Təhsil 365 - Logo Mobile

Talassemiyalı uşaqlarla bağlı həkimlərin çağırılması ilə bağlı vəsatət verilib

2719.02.2025 - 19:32
Talassemiyalı uşaqlarla bağlı həkimlərin çağırılması ilə bağlı vəsatət verilib

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Tehsil365” "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə daxil olan vəsatətlər elan olunub.

Belə ki, zərərçəkən Tural Nəsimiyev məhkəməyə bir neçə həkimin dindirilməsi üçün vəsatət təqdim edib. O, vəsatətində cinayət işində təqsirləndirilən şəxslərdən başqa digər adı müəyyən olan və olmayan şəxslərin olduğunu deyib və həmin şəxslərin məhkəməyə çağırılmasını xahiş edib. Zərərçəkən, həmçinin təqsirləndirilən şəxslərin əlaqədə olduqları həkimlərlə telefon danışıqlarının və yazışmalarının məhkəməyə təqdim olunmasını xahiş edib.

"Əvvəlki proseslərdə adları çəkilən həkimlər - Mircəlal Kazımı, Xuraman Cəfərova və Valeh Hüseynovun da məhkəməyə çağırılmasını xahiş edirəm. Təqsirləndirilən şəxslərə Talassemiya Mərkəzində rahat hərəkət etməyə mərkəzin keçmiş direktoru Xuraman Cəfərova və keçmiş əməkdaşı Valeh Hüseynov imkan yaradıb" - deyə o, bildirib.

Tərəflər sözügedən şəxslərin məhkəməyə çağırılmasına etiraz etməyib.

Məhkəmə müşavirədən sonra hazırkı mərhələdə vəsatəti təmin etməyib. Hakim Azad Məcidov deyib ki, zərərçəkən və təqsirləndirilən şəxslər ifadə verdikdən sonra digər şəxslər də məhkəməyə çağırılıb dindiriləcək və növbəti mərhələdə vəsatət təmin ediləcək.

Həmçinin təqsirləndirilən şəxslərin əlaqədə olduqları şəxslərlə yazışmalarını və telefon danışıqlarını əldə etmək üçün müvafiq mobil operatorlara sorğu göndəriləcəyi bildirilib.

Daha sonra prosesdə zərərçəkən qismində Natiq Qubatov ifadə verib. O deyib ki, övladı talassemiya xəstəsi olub və sağalıb:

"Həmin vaxt uşağın vəziyyəti çox pis idi. 2022-ci ilin aprel ayında mütəmadi olaraq qızıma Talassemiya Mərkəzində qan vururduq. Elə olurdu ki, orqanizm qanı qəbul etmirdi. Türkiyədə müalicə elətdirdim. Sonra dedilər müalicə kömək olmur, əməliyyat olunmalıdır. Həyat yoldaşım Aynur Bayramova ilə tanış oldu. Uşağın qanını verdik, axtarışa verdilər. Bir müddət sonra Aynur Bayramova dedi ki, donor tapılıb. Mən donorun tapılması ilə bağlı sənəd tələb etdim. Sənədlə tanış olandan sonra Aynur Bayramovaya və Nuridə Seyidovaya ofislərində görüşüb 15 min dollar pul verdim. Dedim ki, uşağın vəziyyəti pisdir, təcili əməliyyat olunmalıdır".

Onun sözlərinə görə, pulu verdikdən bir müddət sonra aldadıldığını öyrənib:

"Bu hadisələrdən sonra anamın stressdən səhhəti pisləşdi. Dəfələrlə onlarla görüşdə oldum, uşağın qıvrılan yerdə videosunu göstərdim, xahiş etdim ki, pulumu qaytarsınlar. Tez-tez ofislərini dəyişirdilər. Nə qədər xahiş etdim, pulumu qaytarmadılar. Nömrələrimi bloka atmışdılar. Nuridə Seyidovanın anasının evində oldum, vəziyyəti danışdım, ağladı, dedi ki, qızımın qanı sənə halaldır. Mənim onlarda 16 min 500 manat pulum qalıb. Bu pulu Nuridə Seyidova və Aynur Bayramovadan tələb edirəm".

Prosesdə zərərçəkən qismində dindirilən Günay Ağayevanın sözlərinə görə, oğlu talassemiyə xəstəsidir və donor axtarışı zamanı təqsirləndirilən Aynur Bayramova ilə tanış olub:

"Donorun tapıldığını bildirəndən sonra 25 min manat Aynur Bayramovanın vasitəsi ilə Nuridə Seyidovaya vermişəm. Həmin pulu Nuridə Seyidova və Aynur Bayramovadan tələb edirəm".

Təqsirləndirilən Aynur Bayramova deyib ki, onun tək günahı xəstələrin yaxınlarını Nuridə Seyidovaya yönləndirmək olub:

"Mənim də övladım xəstədir. Bu gün zərərçəkən valideyinlərə baxanda vicdan əzabı çəkirəm. Mən sübut edəcəm ki, verilən bütün pullar Nuridədə olub. Mən lazımı yerlərə müraciət edəcəm. Məhkəmə araşdırsın, telefon danışıqlarını üzə çıxarsın, o zaman yeni faktlar üzə çıxacaq. Nuridə deyirdi ki, sponsor mənlik, xəstəxana isə sənlikdir".

