Təhsil 365 - Logo Mobile

İdmana dövlət qayğısı gənc nəslin sağlam ruhda tərbiyəsində mühüm rol oynayır

3822.02.2025 - 15:48
İdmana dövlət qayğısı gənc nəslin sağlam ruhda tərbiyəsində mühüm rol oynayır

Prezident İlham Əliyevin yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkə idmanının bundan sonra da inkişafına təkan olacaq. Beləliklə, Azərbaycan idmanında, milli Olimpiya Hərəkatında növbəti uğurlu mərhələnin başlandığını söyləyə bilərik.

Bu sözləri “Tehsil365”ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, müasir qloballaşan dünyada idman geniş əhali qruplarına təsir göstərir, eyni zamanda, sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynayır. Ölkə daxilində mötəbər beynəlxalq yarışların keçirilməsi, xüsusən idmançıların beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazanmaları gənc nəslin vətənpərvərlik ruhunu daha da yüksəldir. İdmana dövlət qayğısının artması isə gənc nəslin sağlam ruhda tərbiyəsində, idmanın kütləviləşməsində vacib amil kimi çıxış edir.

K.Nurullayeva qeyd edib: “Son illər Azərbaycanın həm də idman ölkəsi kimi nüfuzu getdikcə artır. Bu sahədə də qazanılan uğurlar birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır.1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən dövlətimizin başçısı Azərbaycan idmançılarına hər zaman diqqət və qayğı göstərir. İyirmi səkkiz ildir davam edən bu proses uğurlu nəticələr verməkdədir. Təkcə ötən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edib, 1700-ə yaxın medal qazanıblar. Azərbaycan Prezidentinin də söylədiyi kimi, bu onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”.

Azərbaycanın dünyada nüfuzunun getdikcə daha da artdığını vurğulayan deputat ölkəmizdə müvafiq strukturların vahid strategiya əsasında fəaliyyət göstərməsinin idman sahəsində daha çox nailiyyət əldə etməyə imkan yaratdığını deyib. “Hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bundan sonra da işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, yeni idman komplekslərinin inşası nəzərdə tutulur.

Dövlətimizin başçısı ilə mütəmadi görüşlər, təltif və mükafatlandırmalar da idmançılarımız üçün böyük stimul olur. Prezident İlham Əliyevin də söylədiyi kimi, dövlət dəstəyi idmanın inkişafı ilə vəhdət təşkil edir”, - deyə deputat vurğulayıb.

Azərbaycanın həm də beynəlxalq idman qurumlarının rəğbətini qazandığını diqqətə çatdıran K.Nurullayevanın sözlərinə görə, uğurlu idman siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sayəsində ölkəmiz beynəlxalq arenada nümunəvi təşkilatçı kimi də tanınır.


Ölkədə aparılan gənclər siyasətinin idman sahəsindəki uğurlara müsbət təsirindən danışan parlamentari bildirib: “Təcrübə göstərir ki, idman istənilən cəmiyyətin həyatında bir sıra mühüm funksiyaları yerinə yetirir. İstər beynəlxalq aləmdə, istərsə də dövlətlərin öz daxilində informasiya müharibəsinin kəskin şəkildə güclənməsi şəraitində ümumilikdə idmanın, xüsusən də idman siyasətinin cəmiyyətdə baş verən proseslərə təsiri də artır. Bu mənada, idmançılarımız 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq arenalarda qalib ölkənin, ərazi bütövlüyü və suverenliyini bərpa etmiş dövlətin nümayəndələri, həm də təbliğatçısı kimi çıxış edirlər. Bu isə idmançılarımızın məsuliyyətini artırmaqla yanaşı, onların daha böyük qələbələr qazanmasını şərtləndirir”.

