Bu gün, 14 mart 2025-ci il, dünya şöhrətli fizik və nəzəriyyəçi Stiven Uilyam Hokinqin vəfatından düz 7 il ötür. 2018-ci ilin bu günündə 76 yaşında vəfat edən alim, qara dəliklər, zaman və kvant fizikası sahəsində inqilabi nəzəriyyələri ilə elmi dünyaya əbədi iz qoyub.
“Tehsil365” xəbər verir ki, Hokinq, xüsusilə “Zamanın qısa tarixi” kitabı ilə geniş oxucu kütləsinə müraciət edərək mürəkkəb elmi nəzəriyyələri sadə və anlaşılan şəkildə izah edib. Onun qara dəliklərin informasiya saxlaması ilə bağlı təklif etdiyi "Hokinq radiasiyası" nəzəriyyəsi, müasir fizika üçün mühüm kəşflərdən biri sayılır.
Motor neyron xəstəliyinə baxmayaraq, illər boyunca elmi fəaliyyətini davam etdirən Hokinq, həm elmi, həm də şəxsi həyat mübarizəsi ilə insanlara ilham verib.
Bu gün elm və fizika dünyası onun irsini yaşatmağa davam edir.