha da təkmilləşdirilib, fəaliyyəti genişləndirilib.

Müasir dövrümüzün elektron “Əkinçi”si hesab olunan və artıq 30 yaşını qeyd edən “science.gov.az” Azərbaycan dövlətinin elm sahəsində apardığı islahatlar, eləcə də dünya və ölkə elmində əldə edilmiş nailiyyətlərin təbliği ilə bağlı mühüm tədbirlər həyata keçirir.

Bu il “science.gov.az”ın yubileyi ona görə əlamətdardır ki, 2025-ci ildə həm milli mətbuatımızın 150 illiyi, həm də Azərbaycanın ən böyük elm ocağı olan AMEA-nın yaranmasının 80 ili tamam olur. Bu mühüm tarixi hadisələr təkcə elm və mətbuat tariximizin deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı baxımından olduqca böyük önəm daşıyır.

Azərbaycan milli mətbuatı uzun illər ərzində xalqımızın maariflənməsi, ictimai şüurun formalaşması və ictimai fikrin inkişafında mühüm rol oynayıb. “Əkinçi” qəzetinin nəşri ilə başlayan bu şərəfli yol sonralar ölkəmizdə zəngin jurnalistika ənənələri formalaşdırıb.

Digər tərəfdən, AMEA 80 illik fəaliyyəti ərzində Azərbaycan elminin əsas dayağına çevrilib, fundamental və tətbiqi araşdırmaların mərkəzi olub. Bu illər ərzində Akademiya ölkəmizin elmi intellektual potensialının formalaşması, elmi nailiyyətlərin əldə olunması və Azərbaycan elminin beynəlxalq elm məkanında tanınmasına mühüm töhfələr verib.

Qeyd olunan tədbirlərin “science.gov.az” portalının yubileyi ilə üst-üstə düşməsi heç də təsadüfi deyil. Bu portal Azərbaycanda elm və ictimaiyyət arasında körpü rolunu oynayaraq, tanınmış alim və ziyalılarımızın dünyanın nüfuzlu elmi qurumları ilə əlaqə yaratması, eləcə də elm sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün vasitəçi rolunu oynayır, elm və medianın qarşılıqlı əlaqəsini gücləndirir.

Bu gün AMEA akademik İsa Həbibbəylinin rəhbərliyi ilə yeni mərhələdə uğurla inkişaf edir, Azərbaycan elminə mühüm töhfələr verir. Onun təşəbbüsü ilə aparılan innovativ islahatlar, həyata keçirilən məqsədyönlü tədbirlər humanitar və ictimai elmlər sahəsinin inkişaf istiqamətlərini müəyyənləşdirir. Daim müasir elmin çağırışlarını rəhbər tutan, yenilikləri dəstəkləyən akademik İsa Həbibbəyli AMEA-da elektron elmin inkişafına, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinə, süni intellekt texnologiyalarının tətbiqinə, eləcə də elektron sənəd dövriyyəsi sisteminin tətbiqinin genişləndirilməsinə xüsusi diqqət yetirir, strateji addımlar atır. AMEA rəhbərinin göstərişi ilə bu istiqamətdə görülən işlərin sistemli və hərtərəfli icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatında Elektron Akademiya şöbəsi yaradılıb. Bu şöbədə həyata keçirilən işlər nəticəsində elmi müəssisələrin və alimlərimizin beynəlxalq akademik şəbəkələrdə profilləri yaradılıb, elmi nəşrlərin veb-saytları hazırlanıb, AMEA-nın dövri elmi jurnallarında dərc olunan məqalələrə mərkəzləşdirilmiş qaydada DOI identifikatoru verilib və digər zəruri tədbirlər həyata keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamına əsasən, Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Dövlətimizin başçısının Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri tərəfindən AMEA-nın Tədbirlər planı hazırlanıb. Tədbirlər planında rəqəmsal dövrdə suverenlik, konstitusiya və ana dilimiz, suverenlik və müstəqillik ideyalarının Azərbaycan ədəbiyyatında əksi və digər aktual mövzularda tədbirlərin – elmi konfransların, dəyirmi masaların keçirilməsi, həmçinin bir sıra nəşrlərin hazırlanması nəzərdə tutulur.

2025-ci ilin əhəmiyyətini göstərən digər mühüm hadisə Prezident İlham Əliyevin bu il yanvar 16-da “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Fərmanı imzalaması olub. Rəqəmsal dövlətin formalaşması istiqamətində qəbul olunmuş mühüm strateji sənəd olan bu Konsepsiyanın “Konstitusiya və Suverenlik İli”ndə qəbul edilməsi dövlət qurumlarının rəqəmsal fəaliyyətinin sistemləşdirilməsinə təkan verməklə yanaşı, AMEA-nın da qarşısına mühüm vəzifələr qoyur.

Təbii ki, bütün bu əhəmiyyətli qərarların kontekstində elm və informasiya cəmiyyətinin inkişafı daha çox əhəmiyyət kəsb etməyə başlayır. Elm və texnologiyanın sürətli inkişafı fonunda “science.gov.az” portalının əsas vəzifələrindən biri də Azərbaycanın elmi nailiyyətlərinin rəqəmsal platformalar vasitəsilə geniş yayılmasını təmin etmək, elm və təhsilin inteqrasiyasının sürətləndirilməsinə dəstək verməkdir.