Təqsirləndirilən Nuridə Seyidova isə Aynur Bayramovanın ittihamlarını qəbul etməyib. O deyib ki, sponsor məsələsini özü, xəstəxana işlərini isə Aynur Bayramovanın həll edəcəyi ilə bağlı hər hansı bir məsələni müzakirə etməyiblər.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Aydan Ələkbərova

Xəbər Lenti

Şərqşünaslıq İnstitutu Elm Gününə həsr olunmuş tədbir keçirib - FOTO14.03.2025 - 15:14
Ədəbiyyat İnstitutunda “Hophopnamə” sənədli-bədii filminin nümayişi olub - FOTO14.03.2025 - 14:59
"Gözüm ol mənim" kitab klubunun rəhbərlərindən biri Zəkəriyyə Qurbanov "Tehsil365"i təbrik etdi14.03.2025 - 14:47
Qarabağ Universitetində elm və ali təhsil ictimaiyyəti üçün infosessiyalar keçiriləcək14.03.2025 - 14:36
BDU ilə Pakistan universitetləri arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub14.03.2025 - 14:24
İlin sonuna kimi türk xalqlarının folklor toplusunun birinci cildinin nəşri planlaşdırılır - FOTO14.03.2025 - 14:12
Şagirdlərin istedadını vaxtında aşkarlamaq olduqca vacibdir14.03.2025 - 13:58
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: Müsahibə tarixi14.03.2025 - 13:47
Aprelin 30-da taksi sürücülərinin imtahanıdır14.03.2025 - 13:35
Azərbaycan Universitetində Gənc tədqiqatçıların VIII respublika elmi konfransı keçirilib - FOTO14.03.2025 - 13:23
9 sinif buraxılış imtahanının zonaları müəyyənləşib14.03.2025 - 13:10
Sabiq direktorun işə bərpa olunması tələbi RƏDD EDİLİB14.03.2025 - 12:59
Magistraturanın yekun nəticələri açıqlandı14.03.2025 - 12:48
Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir14.03.2025 - 12:37
Magistraturaya qəbulun vaxtı açıqlandı14.03.2025 - 12:26
Fiziklər işıqdan maddə yaratdılar14.03.2025 - 12:16
11-ci sinif şagirdi intihar edib14.03.2025 - 12:06
Qiymətləndirmə ilə bağlı görüş keçirilib14.03.2025 - 11:56
Gələn il ali məktəblərin bazalarında 2 tədqiqat universiteti yaradılacaq14.03.2025 - 11:44
İntellektual oyun üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibləri elan olunub - FOTO14.03.2025 - 11:33
AzMİU-nun 50 illik yubileyi ərəfəsində növbəti seminar - FOTO14.03.2025 - 11:21
Uşaqlar üçün yaradıcılıq və inkişaf imkanları genişlənir14.03.2025 - 11:10
Sertifikatlaşdırmadan sonra müəllimlər nə qədər maaş alırlar?14.03.2025 - 11:00
Direktorlarının maaşlarına 1500 manatadək əlavələr edilib - HESABAT14.03.2025 - 10:49
Ötən il 4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib14.03.2025 - 10:38
Tibb təhsilini bitirənlərin neçəsi işləyir?14.03.2025 - 10:26
SABAH qruplarından bu günədək 7 minə yaxın tələbə məzun olub14.03.2025 - 10:14
Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib14.03.2025 - 10:04
Rektor: Dəyərlərin formalaşması təhsildən çox, mədəniyyətin missiyasıdır14.03.2025 - 09:54
Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə iştirakı ARTIB14.03.2025 - 09:43
Ötən il vakant müəllim yerlərinin 90%-i tutulub14.03.2025 - 09:32
11 mindən çox bağça müəllimi diaqnostik qiymətləndirmədən keçib14.03.2025 - 09:21
Lütfi Zadə olimpiadasının nəticələri elan edildi14.03.2025 - 09:10
Ötən il doktorantura və dissertanturaya qəbul 61% olub14.03.2025 - 08:58
139 adda kitabın yayılmasının qarşısı alınıb14.03.2025 - 08:47
Bu gün Beynəlxalq Riyaziyyat Günüdür14.03.2025 - 08:35
Bu il Azərbaycanda 235 bağça təmir olunacaq14.03.2025 - 08:22
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb14.03.2025 - 08:11
Azərbaycanın dövlət müstəqilliyi və konstitusion inkişaf tarixi – məruzə 14.03.2025 - 07:59
“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi nəşr olunub14.03.2025 - 07:49
Sabah peşə məktəblərinə işə qəbulu üzrə imtahan keçiriləcək14.03.2025 - 07:38
MDU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Elm Günü"nə həsr olunmuş elmi konfrans - FOTO14.03.2025 - 07:27
Gəncədə yeniyetmə itkin düşüb14.03.2025 - 07:16
Azərbaycanda 39 məktəb BAĞLANIB14.03.2025 - 07:06
Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək14.03.2025 - 06:55
2025-ci ilin ilk Ay tutulması başlayıb14.03.2025 - 06:43
Məktəbli qız itkin düşdü14.03.2025 - 06:32
Məktəb direktoru da insandır, onun da emosional durumu var - Emin Əmrullayev14.03.2025 - 06:22