Təhsil 365 - Logo Mobile

II Bakı İdman Festivalı keçirilib - FOTO

3205.03.2025 - 07:59
II Bakı İdman Festivalı keçirilib - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən II Bakı İdman Festivalı keçirilib.

“Tehsil365” xəbər verir ki, festivalda elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ-nin struktur bölmə rəhbərləri, Əməkdar məşqçi, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov, Azərbaycan Cüdo, Qılıncoynatma, Stolüstü Tennis, Badminton federasiyalarının baş katibləri, idmançılar, məktəb direktorları, müəllimlər, uşaq-gənclər idman məktəblərinin dərnək üzvləri və rəhbərləri, şagirdlər və digər qonaqlar iştirak ediblər.

13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev idmanın inkişafı istiqamətində atılan addımlardan, ümumi təhsil müəssisələrində idman infrastrukturunun ilbəil yaxşılaşdırılmasından, təhsil müəssisələrində idman sahəsi üzrə uğur qazanan məktəblilərin sayının artmasından bəhs edib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən II Bakı İdman Festivalını yüksək qiymətləndirən nazir müşaviri Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan idman layihələrinə diqqət çəkib və bu kimi festivalların əhəmiyyətini vurğulayıb.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev ölkəmizdə idman siyasətinin təməlinin və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Nazir müavini müxtəlif idman növləri üzrə keçirilən yerli və beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən, ölkəmizin idman şərəfini layiqincə qoruyan şagirdlərin sayının və idmanın kütləviliyinin daha da artacağına əminliyini ifadə edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov ölkəmizin dünyanın güclü idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Prezident İlham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqət və qayğıdan danışan F.Mansurov idmana marağın gücləndirilməsi məqsədilə məktəblilər arasında təşkil olunan belə festivalların faydalı olduğunu bildirib.

Qonaqlar idmanın müxtəlif növlərinə həsr olunmuş guşələrlə tanış olub, məktəblilərin çıxışlarını izləyiblər. Festival bədii-musiqili proqramla davam edib.

Elmina Muxtarlı

Xəbər Lenti

İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib31.05.2025 - 18:10
13 yaşlı qızla qanunsuz evlənən həbs edildi31.05.2025 - 16:10
Güclü maqnit qasırğaları gözlənilir31.05.2025 - 13:30
Bu məktəbin iki şagirdi maksimum bal topladı 31.05.2025 - 13:12
Gəncədə eyni məktəbin iki şagirdi 300 bal TOPLADI31.05.2025 - 12:50
FHN tərəfindən şəhid övladları üçün "açıq qapı günü" tədbirləri keçirilib31.05.2025 - 12:40
“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib - FOTO31.05.2025 - 12:30
Arzu Əliyeva Bakıdakı "Gallery" rəsm qalereyasında olub31.05.2025 - 12:20
Alyona Əliyeva "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini təbrik edib31.05.2025 - 12:10
MDU Özbəkistanın üç universiteti ilə əməkdaşlıq edəcək - FOTO31.05.2025 - 11:57
Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər31.05.2025 - 11:46
Sabah 36 dərəcə isti olacaq31.05.2025 - 11:34
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb?31.05.2025 - 11:22
Bu gün Ümumdünya Himayədar Ailə Günüdür31.05.2025 - 11:10
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ CAVAB31.05.2025 - 10:49
“Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasının Özbək Dilinə Tərcüməsi Təhsil Sərgisində Təqdim Olunub31.05.2025 - 10:35
Xəzər dənizində zəlzələ oldu31.05.2025 - 09:35
Magistratura üzrə keçid balları artacaq? – DİM sədri AÇIQLADI31.05.2025 - 09:22
17 tələbə qazdan zəhərlənib31.05.2025 - 08:53
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib31.05.2025 - 08:49
Bu gün hava necə olcaq?31.05.2025 - 08:38
Xəstəlik deyil, əzm qazandı- Sadiqdən yüksək nəticə31.05.2025 - 08:25
6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub31.05.2025 - 08:12
Tələbə xərçəngdən vəfat etdi31.05.2025 - 07:57
300 bal toplayanlar bu məktəblərin şagirdləridir- SİYAHI31.05.2025 - 07:45
Buraxılış imtahanının nəticələri elan olunub31.05.2025 - 07:32
Qabiliyyət imtahanı vermək istəyənlərin NƏZƏRİNƏ31.05.2025 - 07:21
BDU Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisində iştirak edir31.05.2025 - 07:11
ADA Universitetində VII İngilis Dili Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO31.05.2025 - 07:00
Larisa Vitkroft: Biz Azərbaycanın “Milli Proqram”nı dəstəkləyirik31.05.2025 - 06:50
BSU-nun “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransının Gəncə bölməsi keçirilib - FOTOLAR31.05.2025 - 06:40
ADA Universiteti və “Nardaran Invest” müqavilə imzalayıb - FOTO31.05.2025 - 06:30
Bağçalarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib - FOTO31.05.2025 - 06:20
UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib - FOTO31.05.2025 - 06:10
Xüsusi internat məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTO31.05.2025 - 06:00
Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin rəhbəri Mərkəzi Elmi Kitabxanada olub - FOTO30.05.2025 - 19:36
BDU-nun gənclər təşkilatlarının fəal üzvləri ilə görüş olub30.05.2025 - 19:24
ADNSU-nun beynəlxalq əlaqələri genişlənir: Özbəkistanın doqquz universiteti ilə memorandum imzalanıb30.05.2025 - 19:13
BDU-da professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO30.05.2025 - 18:59
“Qazaxıstan-Azərbaycan: yeni üfüqlər” - beynəlxalq elmi-praktik konfrans - FOTO30.05.2025 - 18:48
Okeanoloq alim su nəqliyyatına dair beynəlxalq konfransda çıxış edib30.05.2025 - 18:36
“Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından” – BDU-da görüş30.05.2025 - 18:25
BANM tələbələri Müstəqillik Gününü Sofiyada qeyd ediblər30.05.2025 - 18:13
AMEA-da Azıx mağarasında tədqiqatlar aparan beynəlxalq arxeoloji ekspedisiyanın heyəti ilə görüş olub - FOTO30.05.2025 - 18:02
Koreyada BMU-INHA İDP üzrə Rəhbər Komitənin iclası keçirilib - FOTO30.05.2025 - 17:49
BDU-da “Ekoloji terror və Qarabağın təbiəti” mövzusunda tədbir keçirilib - FOTO30.05.2025 - 17:37
Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri araşdırılıb30.05.2025 - 17:25
Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar - FOTO30.05.2025 - 17:12