Təhsil 365 - Logo Mobile

Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir ŞƏRH

3224.02.2025 - 15:01
Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir ŞƏRH

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımından 33 il ötür. Bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

“Tehsil365” AZƏRTAC-a istinadənxəbər verir ki, Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, Xocalı soyqırımı zamanı 613 dinc sakin xüsusi amansızlıqla, qəddarlıqla öldürülüb. Bu qətliam nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncələr verilib. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə, insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Dünya tarixində belə qanlı qırğınlara nadir hallarda rast gəlinir. Xocalıda ermənilər bir gecədə bütün şəhəri yerlə-yeksan edib, əhaliyə qarşı kütləvi qırğın törədiblər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Ruanda və Srebrenitsa soyqırımları ilə bir sırada dayanır. Ona görə də, Xocalı qətliamı bütün dünya tərəfindən soyqırımı kimi tanınmalıdır.

Deputatın sözlərinə görə, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı işlər Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra başlayıb: “Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Ümummilli Liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17:00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb. Xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib, bununla bağlı bir çox internet saytı yaradılıb. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələni diqqət mərkəzində saxlayır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələlərdən biri kimi müəyyənləşdirilib”.

Fatma Yıldırım onu da qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu sistemli tədbirlər həyata keçirir: “2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir. Görülən işlərin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılır. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Xocalı faciəsi qurbanlarının da qisasını yerdə qoymadı. Bu döyüşlərdə Xocalı qatillərinin bir qismi öz layiqli cəzalarını aldılar. Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində üçrəngli Bayrağımızı ucaltdı. Bununla da, Xocalı faciəsi qurbanlarının, şəhidlərimizin ruhu şad oldu. Hazırda Xocalı şəhərində bərpa işləri sürətlə həyata keçirilir. Artıq ötən il Xocalı sakinlərinin bir hissəsi doğma yurdlarına qayıdıb və bu proses davam etməkdədir. Qanlı-qadalı günlər yaşamış bu yurdda artıq öz sahibləri əbədi olaraq yaşayacaqlar”.

Cinayətkarlıqda təqsirləndirilən ermənilərin Bakıda məhkəmələrinin davam etməsinə diqqət çəkən deputat onların arasında Xocalı cəlladlarının da olduğunu vurğulayıb: “Otuz illik işğal dövründə biz inanırdıq ki, günahsız insanların qatilləri gec-tez ədalət mühakiməsində cavab verəcəklər. Artıq həmin gün gəlib. Məhkəmədə onların törətdiyi dəhşətli cinayətlər açıqlanır. İnanırıq ki, onlar layiq olduğu cəzaları alacaqlar. Onlar üçün ən böyük cəzalardan biri də torpaqlarımızın işğaldan azad edilməsidir. Doğma Qarabağ torpağı bu gün dirçəlir və çiçəklənir. Biz bu torpaqlara əbədi qayıtmışıq”.

