Təhsil 365 - Logo Mobile

Pakistanın azərbaycan əsilli Generalı və Qızılbaş Qlobal İrsi Təşkilatının insan resursları direktoru Cənab Əli Rza Qızılbaş

11106.03.2025 - 09:59
Pakistanın azərbaycan əsilli Generalı və Qızılbaş Qlobal İrsi Təşkilatının insan resursları direktoru Cənab Əli Rza Qızılbaş

Pakistanın azərbaycan əsilli Generalı və Qızılbaş Qlobal İrsi Təşkilatının insan resursları direktoru Cənab Əli Rza Qızılbaş

Pakistan və Azərbaycan xalqını böyük tarixi tellər bağlayır. Bakının mərkəzində XIV əsr Multan karvansarayının olması, Pakistanda Qızılbaş ailələrinin varlığı hər iki xalqın yaxınlığını və qardaşlığını tarix boyu göstərir. Hər iki dövlət beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini qeyd-şərtsiz dəstəkləyirlər.

Azərbaycan icması olan Qızılbaşlar Pakistana bir çox ziyalı siyasətçilər, hərbiçilər, mühəndislər, hətta prezident bəxş etmişdir.

Qızılbaşların Pakistana bəxş etdiyi ziyalı hərbçilərdən biri də, Cənab General Əli Rza Qızılbaşdır. O, Pakistan hökumətində Briqada-Generalı və digər nüfuzlu vəzifələrdə çalışıb.

Cənab General Əli Rza Qızılbaşın bioqrafiyası və Pakistan dövlətinə xidmətləri haqqında qısa, lakin dəyərli məlumatları sizinlə bölüşürük.

General Əli Rza Qızılbaş 1954-cü il sentyabrın 27-də Lahorda anadan olub. O, Qızılbaş türklərinin Şamlı tayfasındandır. Şamlı tayfası, Səfəvi dövlətinin qurulmasında və idarə edilməsində ən önəmli rol oynayan Qızılbaş tayfalarından biri idi. Onun soy-kökü və əcdadları arasında, Səfəvilərin Herat hakimi və Qızılbaş sərkərdəsi olan Durmuş xan Şamlı da yer alır. Həmçinin qeyd edək ki, Durmuş xan Şamlı, Səfəvi hökmdarı Şah İsmayılın bacısının oğlu idi. Səfəvi dövlət xadimi Oruc bəy Bayat, Şamlu tayfası ilə bağlı əsərində qeyd edir ki;

"Şamlu tayfasının üzvləri Səfəvi sarayının başçılarıdır və sarayın idarəsi xüsusilə bu tayfanın əlindədir."

Cənab General Əli Rza Qızılbaşın əcdadları 1739-cu ildə Nadir Şah Əfşar ilə birgə Hindistanı fəth edərək, orada hakim vəzifələrə təyin olunublar.

Cənab Əli Rza Qızılbaşın mənsub olduğu ailə Hərbçi ailəsidir. Atası Ağa Cavad Rza Qızılbaş Britaniya ordusunda Mayor rütbəsində xidmət edib və İkinci Dünya Müharibəsində Burma (Myanmar) cəbhəsində artilleriya zabiti olub. Oğlu isə hal-hazırda Polkovnik-leytenant rütbəsi ilə Pakistan Silahlı Qüvvələrində xidmət edir. Ailənin digər üzvləri də, orduda və dövlətin nüfuzlu orqanlarında xidmət etməkdədir.

General Əli Rza Qızılbaş Pakistan Silahlı Qüvvələrinin təhlükəsizlik planlarının hazırlanması və tətbiqində mütəxəssis olmuşdur. 1998-ci ilin mayında Pakistanın Nüvə sınaqlarının uğurla həyata keçirilməsi üçün 5000-dən çox əsgəri maddi-texniki cəhətdən dəstəkləmiş və idarə etmişdir.

O, 1996-1999-cu illərdə Sahə birliyinin Əməliyyat Qərargahı Rəisi (1-ci dərəcəli) vəzifəsində çalışmış və bu müddət ərzində bütün Piyada Diviziyasının əməliyyat və maddi-texniki hazırlığına nəzarət etmişdir.

