Təhsil 365 - Logo Mobile

Ədəbi məktəbin əbədiyyət çırağını yandıranlar: Sabir Gəncəli

3827.08.2023 - 13:55
Ədəbi məktəbin əbədiyyət çırağını yandıranlar: Sabir Gəncəli

Doktoranturaya qəbul olduqdan sonra elmi rəhbər kimi professor Əjdər Ağayevə müraciət etməyim tövsiyə edildi. Ölkə pedaqoqlarının hamısı bilir ki, Əjdər Ağayev tələbələrinə öz fəaliyyətlərində Azərbaycan xalqının inkişafına xidmət edə biləcək işlər görmələrini aşılayırdı. Bu, onun ən böyük amalı idi.

Əjdər müəllim işimə elmi rəhbər olmaq istəyimi geri çevirmədi və tədqiqat mövzusu olaraq bir qədər düşünməli olduğunu bildirdi. Sonrakı görüşlərimizdə öncə Azərbaycanda pedaqoji fikir tarixinin təməlində olan məktəblər haqqında mövzu işləməyimi desə də, bir az sonra bu mövzuda bir çox işlərin görüldüyünü söylədi və “ağlımda daha yaxşı bir mövzu var”, - deyərək, “gəl sənə “Şərq qadını” jurnalı ilə bağlı tədqiqat mövzusu verək”, -deməsilə üzündə xoş bir təbəssüm yarandı. Mənim üçün yeni olan bu mövzunun haradan, hansı mənbələrdən araşdıracağımla bağlı sualıma, “kömək edərik, sən də ortaya mükəmməl bir iş qoyarsan”, - söylədi. Elmi Şurada mövzumu “Şərq qadını” jurnalında tərbiyə məsələləri” adı ilə təsdiq elədilər. İlk vaxtlar mövzunun plan-proqramını hazırlayaraq Əjdər müəllimlə müzakirə edirdik. Amma çox təəssüf ki, 2018-ci ildə Əjdər müəllimin Azərbaycan təhsili ilə birgə döyünən böyük ürəyi dayandı, o, haqq dünyasına qovuşdu. Onunla başladığımız tədqiqat işini sonradan professor İntiqam Cəbrayılovla davam etdirməli oldum. İntiqam müəllim də Əjdər müəllimin dəst-xəttini pozmadan tədqiqat işini olduğu kimi davam etdirməyimi söylədi.

Müzakirələrimizin birində Əjdər müəllim “Şərq qadını” ilə bağlı arxivlərdən araşdırıb gətirdiyim mətnlərə baxıb qeyri-ixtiyari şəkildə dahi Nizamidən belə bir beyt dedi: “Bağlı bir qapıya açar axtarsan, Ancaq alimlərdə axtar, taparsan”. Bu misraların nəyə işarə olduğunu düşünürdüm ki, özü dilləndi. Dedi ki, qızım, gəl sən belə elə,bilirsən ki, “Şərq qadını” jurnalının davamçısı “Azərbaycan qadını” jurnalıdır. Bu jurnalda uzun müddət şöbə müdiri işləmiş, tədqiqatçı-jurnalist Sabir Gəncəli var, get onunla da görüş, onun bu mövzu haqqında kifayət qədər bilgiləri olacaq, həm də halallıq alarsan.

Bu işə deyilən vaxtdan başlasam da, bəzi cəhdlərimə baxmayaraq, heç cür Sabir müəllimlə əlaqə saxlaya bilmirdim. Dissertasiya işimi yekunlaşdırıb elmi rəhbərimə təqdim etməmişdən öncə qaydaya uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyevin qəbuluna gedib işim haqqında məlumat verdim. Söz arası Sabir müəllimlə görüşmək cəhdlərimin olmasına baxmayaraq, təəssüf ki, görüşün alınmadığını söylədim. Yusif müəllim zəng edib “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdan Sabir Gəncəli haqqında məlumat aldı və onun telefon nömrəsini götürdü. Sonra Sabir müəllimin ev nömrəsinə zəng etdi. Dəstəyi həyat yoldaşı Rəmayə xanım qaldırdı və Sabir müəllimin danışmasına bir az maraqsız olduğunu sezdirdi. Lakin Yusif müəllimin davamlı israrından sonra dəstəyi Sabir müəllimə verdi. Yusif müəllim Azərbaycan mətbuatında Sabir Gəncəli isminin nəhəngliyindən, pedaqogikaya, genealogiya elminə verdiyi töhfələrdən danışıb sonra bir doktorantın onunla görüşərək işi ilə bağlı xeyir-dua almaq istədiyini söylədi. Sabir müəllim sonda görüşə razılıq verdi.

