Qarabağ Universitetinin Mükəmməllik Mərkəzi, Elm Şöbəsi və Tədqiqat və İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə beynəlxalq elmi fəaliyyətlərin dəstəklənməsi və tədqiqat metodologiyalarının mənimsənilməsi məqsədilə silsilə təlimlərə başlanılıb.
Bu barədə "Tehsil365"ə Qarabağ Universitetindən məlumat verilib. Bildirilib ki, “Elmi-tədqiqatın əsasları” mövzusunda keçirilən ilk təlim Ankara Hacı Bayram Universitetindən qonaq professor kimi dəvət olunmuş Evrən Güçər tərəfindən aparılıb.
Təlimlər elmi araşdırmaların keyfiyyətinin artırılması və tədqiqatçılar üçün müasir metodların mənimsənilməsinə töhfə verməyi hədəfləyir.