Təhsil 365 - Logo Mobile

NƏRİMAN NƏRİMANOV - 155

9801.03.2025 - 19:19
NƏRİMAN NƏRİMANOV - 155

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın “Elmi araşdırmalar” jurnalında 2001-ci ildə dərc olunmuş “Ədəbi qayıdışa ölüm imkan vermədi” adlı məqaləsini sizə təqdim edirik:

“Ədəbi yaradıcılıq birbaşa mənəvi tələbatla bağlı prosesdir. Cəmiyyətdə mövcud durum bu prosesi şərtləndirən zəmin kimi çıxış edir. Belə tezis Nəriman Nərimanovun bədii yaradıcılığı üçün daha xarakterikdir: gerçəkliyin tənqidi təsviri və arzu edilən səviyyəyə aparacaq yolun təbliği. Nəriman, mühitinin bütün «dərdlərini», onları yaradan cəhətləri görürdü. anlayırdı və kökündən sağaltmağa səy göstərirdi. Müəllimlikdən sonra məşğul olduğu ikinci peşəsi qələm əhli qabilindən sayılan, tanınan şəxsiyyətə çevirdi Nərimanı. Nadanlıqdan başlayan bu yol yaşadığı zamanın məzmunundan elə siyasiləşdi ki, artıq «Həştərxan sürgünündən sonra Nəriman ədəbi məsələlərdən çox siyasilərə diqqət yetirir, ədəbiyyat sahəsinde az işləyirdi» (A.Şaiq).

Rus məmləkətində inqilablar zənciri «cazibədar və'dlərilə Nərimanovun dünyagörüşündə tərəddüdsüz aydınlıq, qətiyyət formalaşdırdı. O, real, konkret fəaliyyəti ilə bədii təxəyyülündə daşıdığı-arzuladığı cəmiyyəti heç bir illüziyaya qapılmadan həyata keçirmək əzmində idi. 1920-ci il aprel çevrilişi bu imkanı yaratdı. Nərimanov hökumət başçısı kürsüsünə yaratmaq-qurmaq planları ilə əyləşsə də, tezliklə rəmzi missiyasını-səlahiyyət məhdudluğunu anlamışdı. Şablon, bürokratik idarəçilik, milli siyasətdə əyintilər, liderlərin özbaşınalığı onun mübarizə hədəfinə çevrilmişdi. Əks mövqe tutanlar üçün Nəriman prinsipial rəqib, nüfuzlu siyasi fiqur kimi açıq və təhlükəli maneə idi. Onu millətçilikdə suçlandıraraq Mərkəzə şikayət edir, Nərimanı Azərbaycandan uzaqlaşdırmağa cəhd edirdilər. Yüksək vəzifə kürsülərinə irəli çəkmək pərdəsi altında onu əvvəlcə Tiflisdə Zaqfederasiya sədri, sonra isə SSRİ MİK-in sədri postlarına təyin edirlər.

1922-ci ildə Azərbaycandan uzaq düşən Nərimanovun adını çəkməyi bele yasaq edirlər. Belə münasibətin məğzini düzgün dərk edən Nərimanov Azərbaycan-türk kommunistlərini xəyanətdə ifşa edirdi: «Əgər müsəlman kommunistlərinin əksəri millətçi əhvalda olsaydılar, Ermenistan Zəngəzuru, Gürcüstan isə havayı neft ala bilməzdi. O, türk kommunistlərini gürcülər kimi həmrə'y olmamaqda günahlandırırdı. Sovet hakimiyyətinin Azərbaycanda süngü hesabına saxlandığını, bir qrup finldaqçının özbaşınalığını, «parçala- hökm sür!» şovinist siyasətini tənqid edirdi. Mərkəzi dövlət hakimiyyətinin xarici siyasət kursunu, Leninden sonra partiya aparatında yaranmış dözülməz mühiti dəfələrlə rəsmi müraciətlərində açıqlasa da, nəticədə özünə qarşı «koalisiya» yaratmış oldu. 1924-cü ilin yazında xəstə olduğuna görə məzuniyyətə Bakıya gəldiyi zaman Nərimanla, demək olar ki, kimsə görüşməmiş, yaxın düşməmişdi. Onun özü də bütün işlərdən naümid və hər şeyə laqeyd» davranırmış. 1925-ci ildə isə MİK-in Tiflisdə keçirilən sessiyasında ona danışmağa imkan verməmişdilər. Rəsmi münasibətdən fərqli olaraq Nərimanov ömrünün son anınadək SSRİ-nin müxtəlif bölgələrindən olan çoxmilyonlu xalqın ədalət hakimi, ümid yeri idi.

