Bu gün, 12 mart, Azərbaycanın görkəmli şahmatçısı, beynəlxalq qrossmeyster Teymur Rəcəbovun doğum günüdür. 1987-ci ildə Bakıda anadan olan Rəcəbov, gənc yaşlarından böyük uğurlar qazanaraq dünya şahmat arenasında öz sözünü deyib.
“Tehsil365” xəbər verir ki, o, 14 yaşında qrossmeyster normasını yerinə yetirərək şahmat tarixinə düşüb. 2003-cü ildə keçmiş dünya çempionu Qari Kasparovu məğlub etməsi onun parlaq karyerasında dönüş nöqtələrindən biri olub. Sonrakı illərdə o, Dünya Kubokunun qalibi (2019), FIDE Qran-Prisinin və digər nüfuzlu turnirlərin qalibi olub.
Teymur Rəcəbov təkcə Azərbaycanın deyil, dünya şahmatının ən nüfuzlu oyunçularından biri olaraq qalır. Onun uğurları gələcək nəsil şahmatçılar üçün böyük ilham mənbəyidir.
Doğum günün mübarək, Teymur Rəcəbov! Yeni yaşında yeni zəfərlər diləyirik!