Təhsil 365 - Logo Mobile

Məktəbəqədər yaşlı uşaqlarda oxuma və yazma bacarıqları necə inkişaf etdirilməlidir?

8724.02.2025 - 16:43
Məktəbəqədər yaşlı uşaqlarda oxuma və yazma bacarıqları necə inkişaf etdirilməlidir?

Pedaqoqlar arasında uşaqların oxuma və yazma bacarıqlarının yaxşılaşdırılmasının zəruriliyi ilə bağlı müxtəlif fikirlər var. Təməl oxuma və yazma bacarıqlarının formalaşması prosesi uşağın bağça dövründən əvvəl başlayır.

Məktəbəqədər yaşda təməl oxuma və yazma bacarıqları necə formalaşdırılmalıdır?

“Tehsil365” “Edutopia” portalına istinadla xəbər verir ki, koqnitiv nevroloq Stanislas Dehaene apardığı araşdırmanın nəticəsinə uyğun olaraq, uşaq bağçasından əvvəl azyaşlıların gündəlik təcrübələrinə oxu bacarıqlarının inteqrasiyasını dəstəkləyir.

Uşaqlar məktəbəqədər yaşda oxuma və yazma qabiliyyətlərini inkişaf etdirəcək bir çox vacib bacarıqlar öyrənirlər, lakin heç biri aşağıdakı üç bacarıq qədər önəmli deyil:

1. Yazılı materiallara dair məlumatlılıq

2. Fonoloji məlumatlılıq

3. Fonika

1. Yazılı materiallara dair məlumatlılığı dəstəkləyin

Məktəbəqədər təhsildə diqqət yetirilməli ilk addım yazılı dildən necə istifadə edildiyini anlamaqdır. Bu zaman azyaşlılara hərfləri, sözləri və cümlələri tanımağa imkan verilməlidir.

Azyaşlılara hərfləri, sözləri, cümlələri və böyük hərfləri göstərin, durğu işarələrini izah edin. Sözlərin axınını, son kəlməyə çatanda və oxumaq üçün növbəti sətrə keçəndə barmağınızı necə hərəkət etdirdiyinizi göstərin. Uşaqlara yazılı olan hər şeyi: məsələn, xəritələr, menyular, istiqamət lövhələri, mağaza broşürləri, qəzetlər, jurnallar, təqvimlər, ərzaq siyahıları və müxtəlif növ kitablar göstərin.

2. Fonoloji məlumatlılığı inkişaf etdirin

Məktəbəqədər yaşlı uşaqlar üçün nəzərə alınmalı olan bacarıqların ikinci vacib hissəsi fonoloji şüurdur (PA – Phonological Awareness). Bu, danışılan sözlərdə səsləri tanımaq və manipulyasiya etmək qabiliyyətidir. PA-nı dəstəkləyən fəaliyyətlərə səs manipulyasiyası ilə bağlı oyunlar, həmçinin uşaq mahnıları dinləmək, qafiyələnmə, oxumaq və mahnı söyləmək daxil ola bilər. Burada əsas diqqət eşitmə bacarıqlarının formalaşdırılmasına yönəlir.

Dinləmə bacarıqlarını inkişaf etdirmək üçün otaqda müxtəlif səslər (məsələn, zəng çalmaq, gəzmək, su axını, heyvan səsləri, nəqliyyat vasitələri və ya alətlərin səsi) çıxararkən uşaqlardan gözlərini yummalarını istəyin. Uşaqların eşitdikləri səsləri uyğunlaşdırmalı olduğu oyunlar yaradın.

Qafiyəli sözləri müəyyən etmək PA-nın əsas hissəsidir. Məktəbəqədər yaşlı uşaqlara qafiyəli sözlərin sonunda eyni səsə malik olduğunu izah edə bilərsiniz. Şagirdlərdə bu bacarığı inkişaf etdirməyə kömək etmək üçün onlara uşaq mahnılarını oxumaq və qafiyəli sözləri eşidəndə baş barmaqlarını yuxarı qaldırmalarını və ya hərəkət etmələrini (məsələn, tullanmaq, əl çalmaq, ayaqğa durmaq və s.) istəmək olar.

3. Fonikanı təşviq edin

Fonika şagirdlərə hərf-səs münasibətlərinin prinsiplərini, sözlərin necə səsləndirilməsini və bu prinsiplərə istisnaları öyrədən yanaşmadır. Məktəbəqədər səviyyədə fonika sadəcə olaraq uşaqlara hərf adlarını (qrafemləri) müvafiq danışıq səslərinə (fonemlərə) uyğunlaşdırmaqla səs-simvol münasibətlərini tanımağa kömək etməkdən ibarətdir.

Uşaqların hərflərin adlarını və onlara uyğun səsləri müəyyən etdiyi oyunlar da əyləncəli ola bilər. Bu zaman valideynlər köhnə klaviaturalardan istifadə edərək müxtəlif hərfləri söyləyir və uşaqlar da onları klaviaturada tapıb sıxmağa çalışırlar.

Uşaqlar hərflər və səslərlə tanış olduqdan sonra söz qrupları yaratmağa başlaya bilərlər.

Bu cür oyunlar əyləncəli, interaktiv, inkişafa uyğun və praktik xarakter daşıyır. Valideynlər və azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olanlar uşaqlarda oxuma və yazma bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət ayırmalıdırlar.

