Bu gün, 14 mart 2025-ci il, dünya şöhrətli fizik Albert Eynşteynin anadan olmasının 146-cı ildönümüdür. 1879-cu ildə Almaniyanın Ulm şəhərində dünyaya gələn Eynşteyn, fizika elminə fundamental töhfələr verərək müasir elmin formalaşmasında mühüm rol oynayıb.
“Tehsil365” xəbər verir ki, o, Nisbilik Nəzəriyyəsi və məşhur E=mc² düsturu ilə tanınır. 1921-ci ildə Nobel mükafatına layiq görülən alim, kvant mexanikası və kosmologiya sahəsində inqilabi fikirləri ilə elmi dünyanı dəyişib.
Eynşteynin kəşfləri yalnız elm sahəsində deyil, həm də fəlsəfi və ictimai düşüncədə böyük təsir yaradıb. O, sülhü və insan hüquqlarını müdafiə edən şəxsiyyətlərdən biri olub.
146 il sonra da onun ideyaları və elmi irsi bəşəriyyətə istiqamət verməyə davam edir.