Yolunda keşməkeşlərdə keçmiş bütün həyatını həsr etdiyi amalının puça çıxmasını əzablı seyr etməkdən, cüzi dəyişikliyə belə qadir olmayan vəziyyətindən acı təəssüf Nərimanı ədəbi aləmə tapınmağa «itələyirdi». Mənəvi iztirabın bədii görüntüyə ehtiyacı yazıçı qəlbi üçün səciyyəvi, qaçılmaz hala çevrilmişdi. Partiyanın baş katibinə Stalina rəsmi müraciətində də o bu arzusunu belə ifadə etmişdi: «...səhhətimlə bağlı xahiş edirəm məni vəzifədən azad edəsiniz. Bakıda ədəbi işlə məşğul olmağa icazə verəsiniz...». Rəsmi Bakı üçün arzuedilməz şəxs statusunda olduğunu bilərkən oraya dönmək qərarı cəsarətli, həm də Azərbaycanın taleyi üçün məs'uliyyətli mövqeyindən xəbər verir. Müraciətin sırf siyasi mənası baxımından ədəbi qayıdışa meyl digər müstəqil, birbaşa, görünən məzmununda mövcud idi. 1925-ci ilin martında Nərimanı tam yaradıcılıq əhvalında görən S.Ağamalıoğlu onun ədəbi işə tapındığını yazırdı. O, şərqşünas Veltmana isə Tiflis səfərinədək özünün ədəbi planları barədə danışırmış. Yəqin ki, ədəbi fəaliyyətinin 30 illik təntənələri də bu qayıdışa təkan vermişdi.

Həyatının son dəqiqəsinədək yaşamaq, yaratmaq eşqi səngiməyən Nəriman 1925-ci ildə qəfil ölümün haqlayacağını duyaraq yanvarın sonunda oğlu Nəcəfə vəsiyyətnamə - bitməmiş məktubunu yazmışdı. Bəlkə, həmin yazı pərişan əhvalını ifadə qüdrətinə yetmədiyi qənaətilə yeganə övladına nəzmlə xitab ehtiyacını duymuşdur. Dörd bəndlik şe'rdə emosional durumu qabarıq canlansa da, son məramını fəlsəfi arantıdan keçirib yəqinləşdirmişdir. 55 yaşlı ata 5 yaşlı balasına insanlığa xidməti əsas vəzifə kimi tapşırırdı. Belə mənəvi mirasla yanaşı, yazıçının Azərbaycan EA Əlyazmalar İnstitutunun arxivində əski əlifba ilə yazılmış daha üç kağız vərəqi-şe'ri saxlanılır. Dörd şe'rdən üçü oxşar, biri fərqli xətt formasına malikdir. Fərqli görünən, ASSR Xalq Komissarları Soveti sədrinin şəxsi katibi vərəqində yazılıb, Güney və Quzey Azərbaycanının vahidliyi, Turan ideyasının təsdiqi niyyəti ilə qələmə alınmış, konkret şəxsə ünvanlanmış iki bendlik şe'r partiyadaxili ixtilaflar zəminində yaranmışdı. Dördüncü şe'r isə imzası, tarixi, ünvanı bilinməsə belə, məzmunu ile yalnız bir şəxsiyyəti öz sahibi kimi tanıda bilər. Həmin məzmun Şərq, müəllif isə Nəriman Nərimanovdur. Şərqə - qocalıb əldən düşmüş aşiqinə otuz illik məhəbbəti öz zamanında milyonlara bəlli olduğuna görədir ki, yandıncı həsrəti ilə yazan mühacir şairimiz Almas İldırım Nərimanın hüzrünə bu misraları yetirmişdi:

“Söylə, gəliyormu sana torpaqda

Viran Şərq elinin yanıqlı səsi?...”