Şəms Əhmədzadə

Xəbər Lenti

"Azərbaycanda boşanmalar tarixdə görünməmiş səviyyəyə çatıb" – Üzeyir Şəfiyev13.12.2025 - 12:30
Süni intellektin gizli təhlükəsi13.12.2025 - 12:14
Azərbaycan ICCROM Baş Assambleyasının 34-cü sessiyasında təmsil olunub13.12.2025 - 12:00
Çingiz Aytmatovun bu əsəri Azərbaycan dilinə səhv tərçümə olunub13.12.2025 - 11:45
Çində müstəqil məktəblərin məzunları yüksək nəticələr göstərir13.12.2025 - 11:30
DİM köməkçi vasitələrlə imtahana girən abituriyentlər məsələsinə münasibət bildirdi13.12.2025 - 11:10
Ömrü uzadan maddə tapılıb13.12.2025 - 10:55
ABŞ-də məktəblərdə psixi sağlamlıq proqramlarına əlavə maliyyə ayrılıb13.12.2025 - 10:40
Həftə sonunun hava proqnozu açıqlanıb13.12.2025 - 10:20
Bu məktəblər maliyyə çətinlikləri ilə üzləşir13.12.2025 - 10:05
“Ədibin Evi” müsabiqə iştirakçılarına müraciət edib13.12.2025 - 09:55
Azərbaycanlı alimlərin süni intellektlə bağlı tədqiqatı yüksək qiymətləndirilib13.12.2025 - 09:40
Hazırki kurikulum uşaqlara ağırdır, yoxsa lazımlıdır?13.12.2025 - 09:25
Qəbul imtahanında fənlər üzrə limit yoxdur13.12.2025 - 09:10
Ümumi təhsildə keyfiyyətə doğru birgə addımlar atılması üçün görüş keçirilib 13.12.2025 - 08:59
Hindistan hökuməti ali təhsildə vahid tənzimləyici orqanın yaradılmasını təsdiqlədi13.12.2025 - 08:46
Böyük Britaniyanın immiqrasiya siyasəti Hindistan iş vizalarını 67% azaldıb13.12.2025 - 08:33
UPSC əlilliyi olan namizədlərə "seçim mərkəzi" imkanı yaradır13.12.2025 - 08:20
Mossbourne məktəbində davranış icmalı Ofsted üçün suallar doğurur13.12.2025 - 08:07
TəhsilPlus kartları artıq sifariş edilib13.12.2025 - 07:56
Ofsted maliyyələşməni diqqətlə yoxlamalıdır13.12.2025 - 07:54
"Miladdan əvvəlki kabus": Onlarla pulsuz məktəb layihəsi ləğv edildi13.12.2025 - 07:41
Cənubi Koreyada imtahan rəhbəri çətinliklə bağlı tənqidlərə görə istefa verdi13.12.2025 - 07:28
N. Əliyev adına Maşxan kənd tam orta məktəbinə ağır itki üz vermişdir13.12.2025 - 07:15
Ülvi Rəşid “ABŞ-Azərbaycan İnnovasiya Körpüsünün Qurulması” nominasiyası üzrə Baku ID Nexus Mükafatına layiq görülüb13.12.2025 - 07:02
Bakı şəhərində "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçiriləcək13.12.2025 - 06:49
Bakı Musiqi Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirildi13.12.2025 - 06:36
Astara şəhərində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib13.12.2025 - 06:23
Astara şəhərində Heydər Əliyevin "Anım Günü"nə həsr olunmuş bilik yarışması keçirildi13.12.2025 - 06:10
Astara şəhərində “Gənclərin DİN sistemi üzrə təhsilə və xidmətə təşviq edilməsi” mövzusunda görüş keçirildi13.12.2025 - 05:57
Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaranmasından 101 il ötür13.12.2025 - 05:44
Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyev anılır13.12.2025 - 05:31
Şərqşünas alim Saleh Əliyevin doğum günüdür13.12.2025 - 05:18
Əməkdar memar Abbas Ələsgərovun doğum günüdür13.12.2025 - 05:05
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi – Vidadi Nərimanbəyov13.12.2025 - 04:52
Azərbaycan musiqisinin tanınmış siması – Adil Gəray13.12.2025 - 04:39
Tahir İmanov – Azərbaycan komediyasının tanınmış siması13.12.2025 - 04:26
Nərgiz Paşayeva – Elmin və təhsilin ziyalı siması13.12.2025 - 04:13
1909-cu il: "Şeyx Sənan" operasının premyerası13.12.2025 - 04:00
BMU-da Ulu Öndərin anım günü ilə bağlı açıq dərslər keçirilib12.12.2025 - 19:56
Heydər Əliyev irsinin mediada təbliği təcrübəsi12.12.2025 - 19:45
MEK dövlətçiliyə dair nəşrlərin virtual sərgisini davam etdirir12.12.2025 - 19:30
Aşqarlar Kimyası İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb12.12.2025 - 19:24
“Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar” ikicildliyi nəşr olunub12.12.2025 - 19:15
Yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq12.12.2025 - 19:00
Turizm və Menecment Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib12.12.2025 - 18:54
Əqli Mülkiyyət Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib12.12.2025 - 18:45
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib12.12.2025 - 18:30