Bu gün, 14 mart 2025-ci il, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq və ssenarist Anar Rzayevin doğum günüdür. O, 1938-ci ildə Bakıda anadan olub və Azərbaycan ədəbiyyatında modern üslubu, dərin psixoloji təsvirləri və orijinal bədii üslubu ilə tanınıb.
“Tehsil365” xəbər verir ki, Anarın yaradıcılığı geniş spektri əhatə edir – o, “Ağ liman”, “Mən, sən, o və telefon”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kimi əsərləri ilə oxucuların böyük marağını qazanıb. Əsərləri Azərbaycan kinosunda da mühüm iz buraxıb, onun ssenariləri əsasında çəkilən filmlər klassikaya çevrilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri olan Anar, uzun illərdir ölkədə ədəbiyyatın inkişafına böyük töhfə verir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatında yeni mərhələnin əsasını qoyub və bu gün də yeni nəsil yazıçılar üçün ilham mənbəyidir.
Anar Rzayevə doğum günü münasibətilə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!