Nərimanovun indiyədək çap olunmamış, arxiv materialı halında qorunan şe'rlərini oxuculara təqdim etmək bu böyük şəxsiyyəti həm də şair kimi tanıtmaq məqsədini izləmir. Bu əlyazmalar yazıçı Nərimanın ədəbi irsinin son yadigarı olması ilə daha dəyərlidir. Ölüm imkan versəydi, bəlkə də... Amma o da həqiqətdir ki, insanlığa xidmətdə keçən ömür yolu taleyinə düşən müddətdən artıq davam edə bilməzdi. Gərgin əməyin, məhrumiyyətlərin deyil, mənəvi repressiyanın qurbanı oldu Nəriman. 1925-ci il martın 19-da həyatı sona yetdi. Qərəzli münasibət isə davam edirdi. Azərbaycan cəmiyyətinin həqiqi ziyalıları zaman-zaman müdafiəsinə qalxsalar da, Nəriman Nərimanovu günümüzədək yaşadan, sevdirən, uca edən bir qüvvə olub, var və olacaqdır - xalq məhəbbəti, xalq yaddaşı. Onun qədər xalq yolunda fədakarlıq etmiş bir şəxsiyyəti xalq-canlı varislik mənbəyi heç zaman unutmayacaqdır”.

F. Əhmədova, “Elmi Araşdırmalar”, №3-4, 2001.

Oğlum Nəcəfə

Ey könül, etmə sən ah-zar bu gün,

İndi demə, günlərim ah-zar bu gün.

Etmə fəğan ki, bu, ömrdən gediyor,

Zəhmətdir sana həmdəmü yar bu gün.

Zəhmətdir insanı insan edən, oğul,

Zəhmətdir onu heyvandan seçən, oğul,

Budur bütün tərəqqinin əsası,

Zəhmətdir əqlə yol verən, oğul.

Həyat, həyatdır səbəblərin səbəbi,

Həyat, həyatdır qovğaların səbəbi.

Budur hər bir şeyin əsası,

Həyat, həyatdır allahların səbəbi.

Axırıncı məramım nədir, oğul, bil,

Onunla fərəhlən, şad olsun dil.

Atəşin qovğadan insanları xilas

Etməkdir fikrimiz ta olmasın ağ, bil.