Görüşə razılıq alındıqdan sonra sevincimin həddi-hüdudu yox idi. Demək ki, mən həm mərhum Əjdər Ağayevin tapşırığını yerinə yetirəcəkdim, həm də ustaddan bir halallıq almış olacaqdım. Çünki dissertasiya işimdə onun yazdığı məqalələrdən, tədqiqatlarından istifadə edərək daha geniş mənbələrə çatırdım.

Bu böyük insanla görüşün yaddaqalan və maraqlı keçməsi üçün onun diqqətini çəkəcək suallar verməli idim.Ona görə də evə gəlib Sabir Gəncəli ilə görüşdə ona ünvanlanacaq sualları hazırladım.

Sabir müəllim ilə görüş 11 ildən sonraya – 2023-cü ilə qismət imiş. O, Yasamal rayonunda yerləşən doqquzmərtəbəli binaların birində yaşayır. Həyəcan və sevinc hissi ilə pilləkanları qalxıb, qapının zəngini sıxdım. Qapını üzümüzə ömür-gün yoldaşı Rəmayə xanım açaraq bizi (ailə üzvlərimlə getmişdim) çox xoş qarşılayıb içəri dəvət etdi. Kim olduğumu bildirərək özümü təqdim etdim, gəlişimin məqsədindən danışdım. İçəri keçib Sabir müəllimlə də görüşdüm. Əvvəlcədən hazırladığım sualları Sabir müəllimə ünvanladıqca onun nurlu üzündə yaranan təbəssümü hiss edirdim. Biləndə ki, mənim dissertasiya işim “Şərq qadını” jurnalı ilə bağlıdır və onun araşdırmalarına istinad edərək onlardan geniş istifadə etmişəm, bunun üçün də ondan həm də halallıq almaq istəyirəm, buna çox sevindi.

İlk sualım təbii ki, “Şərq qadını” jurnalının Azərbaycanın ictimai, mədəni və sosial həyatında oynadığı rola aid oldu. Bildirdi ki, “Şərq qadını” jurnalı inqilabdan sonra yaradılsa da, ideoloji prinsipində, həmçinin milli ruhu daşıyırdı. Jurnalın səhifələrində dövrün onlarca məşhur yazarı maarifləndirici və tərbiyəvi işlər görmüşdür. Bu jurnal Azərbaycanda qadın hüquqlarının qorunması, uşaqların təhsilə cəlb olunması kimi çətin problemlərin həllində müstəsna rol oynamışdır, - söylədi.

Dəyərli oxucuya bu yerdə Sabir Gəncəli haqqında qısa bir məlumat verməyim yerinə düşərdi. Tanınmış jurnalist Sabir Gəncəli 1930-cu ildə Gəncə şəhərində anadan olmuşdur. M.Ə. Sabir adına orta və ibtidai rəssamlıq məktəbini bitirmişdir. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. 1958-1963-cü illərdə “Bakı” qəzetində, 1963-1967-ci illərdə “Azərbaycan qadını” jurnalı redaksiyasında ədəbi işçi, 1967-1975-ci illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmişdir. 1976-2010-cu illərdə “Azərbaycan qadını” jurnalının məsul katibi vəzifəsində çalışmışdır. 2000-2014-cü illərdə Azərbaycanın İctimai Siyasi Universitetində “Azərbaycan mətbuat tarixi” və “Jurnalistika sənətkarlığı” fənnindən dərs demişdir. Sabir Gəncəli Azərbaycan qadınının həyat, fəaliyyətinə aid və digər mövzularda 26 adda kitabın və 9 ensiklopedik toplunun müəllifidir. “Şərq qadını” jurnalının tarixinə dair bir çox araşdırmalar aparmış və bu mövzuda sanballı məqalələri vardır.

