Təhsil 365 - Logo Mobile

Bakıda Psixi Sağlamlıq Forumu keçirilib

8001.03.2025 - 09:59
Bakıda Psixi Sağlamlıq Forumu keçirilib

Yeni Klinikada Ombudsman, TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramının əməkdaşlığı çərçivəsində Psixi Sağlamlıq Forumu keçirilib. Forumun təşkilində məqsəd psixoloqların elektron qeydiyyatının təşkil olunmasıdır.

Tehsil365 xəbər verir ki, tədbirdə çıxış edən Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə psixoloji sağlamlıq sahəsinin təcrübədə problemlərlə müşayiət olunan və dəstək tələb edən məsələ olduğunu bildirib: "Uzun illər bu xidmət sahəsində çalışan şəxslərin qeydiyyatının aparılması, qanunvericilik əsasında bu mövzunun müzakirəsi məsələsi nəinki bizi, bu sahədə çalışan şəxsləri, bu xidmətə ehtiyacı olan şəxsləri maraqlandırır. Bu sahədə təcrübədə çətinliklər qalır, kifayət qədər insan keyfiyyətli psixososial xidmətlərə ehtiyac duyur. Təcrübəli psixoloqların dəstəyinə ehtiyacımız var. Bu gün müzakirə etdiyimiz məsələlər qeyd olunan çətinliklərin aradan qaldırılmasına töhfə verəcək".

TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Müharibə iştirakçıları ilə iş şöbəsinin müdiri Nərgiz Hacıyeva bildirib ki, proqram çərçivəsində həkimlərin təlimlərə cəlb olunması nəzərdə tutulub: "Hazırda TƏBİB-in müəssisələrində yaşlı şəxslərin, eləcə də uşaqların psixi sağlamlığının təşkilinə diqqətlə yanaşırıq. 100-dən çox tibb müəssisəsində psixoloqlar fəaliyyət göstərir Qısa müddətdə qəbul imtahanlarından öncə Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edərək məktəblərdə abituriyentlərə psixoloji yardıma başlayacağıq".

İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli bildirib ki, psixoloqların elektron bazasının formalaşması sistemi bu günə qədər bu sahədə fəaliyyət göstərən bütün insanlara töhfə verəcək. Eyni zamanda, peşəkar mütəxəssislərin cəmiyyətə inteqrasiyasına və vətəndaşlara düzgün psixoloji xidmətin göstərilməsinə zəmin yaradacaq: "Psixoloqlar elektron kabinetdən keçərək fəaliyyət göstərə biləcəklər. Psixoloqların yanlış məlumat yayması, qeyri-ixtisas şəxslərin cəmiyyətə özlərini psixoloq kimi təqdim etməsi kimi problemimiz var. Bu gün vətəndaş peşəkar psixoloqu axtardığı zaman tapa bilmir. Elektron baza yaratdıq ki, buna da dövlət orqanlar nəzarət edəcək".

Forumda psixi sağlamlıq sahəsi üzrə əhəmiyyətli müzakirələr aparılıb və bu sahədəki yeniliklər haqqında məlumat verilib.

Tədbirdə psixoloji və nitq inkişaf mərkəzlərinin rəhbərləri, bir sıra universitetlərin müəllim və professor heyəti, 2 saylı psixiatriya xəstəxanası və Respublika Psixiatriya Xəstəxanasının baş həkimləri və həkim heyəti, psixologiya sahəsi üzrə fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Aydan Ələkbərova

