Peşə təhsil müəssisələrində müəllim sayının artması, tələbələrin daha yaxşı təhsil almasına və iş bazarında uğurlu olmasına müsbət təsir edir. Belə ki,tədrisin keyfiyyəti, tələbələrin inkişafı və iş bacarıqlarının artırılması baxımından müəllim sayının rolu son dərəcə əhəmiyyətlidir.
Dövlət Statistika Komitəsindən “Tehsil365”ə bildirilib ki, ötən il peşə təhsili müəssisələrində müəllimlərin sayı 1733-dür:
“Onlardan 1216-sı qadın, 517 nəfəri isə kişi müəllimdir. Həmçinin 2023-cü ildə 1540 müəllimdən 1065-i qadın, 475 nəfəri isə kişidir. 2022-c il üzrə 1457 müəllimdən 1064-ü qadın, 393 nəfər isə kişi müəllimidir”.
Rəqəmlərdən də aydın görünür ki, hər il peşə təhsil müəssisələrində müəllim sayında artım var. Onlar içərisində qadın müəllimlərin sayı daha çoxdur.