Yeri gəlmişkən, 1923-cü ildə yaradılan “Şərq qadını” jurnalının 2023-cü ildə 100 yaşı tamam olur. Junalın adı 1938-ci ildə dəyişdirilərək “Azərbaycan qadını” adı ilə əvəz olunur. Bu adın dəyişdirilmə səbəbi ilə bağlı heç bir mənbədə tutarlı məlumata rast gəlmədiyim üçün Sabir müəllimə bu sualla müraciət etdim. O, bildirdi ki, 1937-ci ildə “Şərq qadını” jurnalının baş redaktoru Ayna Sultanova həbs olunub repressiyaya məruz qaldıqdan sonra jurnalın fəaliyyətini davam etdirib-etdirməməsi sual altında idi. Ona görə də yaradıcı heyət jurnalın adının qismən dəyişdirilməsi ilə çıxış yolu seçdi. Beləliklə,1938-ci ildə “Şərq qadını” “Azərbaycan qadını” adlandırıldı.

Söhbət o qədər maraqlı axarla gedirdi ki, Sabir müəllimi saatlarca dinləyib ancaq ona qulaq asmaq istəyirdik. Amma suallarımı da verməli idim. Növbəti sualım 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevin “Azərbaycan qadını” jurnalının fəaliyyətindəki rolu ilə bağlı oldu. Sabir müəllim bildirdi ki, jurnalın 50 illik yubileyi Heydər Əliyevin Azərbaycan KP MK-nın Birinci katibi çalışdığı dövrə təsadüf edir. Heydər Əliyev jurnalın 50 illik yubileyinin təntənəli şəkildə keçirilməsi üçün geniş imkanlar yaratmışdır. Həmçinin təşkil olunan yubiley tədbirində çıxış edərək “Şərq qadını” jurnalının yaranmasını təkcə Azərbaycan qadınının deyil, həm də Şərqin bütün zəhmətkeş qadınlarının həyatında böyük siyasi və mədəni əhəmiyyəti olan hadisə kimi qiymətləndirmişdir. Ulu Öndərin diqqət və qayğısından sonra “Azərbaycan qadını” jurnalının səhifələrində yeni rubrikalar, yeni tədqiqat mövzuları daxil edildi.

Sonra dissertasiya işimlə bağlı bəzi müzakirələr də etdik. Söhbət əsnasında dissertasiya işinin daha təkmil və sanballı tədqiqat işi olması istiqamətində tövsiyyə, təklif və iradlarını da bildirdi. Həmçinin belə bir mövzunu üzərimə götürüb tədqiqat işi apardığıma görə bu yolda öz xeyir-duasını da verdi.

Bu görüşdən çox sevinən Sabir müəllim uşaq cəldliyi ilə ayağa qalxıb kitab rəfindən özünün yazdığı “Azərbaycan mətbuatının şəfəqləri”, “Azərbaycan qadınlarının həyat və mübarizə salnaməsi”, “Qadın, gözəllik və ülviyyət”, “Ailə ensiklopedik toplu” kitablarını gətirdi və avtoqraf qoyaraq hədiyyə olaraq mənə təqdim etdi.

Mən də bir gənc tədqiqatçı kimi Sabir müəllimlə bu görüşü elmi və pedaqoji fəaliyyətim üçün böyük məmnunluq hissi ilə ömrümə həkk etdim. Çünki Azərbaycan mətbuatında böyük örnəklər yaratmış “Şərq qadını” jurnalının varisi olan “Azərbaycan qadını” jurnalını canlı olaraq öz varlığında yaşadan Sabir Gəncəli bir dəryadır. Nə xoş bizə ki, bu dəryadan bir damla da olsa qidalana bilirik.

Pərvanə RZAYEVA,

ADPU-nun Quba filialının şöbə müdiri, doktorant

Elmina Muxtarlı

Xəbər Lenti

Siqaret çəkməyənlər arasında da ağciyər xərçəngi artmaqda davam edir05.02.2025 - 17:54
Nigeriyada dini məktəbdə YANĞIN: 17 şagird öldü05.02.2025 - 17:49
Keçmiş rektor Ali Məhkəmədə UDUZDU05.02.2025 - 17:35
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 17:18
Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkimdən AÇIQLAMA05.02.2025 - 17:05
15 yaşlı məktəbli niyə ölüb?05.02.2025 - 16:38
Gömrük Akademiyasında təqüdlər ödənilmir?05.02.2025 - 16:26
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq05.02.2025 - 16:12
"ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır05.02.2025 - 15:59
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 15:45
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar - FOTO05.02.2025 - 15:34
MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı05.02.2025 - 15:20
"Daha sərbəst" akademik müzakirə layihəsinə start verildi05.02.2025 - 15:05
Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub - FOTO05.02.2025 - 14:54
Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərsdə halı pisləşən şagird ÖLDÜ05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08