28 yanvar 1925-ci il. Moskva

Elmina Muxtarlı

Xəbər Lenti

Açıq sualın cavabı qaralanarsa, bal azaldılırmı? - RƏSMİ08.04.2025 - 18:45
Rektor: Startapları dəstəkləyən innovasiya mərkəzi yaratmağa hazırlaşırıq08.04.2025 - 18:34
Şahin Bayramov: Xocalıda kənd təsərrüfatı məktəbinin fəaliyyətə başlaması nəzərdə tutulur08.04.2025 - 18:22
DİM valideynlərə müraciət etdi: Aldanmayın!08.04.2025 - 18:07
Nazir: İbtidai sinif müəllimliyinə qəbul olanların sayı xeyli artıb08.04.2025 - 17:52
Sabah hava bu insanlarda narahatlıq yaradacaq08.04.2025 - 17:39
Suqovuşan və Sarıcalı kəndlərinin məktəblərində tədris prosesinə başlanılıb - FOTO08.04.2025 - 17:26
""Zorakılığa son" pantomima" adlı layihə çərçivəsində tamaşa hazırlanıb08.04.2025 - 17:14
Cavab əvəzinə öz nömrəsini yazdı 08.04.2025 - 16:57
Mikroavtobus 20 yaşlı gənci vurdu08.04.2025 - 16:46
Uşaq bağçasında intihar08.04.2025 - 16:33
Macarıstan ilə Türk dünyası ölkələri arasında elmi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib - FOTO08.04.2025 - 16:21
Asiya İnkişaf Bankının nümayəndələri Coğrafiya İnstitutunda olublar - FOTO08.04.2025 - 16:10
BSU-nun rektoru Albaniya Milli Elmlər Akademiyasının Prezidenti ilə görüşüb - FOTO08.04.2025 - 15:59
Pedaqoji Universitetin tələbələri üçün “Karyera forumu” layihəsinə start verilib - FOTO08.04.2025 - 15:47
BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi”nin ikinci günü: Sağlamlıq və rifah - FOTO08.04.2025 - 15:35
ADPU-da magistrantların VIII Respublika elmi konfransına başlanılıb08.04.2025 - 15:22
İngiltərəli professor Ədəbiyyat Muzeyinin qonağı olub08.04.2025 - 15:10
BDU-da Ağdaban soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO08.04.2025 - 14:53
BMU-da bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu keçirilib - FOTO08.04.2025 - 14:42
bp daha bir beynəlxalq təhsil resursunu Azərbaycana gətirib08.04.2025 - 14:31
UNEC-də Elm Festivalı keçirilib08.04.2025 - 14:20
Akademiya prezidentinin kolleksiyası yeni nəşrlərlə zənginləşir08.04.2025 - 14:10
BANM-ın 10 tələbəsi “Brend tələbə” seçilib - FOTO08.04.2025 - 13:59
Kimyaçı alimlərin multidisiplinar tədqiqatlar aparıblar - FOTO08.04.2025 - 13:48
“Ədəbiyyat İnstitutunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib08.04.2025 - 13:36
“Yaşıl turizm: ətraf mühit və biz” - seminar 08.04.2025 - 13:24
Media nümayəndələri imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesini müşahidə ediblər - FOTO08.04.2025 - 13:12
Tarix Muzeyinin əməkdaşlarının məruzələri Özbəkistanda nəşr edilib08.04.2025 - 12:56
“Kənd əhalisinin həyat səviyyəsi: inklüziv inkişafa doğru” monoqrafiyası nəşr olunub08.04.2025 - 12:44
AzTU-da “AI-MED LAB” laboratoriyasının açılış mərasimi keçirilib - FOTO08.04.2025 - 12:33
Sektor müdiri: Dövlət İmtahan Mərkəzinin məlumat bazaları yüksək təhlükəsizlik tədbirləri ilə qorunur08.04.2025 - 12:21
Qərbi Azərbaycan folkloru ilə bağlı araşdırmalar davam edir08.04.2025 - 12:10
AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb - FOTO08.04.2025 - 11:57
BANM ilə “SABAH City” texnoparkı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib08.04.2025 - 11:45
Emin Əmrullayev: “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq08.04.2025 - 11:33
Nazir: Pedaqoji Universitetə qəbul olunan tələbələrin bal göstəriciləri artıb08.04.2025 - 11:22
IX sinif buraxılış imtahanlarında açıq tipli test tapşırıqları ilə bağlı statistika açıqlanıb08.04.2025 - 11:10
Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq08.04.2025 - 10:51
Vəfadar Misirov: Bir il ərzində 30 mindən artıq namizəd elektron imtahan verib08.04.2025 - 10:39
İsa Həbibbəyli: Elm cəmiyyətin ümumi dəyərinə çevrilməlidir08.04.2025 - 10:27
BANM MBA mərkəzi Azərbaycan dilində də tədrisə başlayır08.04.2025 - 10:16
Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyəti məktəblilərlə görüşüb - FOTO08.04.2025 - 10:05
Füzuli və Ağdamda yeni məktəb və bağça TİKİLİR08.04.2025 - 09:54
Məktəblərin publik hüquqi şəxsə çevrilməsi vacibdir - NAZİR08.04.2025 - 09:43
AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb - FOTO08.04.2025 - 09:32
Qarabağ Universitetində yeni fakültə YARADILIR08.04.2025 - 09:20
I sinfə qəbul: Müraciət qaydası və tələb olunan SƏNƏDLƏR08.04.2025 - 09:09