Bu gün, 1 mart, Azərbaycanın aparıcı təhsil portalı AzEdu.az-ın fəaliyyətə başlamasından 7 il ötür.
“Tehsil365" xəbər verir ki, 2018-ci ildən etibarən AzEdu.az təhsil sahəsindəki ən vacib yenilikləri, problemləri və perspektivləri oxuculara operativ, dəqiq və etibarlı şəkildə çatdıraraq ölkənin aparıcı təhsil platformalarından birinə çevrilib.
Bundan əlavə, AzEdu.az Azərbaycanda geniş rezonans doğuran uğurlu layihələrə imza atıb. “İlin gənc müəllimi”, “Brend tələbə”, “Örnək müəllim” kimi layihələr gənclərin və müəllimlərin motivasiyasını artıraraq, onların cəmiyyətə tanıdılmasına töhfə verib.
Bu gün AzEdu.az təkcə ölkə daxilində deyil, həm də xaricdə yaşayan soydaşlarımız tərəfindən izlənilən nüfuzlu təhsil platformasına çevrilib. 7 illik uğurumuzun əsas sirri – təhsil sahəsində dəqiq, operativ və şəffaf informasiya təqdim etməkdir!