Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial İqtisadi Kollecdə Xocalı soyqırımına həsr olunmuş guşə yaradılıb.
Bu barədə “Tehsil365”-ə kollecdən məlumat verilib.
Tədbirdə çıxış edən kollecin müəllimi, Xocalı rayon sakini, faciənin canlı şahidi Eldəniz Əbdülov Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində həyata keçirdiyi soyqırımı haqında məlumat verib. Qeyd edib ki, uşaqlara, qadınlara, xəstələrə və dinc əhaliyə qarşı vəhşiliklər törədilib, öz torpağında günahsız insanlar amansızcasına qətlə yetirilib. Xocalı soyqırımından 33 il keçsə də, bu faciənin azərbaycanlıların yaddaşında dərin izlər buraxdığını söyləyən Eldəniz Əbdülov Xocalı rayonunun yenidən qurulduğu üçün özünü çox xoşbəxt hiss etdiyini bildirib.