Bəlucistan əyalətində daxili təhlükəsizlik, terrorla və narkotiklərlə mübarizə əməliyyatlarında silahlı qüvvələrin komandanlığına və maddi-texniki təminatına rəhbərlik edən Baş Sərhəd Korpusunun Müfəttişi olmuşdur.

2001-ci ildə Pakistan prezidenti tərəfindən Briqada-Generalı rütbəsi ilə təltif edilmişdir. Həmçinin Cənab General Əli Rza Qızılbaş böyük hərbi fəaliyyətlərinə və xalqa xidmətlərinə görə 2009-cu ildə Pakistanın 3-cü ən böyük ordeni olan "Sitara-e İmtiaz [Hərbi]" ordeni ilə təltif edilmişdir.

Cənab General hal-hazırda təqaüddədir və NUST Sülh və Münaqişə Araşdırmaları İnstitutunda (NIPCONS) çalışmaqdadır.

O, illərini Pakistan dövlətinə və xalqına xidmətə həsr edib. Onu tanıyan biri olaraq deyə bilərəm ki, Cənab Əli Rza Qızılbaş yüksək mənəvi dəyərlərə malik təvazökar və alicənab bir insandır. Qızılbaş adının layiqli nümayəndəsidir. Biz onunla fəxr edirik!

Uca Allah onu və ailəsini qorusun və ucaltsın!

Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru Vahid İbayev

Elmina Muxtarlı

Xəbər Lenti

Qalmaqallı direktor işdən çıxarıldı24.05.2025 - 14:00
Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı - Təbrizdə çap olunub24.05.2025 - 13:15
Dördüncü kurs tələbəsi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ24.05.2025 - 12:15
Bakıdakı 25 saylı uşaq bağçası ilə bağlı vəziyyət nəzarətə götürülüb24.05.2025 - 11:50
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu keçirilib24.05.2025 - 11:07
7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…24.05.2025 - 09:10
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTO24.05.2025 - 09:00
Könlümün sevgili məhbubu mənim...24.05.2025 - 07:25
Folklor İnstitutunun direktoru respublika konfransında çıxış edib - FOTO24.05.2025 - 07:11
Direktor 300 bal toplayan şagirdini təbrik etdi - FOTO24.05.2025 - 06:50
300 bal toplayan şagird - FOTO24.05.2025 - 06:35
Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ24.05.2025 - 05:40
6 nəfərin imtahan nəticəsi ləğv edildi24.05.2025 - 05:00
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI24.05.2025 - 04:40
Buraxılış imtahanının nəticələri AÇIQLANDI23.05.2025 - 21:45
Kemal Sunalı o canlandıracaq23.05.2025 - 19:35
Xəzər Universitetinin məzunu Aygül İsayeva “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub - FOTO23.05.2025 - 18:12
Qabiliyyət imtahanları üçün nəzarətçilər və rəhbərlərə təlimlərin keçirilir23.05.2025 - 17:48
SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı - FOTO23.05.2025 - 14:50
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb - FOTO23.05.2025 - 14:40
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə23.05.2025 - 14:30
Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar23.05.2025 - 14:20
Süni intellekt dövründə karyera planlaması – təlim23.05.2025 - 14:10
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub - FOTO23.05.2025 - 14:00
BDU-da Vətən müharibəsinə həsr olunmuş bədii əsərlərin nəşri ilə bağlı təhlillər aparılır - FOTO23.05.2025 - 13:50
BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO23.05.2025 - 13:40
BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılışında çıxış edib - FOTO23.05.2025 - 13:30
BDU-da Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsi anılıb - FOTO23.05.2025 - 13:20
Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO23.05.2025 - 13:10
“Azərbaycan dilinin böyük frazeoloji lüğəti”nin II cildi çap olunub23.05.2025 - 13:00
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb - FOTO23.05.2025 - 12:50
BDU tələbələri DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar - FOTO23.05.2025 - 12:40
Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb - FOTO23.05.2025 - 12:30