Şəms Əhmədzadə

Xəbər Lenti

İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib31.05.2025 - 18:10
13 yaşlı qızla qanunsuz evlənən həbs edildi31.05.2025 - 16:10
Güclü maqnit qasırğaları gözlənilir31.05.2025 - 13:30
Bu məktəbin iki şagirdi maksimum bal topladı 31.05.2025 - 13:12
Gəncədə eyni məktəbin iki şagirdi 300 bal TOPLADI31.05.2025 - 12:50
FHN tərəfindən şəhid övladları üçün "açıq qapı günü" tədbirləri keçirilib31.05.2025 - 12:40
“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib - FOTO31.05.2025 - 12:30
Arzu Əliyeva Bakıdakı "Gallery" rəsm qalereyasında olub31.05.2025 - 12:20
Alyona Əliyeva "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini təbrik edib31.05.2025 - 12:10
MDU Özbəkistanın üç universiteti ilə əməkdaşlıq edəcək - FOTO31.05.2025 - 11:57
Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər31.05.2025 - 11:46
Sabah 36 dərəcə isti olacaq31.05.2025 - 11:34
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb?31.05.2025 - 11:22
Bu gün Ümumdünya Himayədar Ailə Günüdür31.05.2025 - 11:10
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ CAVAB31.05.2025 - 10:49
“Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasının Özbək Dilinə Tərcüməsi Təhsil Sərgisində Təqdim Olunub31.05.2025 - 10:35
Xəzər dənizində zəlzələ oldu31.05.2025 - 09:35
Magistratura üzrə keçid balları artacaq? – DİM sədri AÇIQLADI31.05.2025 - 09:22
17 tələbə qazdan zəhərlənib31.05.2025 - 08:53
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib31.05.2025 - 08:49
Bu gün hava necə olcaq?31.05.2025 - 08:38
Xəstəlik deyil, əzm qazandı- Sadiqdən yüksək nəticə31.05.2025 - 08:25
6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub31.05.2025 - 08:12
Tələbə xərçəngdən vəfat etdi31.05.2025 - 07:57
300 bal toplayanlar bu məktəblərin şagirdləridir- SİYAHI31.05.2025 - 07:45
Buraxılış imtahanının nəticələri elan olunub31.05.2025 - 07:32
Qabiliyyət imtahanı vermək istəyənlərin NƏZƏRİNƏ31.05.2025 - 07:21
BDU Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisində iştirak edir31.05.2025 - 07:11
ADA Universitetində VII İngilis Dili Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO31.05.2025 - 07:00
Larisa Vitkroft: Biz Azərbaycanın “Milli Proqram”nı dəstəkləyirik31.05.2025 - 06:50
BSU-nun “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransının Gəncə bölməsi keçirilib - FOTOLAR31.05.2025 - 06:40
ADA Universiteti və “Nardaran Invest” müqavilə imzalayıb - FOTO31.05.2025 - 06:30
Bağçalarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib - FOTO31.05.2025 - 06:20
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib - FOTO31.05.2025 - 06:10
Xüsusi internat məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTO31.05.2025 - 06:00
Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin rəhbəri Mərkəzi Elmi Kitabxanada olub - FOTO30.05.2025 - 19:36
BDU-nun gənclər təşkilatlarının fəal üzvləri ilə görüş olub30.05.2025 - 19:24
ADNSU-nun beynəlxalq əlaqələri genişlənir: Özbəkistanın doqquz universiteti ilə memorandum imzalanıb30.05.2025 - 19:13
BDU-da professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO30.05.2025 - 18:59
“Qazaxıstan-Azərbaycan: yeni üfüqlər” - beynəlxalq elmi-praktik konfrans - FOTO30.05.2025 - 18:48
Okeanoloq alim su nəqliyyatına dair beynəlxalq konfransda çıxış edib30.05.2025 - 18:36
“Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından” – BDU-da görüş30.05.2025 - 18:25
BANM tələbələri Müstəqillik Gününü Sofiyada qeyd ediblər30.05.2025 - 18:13
AMEA-da Azıx mağarasında tədqiqatlar aparan beynəlxalq arxeoloji ekspedisiyanın heyəti ilə görüş olub - FOTO30.05.2025 - 18:02
Koreyada BMU-INHA İDP üzrə Rəhbər Komitənin iclası keçirilib - FOTO30.05.2025 - 17:49
BDU-da “Ekoloji terror və Qarabağın təbiəti” mövzusunda tədbir keçirilib - FOTO30.05.2025 - 17:37
Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri araşdırılıb30.05.2025 - 17:25
Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar - FOTO30.05.2025 - 17:12