Şəms Əhmədzadə

Xəbər Lenti

Açıq sualın cavabı qaralanarsa, bal azaldılırmı? - RƏSMİ08.04.2025 - 18:45
Rektor: Startapları dəstəkləyən innovasiya mərkəzi yaratmağa hazırlaşırıq08.04.2025 - 18:34
Şahin Bayramov: Xocalıda kənd təsərrüfatı məktəbinin fəaliyyətə başlaması nəzərdə tutulur08.04.2025 - 18:22
DİM valideynlərə müraciət etdi: Aldanmayın!08.04.2025 - 18:07
Nazir: İbtidai sinif müəllimliyinə qəbul olanların sayı xeyli artıb08.04.2025 - 17:52
Sabah hava bu insanlarda narahatlıq yaradacaq08.04.2025 - 17:39
Suqovuşan və Sarıcalı kəndlərinin məktəblərində tədris prosesinə başlanılıb - FOTO08.04.2025 - 17:26
""Zorakılığa son" pantomima" adlı layihə çərçivəsində tamaşa hazırlanıb08.04.2025 - 17:14
Cavab əvəzinə öz nömrəsini yazdı 08.04.2025 - 16:57
Mikroavtobus 20 yaşlı gənci vurdu08.04.2025 - 16:46
Uşaq bağçasında intihar08.04.2025 - 16:33
Macarıstan ilə Türk dünyası ölkələri arasında elmi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib - FOTO08.04.2025 - 16:21
Asiya İnkişaf Bankının nümayəndələri Coğrafiya İnstitutunda olublar - FOTO08.04.2025 - 16:10
BSU-nun rektoru Albaniya Milli Elmlər Akademiyasının Prezidenti ilə görüşüb - FOTO08.04.2025 - 15:59
Pedaqoji Universitetin tələbələri üçün “Karyera forumu” layihəsinə start verilib - FOTO08.04.2025 - 15:47
BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi”nin ikinci günü: Sağlamlıq və rifah - FOTO08.04.2025 - 15:35
ADPU-da magistrantların VIII Respublika elmi konfransına başlanılıb08.04.2025 - 15:22
İngiltərəli professor Ədəbiyyat Muzeyinin qonağı olub08.04.2025 - 15:10
BDU-da Ağdaban soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO08.04.2025 - 14:53
BMU-da bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu keçirilib - FOTO08.04.2025 - 14:42
bp daha bir beynəlxalq təhsil resursunu Azərbaycana gətirib08.04.2025 - 14:31
UNEC-də Elm Festivalı keçirilib08.04.2025 - 14:20
Akademiya prezidentinin kolleksiyası yeni nəşrlərlə zənginləşir08.04.2025 - 14:10
BANM-ın 10 tələbəsi “Brend tələbə” seçilib - FOTO08.04.2025 - 13:59
Kimyaçı alimlərin multidisiplinar tədqiqatlar aparıblar - FOTO08.04.2025 - 13:48
“Ədəbiyyat İnstitutunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib08.04.2025 - 13:36
“Yaşıl turizm: ətraf mühit və biz” - seminar 08.04.2025 - 13:24
Media nümayəndələri imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesini müşahidə ediblər - FOTO08.04.2025 - 13:12
Tarix Muzeyinin əməkdaşlarının məruzələri Özbəkistanda nəşr edilib08.04.2025 - 12:56
“Kənd əhalisinin həyat səviyyəsi: inklüziv inkişafa doğru” monoqrafiyası nəşr olunub08.04.2025 - 12:44
AzTU-da “AI-MED LAB” laboratoriyasının açılış mərasimi keçirilib - FOTO08.04.2025 - 12:33
Sektor müdiri: Dövlət İmtahan Mərkəzinin məlumat bazaları yüksək təhlükəsizlik tədbirləri ilə qorunur08.04.2025 - 12:21
Qərbi Azərbaycan folkloru ilə bağlı araşdırmalar davam edir08.04.2025 - 12:10
AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb - FOTO08.04.2025 - 11:57
BANM ilə “SABAH City” texnoparkı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib08.04.2025 - 11:45
Emin Əmrullayev: “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq08.04.2025 - 11:33
Nazir: Pedaqoji Universitetə qəbul olunan tələbələrin bal göstəriciləri artıb08.04.2025 - 11:22
IX sinif buraxılış imtahanlarında açıq tipli test tapşırıqları ilə bağlı statistika açıqlanıb08.04.2025 - 11:10
Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq08.04.2025 - 10:51
Vəfadar Misirov: Bir il ərzində 30 mindən artıq namizəd elektron imtahan verib08.04.2025 - 10:39
İsa Həbibbəyli: Elm cəmiyyətin ümumi dəyərinə çevrilməlidir08.04.2025 - 10:27
BANM MBA mərkəzi Azərbaycan dilində də tədrisə başlayır08.04.2025 - 10:16
Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyəti məktəblilərlə görüşüb - FOTO08.04.2025 - 10:05
Füzuli və Ağdamda yeni məktəb və bağça TİKİLİR08.04.2025 - 09:54
Məktəblərin publik hüquqi şəxsə çevrilməsi vacibdir - NAZİR08.04.2025 - 09:43
AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb - FOTO08.04.2025 - 09:32
Qarabağ Universitetində yeni fakültə YARADILIR08.04.2025 - 09:20
I sinfə qəbul: Müraciət qaydası və tələb olunan SƏNƏDLƏR08.04.2025 - 09:09