Bu gün Azərbaycan jurnalistikasının görkəmli nümayəndələrindən biri, yazıçı və alim Ağaddin Babayevin doğum günüdür. O, uzun illər Azərbaycan mediasının inkişafına töhfə vermiş, jurnalistikanın müxtəlif sahələrində dəyərli araşdırmalar aparmışdır.
“Tehsil365” xəbər verir ki, Ağaddin Babayev təkcə jurnalist deyil, eyni zamanda pedaqoq və publisist kimi də fəaliyyət göstərmiş, gənc jurnalistlərin yetişməsinə önəmli töhfələr vermişdir. Onun qələmə aldığı məqalələr, tədqiqatlar və publisistik yazılar Azərbaycan mətbuatında özünəməxsus iz qoyub.
Ömrünü söz sənətinə və ictimai fikir tarixinin araşdırılmasına həsr edən Ağaddin Babayevin xatirəsi hər zaman hörmətlə anılacaq.
Ruhu şad olsun!