Bundan başqa, “science.gov.az” portalı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan elminin milli maraqlar kontekstində inkişafına töhfə verməli, elm və texnologiyanın ölkənin dayanıqlı inkişafında oynadığı rolu geniş ictimaiyyətə çatdırmalıdır. Bütün bu tədbirlər Azərbaycan elminin dünya elmi məkanında layiqli yer tutmasına xidmət edəcək.

İnanırıq ki, 2025-ci il həm elmin, həm də medianın inkişafında xüsusi rol oynayaraq, Azərbaycan elmi-mədəni həyatında unudulmaz iz buraxacaq. “Science.gov.az” elmi biliklərin cəmiyyətə çatdırılması istiqamətində mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirməyə davam edərək bütövlükdə informasiya cəmiyyətinin inkişafına mühüm töhfələr verəcək.

Aydan Ələkbərova

Xəbər Lenti

Naxçıvanda “Uşaqların rəngli dünyası” festivalı keçirilir - FOTO01.06.2025 - 06:45
Balaca ürəklərə böyük sevinc: “Tıq-tıq xanım” tamaşası - FOTO01.06.2025 - 06:38
Alimlər planetin buzlaq örtüyünün fəlakətli itkisini proqnozlaşdırıblar01.06.2025 - 06:25
Mehriban Əliyevadan uşaqlarla bağlı PAYLAŞIM01.06.2025 - 06:13
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür01.06.2025 - 06:00
İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib31.05.2025 - 18:10
13 yaşlı qızla qanunsuz evlənən həbs edildi31.05.2025 - 16:10
Güclü maqnit qasırğaları gözlənilir31.05.2025 - 13:30
Bu məktəbin iki şagirdi maksimum bal topladı 31.05.2025 - 13:12
Gəncədə eyni məktəbin iki şagirdi 300 bal TOPLADI31.05.2025 - 12:50
FHN tərəfindən şəhid övladları üçün "açıq qapı günü" tədbirləri keçirilib31.05.2025 - 12:40
“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib - FOTO31.05.2025 - 12:30
Arzu Əliyeva Bakıdakı "Gallery" rəsm qalereyasında olub31.05.2025 - 12:20
Alyona Əliyeva "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini təbrik edib31.05.2025 - 12:10
MDU Özbəkistanın üç universiteti ilə əməkdaşlıq edəcək - FOTO31.05.2025 - 11:57
Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər31.05.2025 - 11:46
Sabah 36 dərəcə isti olacaq31.05.2025 - 11:34
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb?31.05.2025 - 11:22
Bu gün Ümumdünya Himayədar Ailə Günüdür31.05.2025 - 11:10
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ CAVAB31.05.2025 - 10:49
“Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasının Özbək Dilinə Tərcüməsi Təhsil Sərgisində Təqdim Olunub31.05.2025 - 10:35
Xəzər dənizində zəlzələ oldu31.05.2025 - 09:35
Magistratura üzrə keçid balları artacaq? – DİM sədri AÇIQLADI31.05.2025 - 09:22
17 tələbə qazdan zəhərlənib31.05.2025 - 08:53
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib31.05.2025 - 08:49
Bu gün hava necə olcaq?31.05.2025 - 08:38
Xəstəlik deyil, əzm qazandı- Sadiqdən yüksək nəticə31.05.2025 - 08:25
6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub31.05.2025 - 08:12
Tələbə xərçəngdən vəfat etdi31.05.2025 - 07:57
300 bal toplayanlar bu məktəblərin şagirdləridir- SİYAHI31.05.2025 - 07:45
Buraxılış imtahanının nəticələri elan olunub31.05.2025 - 07:32
Qabiliyyət imtahanı vermək istəyənlərin NƏZƏRİNƏ31.05.2025 - 07:21
BDU Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisində iştirak edir31.05.2025 - 07:11
ADA Universitetində VII İngilis Dili Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO31.05.2025 - 07:00
Larisa Vitkroft: Biz Azərbaycanın “Milli Proqram”nı dəstəkləyirik31.05.2025 - 06:50
BSU-nun “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransının Gəncə bölməsi keçirilib - FOTOLAR31.05.2025 - 06:40
ADA Universiteti və “Nardaran Invest” müqavilə imzalayıb - FOTO31.05.2025 - 06:30
Bağçalarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib - FOTO31.05.2025 - 06:20
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib - FOTO31.05.2025 - 06:10
Xüsusi internat məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTO31.05.2025 - 06:00
Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin rəhbəri Mərkəzi Elmi Kitabxanada olub - FOTO30.05.2025 - 19:36
BDU-nun gənclər təşkilatlarının fəal üzvləri ilə görüş olub30.05.2025 - 19:24
ADNSU-nun beynəlxalq əlaqələri genişlənir: Özbəkistanın doqquz universiteti ilə memorandum imzalanıb30.05.2025 - 19:13
BDU-da professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO30.05.2025 - 18:59
“Qazaxıstan-Azərbaycan: yeni üfüqlər” - beynəlxalq elmi-praktik konfrans - FOTO30.05.2025 - 18:48
Okeanoloq alim su nəqliyyatına dair beynəlxalq konfransda çıxış edib30.05.2025 - 18:36
“Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından” – BDU-da görüş30.05.2025 - 18:25
BANM tələbələri Müstəqillik Gününü Sofiyada qeyd ediblər30.05.2025 - 18:13