Xəbər Lenti

Kikboksçuların iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş xatirə turniri keçirilir - FOTO13.04.2025 - 13:18
Milli Kitabxanada Əməkdar incəsənət xadimi Məryəm Əlizadənin yaradıcılığına həsr edilən sərgi açılıb13.04.2025 - 12:45
Ağdamda azyaşlını it dişləyib13.04.2025 - 12:20
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir13.04.2025 - 11:50
51 min şagird imtahan verib13.04.2025 - 11:19
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib13.04.2025 - 10:59
Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib 13.04.2025 - 10:48
İmtahanda 3 nəfərdə mobil telefon aşkar edilib13.04.2025 - 10:26
Göygöldə 16 yaşlı qız dəm qazından zəhərlənib13.04.2025 - 07:59
Qarabağ Universitetində iki günlük konfrans yekunlaşıb13.04.2025 - 07:40
Şuşa, Xankəndi və Xocalı ilk buraxılış imtahanı 13.04.2025 - 07:25
Bu yaşda autizm simptomları daha yüksəkdir - TƏDQİQAT13.04.2025 - 06:55
Ümumdünya Rok-n-Roll Günüdür13.04.2025 - 06:35
Bakı Ali Neft Məktəbi və BERC&Partners-dən tələbələr üçün startap müsabiqəsi – Qalibləri qiymətli mükafatlar gözləyir13.04.2025 - 06:22
DİM Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək13.04.2025 - 06:10
Bu gün 51 mindən çox şagirdin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verməsi nəzərdə tutulur13.04.2025 - 05:50
Xaçmazda məktəbli qız itkin düşüb12.04.2025 - 19:20
Abidə tez bir zamanda təmir edilməsə, təbii təsirlərdən dağılacaq - AÇIQLAMA 12.04.2025 - 16:14
Ağstafada 9-cu sinif şagirdləri ilə motivasiya görüşü keçirilib - FOTO12.04.2025 - 15:17
Qarabağ Universitetində beynəlxalq konfrans davam edir - FOTO12.04.2025 - 14:40
“Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində keçirilən şahmat turnirinin qalibi müəyyənləşib - FOTO12.04.2025 - 14:06
UNEC-in Zaqatala filialında bir sıra yeni infrastruktur obyektlərinin açılışı olub - FOTO12.04.2025 - 13:35
Azərbaycanı beynəlxalq arenada təmsil etmək istəyən gənclərin NƏZƏRİNƏ!12.04.2025 - 12:53
Samir Babayev: Altı illik Tibb və dörd illik Tibb bacısı təhsili bu il başlanır12.04.2025 - 12:25
“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb12.04.2025 - 11:39
“Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” birgə layihəsinin müzakirəsi olub - FOTO12.04.2025 - 11:24
SDU-da Ümumdünya Aviasiya və Kosmonavtika Günü qeyd olunub - FOTO12.04.2025 - 10:57
Rusiyada təhsil alan azərbaycanlı hərbi qulluqçularla GÖRÜŞ12.04.2025 - 10:37
Qəbələdə 17 yaşlı oğlan itkin düşüb 12.04.2025 - 10:28
Azərbaycanda zəlzələ olub12.04.2025 - 10:15
Bir liseyin 300 bal toplayan ŞAGİRDLƏRİ12.04.2025 - 10:03
Bakıda gənc oğlan özünü asdı12.04.2025 - 09:43
UNEC-də keçirilən Elm Festivalı uğurla yekunlaşdı - FOTO12.04.2025 - 09:27
FHN məktəblərdə maarifləndirmə tədbirləri keçirdi - FOTO12.04.2025 - 09:13
Nəticələrindən narazı olan şagirdlərə DİM-dən CAVAB VERİLDİ12.04.2025 - 08:51
Spirtli içki beyində zədələnmə riskini artırır - ARAŞDIRMA12.04.2025 - 08:36
Lənkəran-Astara Regional Təhsil İdarəsi "Whatsapp" xidmətini istifadəyə verdi12.04.2025 - 08:21
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu ilə bağlı müraciət prosesi açıqlanıb - RƏSMİ12.04.2025 - 08:10
Rövşən Abdullaoğlunun yeni kitabının təqdimatı və imza günü keçiriləcək - FOTO12.04.2025 - 07:53
Alimlərdən XƏBƏRDARLIQ: Bu peşə beyin üçün ən təhlükəlisidir12.04.2025 - 07:42
ADA məktəbinin şagirdi vəfat edib - FOTO12.04.2025 - 07:31
Müəllimlərlə bağlı müsabiqədə qeydiyyat BAŞA ÇATIB12.04.2025 - 07:20
Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür12.04.2025 - 07:09
Bu gün TOEFL iBT imtahanı keçiriləcək12.04.2025 - 06:57
Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlər BANM-ı seçir12.04.2025 - 06:46
Xəzər Universitetinin müəlliminin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub12.04.2025 - 06:33
300 bal toplayan Sona bu universitetdə oxumaq istəyir12.04.2025 - 06:21
Universitet müəllimi vəfat etdi12.04.2025 - 06:10