Təhsil 365 - Logo Mobile

Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul elan edilir - VİDEO

10404.03.2025 - 08:10
Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul elan edilir - VİDEO

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər. 

“Tehsil365” xəbər verir ki, namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma –  çəkisi 80 kq-dək – 10 dəfə və çəkisi 80 kq-dan yuxarı – 8 dəfə, qaçış – 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə, qollar üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi – 20 dəfə, gövdənin döşəmədən qaldırılıb-endirilməsi – 20 dəfə).

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir.

İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. İnstitutda tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

İnstitutu müvəffəqiyyətlə bitirmiş məzunlara “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası və “Leytenant” hərbi rütbəsi verilərək, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2025-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul edilmir.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul üçün namizədlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, R.Hüseynov küçəsi, 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və 2 nüsxədə notarial qaydada təsdiq olunmuş surəti);

– yaxın qohumlarının (ata, ana, qardaş, bacı) 2 nüsxədə şəxsiyyət vəsiqələrinin  notarial qaydada təsdiq edilmiş surətləri;

– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta, texniki peşə, orta ixtisas təhsili haqqında sənəd (attestatın, diplomun əsli və 2 nüsxədə notarial qaydada təsdiq edilmiş surəti);

– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);

– oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnamə;

– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (baş geyimsiz, rəngli, donuq kağızda);

– yaşayış yeri və ailə tərkibi haqqında arayış, 2 nüsxədə.

İnstituta namizədlərin ərizə və sənədlərinin qəbulu 2025-ci il mart ayının 1-dən aprel ayının 20-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçirilir.

Məlumat üçün əlaqə telefonları: (012) 560-27-00, (012) 513-23-06, (012) 590-65-38.

Elmina Muxtarlı

Xəbər Lenti

Açıq sualın cavabı qaralanarsa, bal azaldılırmı? - RƏSMİ08.04.2025 - 18:45
Rektor: Startapları dəstəkləyən innovasiya mərkəzi yaratmağa hazırlaşırıq08.04.2025 - 18:34
Şahin Bayramov: Xocalıda kənd təsərrüfatı məktəbinin fəaliyyətə başlaması nəzərdə tutulur08.04.2025 - 18:22
DİM valideynlərə müraciət etdi: Aldanmayın!08.04.2025 - 18:07
Nazir: İbtidai sinif müəllimliyinə qəbul olanların sayı xeyli artıb08.04.2025 - 17:52
Sabah hava bu insanlarda narahatlıq yaradacaq08.04.2025 - 17:39
Suqovuşan və Sarıcalı kəndlərinin məktəblərində tədris prosesinə başlanılıb - FOTO08.04.2025 - 17:26
""Zorakılığa son" pantomima" adlı layihə çərçivəsində tamaşa hazırlanıb08.04.2025 - 17:14
Cavab əvəzinə öz nömrəsini yazdı 08.04.2025 - 16:57
Mikroavtobus 20 yaşlı gənci vurdu08.04.2025 - 16:46
Uşaq bağçasında intihar08.04.2025 - 16:33
Macarıstan ilə Türk dünyası ölkələri arasında elmi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib - FOTO08.04.2025 - 16:21
Asiya İnkişaf Bankının nümayəndələri Coğrafiya İnstitutunda olublar - FOTO08.04.2025 - 16:10
BSU-nun rektoru Albaniya Milli Elmlər Akademiyasının Prezidenti ilə görüşüb - FOTO08.04.2025 - 15:59
Pedaqoji Universitetin tələbələri üçün “Karyera forumu” layihəsinə start verilib - FOTO08.04.2025 - 15:47
BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi”nin ikinci günü: Sağlamlıq və rifah - FOTO08.04.2025 - 15:35
ADPU-da magistrantların VIII Respublika elmi konfransına başlanılıb08.04.2025 - 15:22
İngiltərəli professor Ədəbiyyat Muzeyinin qonağı olub08.04.2025 - 15:10
BDU-da Ağdaban soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO08.04.2025 - 14:53
BMU-da bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu keçirilib - FOTO08.04.2025 - 14:42
bp daha bir beynəlxalq təhsil resursunu Azərbaycana gətirib08.04.2025 - 14:31
UNEC-də Elm Festivalı keçirilib08.04.2025 - 14:20
Akademiya prezidentinin kolleksiyası yeni nəşrlərlə zənginləşir08.04.2025 - 14:10
BANM-ın 10 tələbəsi “Brend tələbə” seçilib - FOTO08.04.2025 - 13:59
Kimyaçı alimlərin multidisiplinar tədqiqatlar aparıblar - FOTO08.04.2025 - 13:48
“Ədəbiyyat İnstitutunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib08.04.2025 - 13:36
“Yaşıl turizm: ətraf mühit və biz” - seminar 08.04.2025 - 13:24
Media nümayəndələri imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesini müşahidə ediblər - FOTO08.04.2025 - 13:12
Tarix Muzeyinin əməkdaşlarının məruzələri Özbəkistanda nəşr edilib08.04.2025 - 12:56
“Kənd əhalisinin həyat səviyyəsi: inklüziv inkişafa doğru” monoqrafiyası nəşr olunub08.04.2025 - 12:44
AzTU-da “AI-MED LAB” laboratoriyasının açılış mərasimi keçirilib - FOTO08.04.2025 - 12:33
Sektor müdiri: Dövlət İmtahan Mərkəzinin məlumat bazaları yüksək təhlükəsizlik tədbirləri ilə qorunur08.04.2025 - 12:21
Qərbi Azərbaycan folkloru ilə bağlı araşdırmalar davam edir08.04.2025 - 12:10
AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb - FOTO08.04.2025 - 11:57
BANM ilə “SABAH City” texnoparkı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib08.04.2025 - 11:45
Emin Əmrullayev: “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq08.04.2025 - 11:33
Nazir: Pedaqoji Universitetə qəbul olunan tələbələrin bal göstəriciləri artıb08.04.2025 - 11:22
IX sinif buraxılış imtahanlarında açıq tipli test tapşırıqları ilə bağlı statistika açıqlanıb08.04.2025 - 11:10
Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq08.04.2025 - 10:51
Vəfadar Misirov: Bir il ərzində 30 mindən artıq namizəd elektron imtahan verib08.04.2025 - 10:39
İsa Həbibbəyli: Elm cəmiyyətin ümumi dəyərinə çevrilməlidir08.04.2025 - 10:27
BANM MBA mərkəzi Azərbaycan dilində də tədrisə başlayır08.04.2025 - 10:16
Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyəti məktəblilərlə görüşüb - FOTO08.04.2025 - 10:05
Füzuli və Ağdamda yeni məktəb və bağça TİKİLİR08.04.2025 - 09:54
Məktəblərin publik hüquqi şəxsə çevrilməsi vacibdir - NAZİR08.04.2025 - 09:43
AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb - FOTO08.04.2025 - 09:32
Qarabağ Universitetində yeni fakültə YARADILIR08.04.2025 - 09:20
I sinfə qəbul: Müraciət qaydası və tələb olunan SƏNƏDLƏR08.04.2025 - 09:09