Təhsil 365 - Logo Mobile

Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən virtual kitab sərgisi hazırlanıb

15219.03.2025 - 08:55
Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən virtual kitab sərgisi hazırlanıb

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Maqsud İbrahimbəyov nəsri - milli kolorit, milli xarakter" adlı virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan “Tehsil365”ə bildirilib ki, virtual sərgidə Maqsud İbrahimbəyovun çoxşaxəli fəaliyyəti, zəngin bədii irsi haqqında məlumat verilir, onun istedadlı nasir olması ilə yanaşı dramaturq, kinossenarist kimi də yaddaqalan ekran əsərlərinin müəllifi olduğu qeyd edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Maqsud İbrahimbəyovun Azərbaycan Respublikası və Rusiya Federasiyası tərəfindən layiq görüldüyü orden, medal və fəxri adlar haqqında məlumat verilir, müəllifin kitablarının 36 xarici dilə tərcümə olunduğu, dünyanın bir çox ölkələrində dərc edildiyi və səhnələşdirildiyi diqqətə çatdırılır. Materialda adət-ənənələrə bağlılıq faktorunun, Bakı mühitinin özünəməxsus, milli koloritli təsvirinin Maqsud İbrahimbəyovun yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlər olması qeyd edilir.

Virtual kitab sərgisində müəllifin “Cəhənnəmə sərinlik gəldi”, “Müharibənin 1001 gecəsi”, “Ondan yaxşı qardaş yox idi”, “Qara paltarlı qadın”, “Qoy o bizimlə qalsın”, “Püstə ağacı”, “Uşaqlığın son gecəsi” kimi kitablarının qısa annotasiyası təqdim edilir və onun haqqında qələmə alınan dövrü mətbuat nümunələri sərgilənir.

"Maqsud İbrahimbəyov nəsri - milli kolorit, milli xarakter" adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

Aydan Ələkbərova

Xəbər Lenti

Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli: “15-16 il öncəki abituriyentlərlə indiki tələbələr arasında böyük müsbət doğru fərq var”19.08.2026 - 16:31
Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir19.08.2026 - 14:56
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsi başlayır19.08.2026 - 14:50
Dördüncü ixtisas qrupunda 1036 abituriyent 500-600 arası bal toplayıb19.08.2026 - 14:47
BDU-nun təşkilatçılığı ilə Qubada tələbələr, şəhid və qazi övladları üçün yay düşərgəsi təşkil olunacaq19.08.2026 - 14:43
AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər19.08.2026 - 14:39
BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub19.08.2026 - 14:33
Maksimum bal toplayan şagird peşə məktəbini seçdi19.08.2026 - 14:27
Bu universitetdə imtahan qaydası dəyişdirildi19.08.2026 - 14:25
Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib19.08.2026 - 14:20
Müəllimlik ixtisasını seçən oğlanlara təqaüd veriləcək 19.08.2026 - 14:16
Kolleclərə qeydiyyat BAŞLADI19.08.2026 - 14:13
Bakıda 39 094 uşaq I sinfə qəbula yazılıb19.08.2026 - 14:11
“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran olub- FOTOLAR19.08.2026 - 07:33
Qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerləri - SİYAHI19.08.2026 - 05:58
Milli Kitabxanada “Professor Kamil Vəli Nərimanoğlu - 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub19.08.2026 - 05:39
Bu gün Ümumdünya Fotoqrafiya Günüdür19.08.2026 - 05:25
Bu gün 37 dərəcə isti olacaq19.08.2026 - 05:17
90 minə yaxın abituriyent ixtisas seçimini TƏSDİQLƏYİB19.08.2026 - 05:06
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub19.08.2026 - 04:54
“Təlimçilər üçün təlim” təşkil edilib19.08.2026 - 04:45
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il avqustun 22-də rəqəmsal SAT imtahanı təşkil olunacaq19.08.2026 - 04:39
QuadraBay və Milli Təhsil Şəbəkəsinin (National Education Network – NEN) nümayəndələri ilə görüş keçirilib19.08.2026 - 04:31
AzTU əməkdaşı Cənubi Koreyada keçirilən beynəlxalq İFLA konfransında iştirak edib19.08.2026 - 04:23
ADU-nun professoru beynəlxalq elmi simpoziumda məruzə edib19.08.2026 - 04:16
ADNSU komandası Silikon Vadisində beynəlxalq innovasiya festivalında gümüş medal qazanıb19.08.2026 - 04:09
UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu elan edilir19.08.2026 - 04:02
“Bir” Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark’26”ya qeydiyyatı açıq elan edir18.08.2026 - 19:26
BMU tələbələri aqrar sahədə süni intellektin tətbiqi ilə bağlı layihələrini təqdim ediblər18.08.2026 - 18:54
Direktorların işə qəbulu üzrə müsabiqəyə elektron qeydiyyat başlayır18.08.2026 - 18:49
Rezidenturaya qəbulun nəticələri elan olunub18.08.2026 - 18:45
Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibə mərhələsinə başlanılıb18.08.2026 - 18:41
18 nəfər dövlət hesabına pilot təhsili alacaq18.08.2026 - 18:39
BMU-da yenilik: 3 ikili diplom proqramı və yeni ixtisaslar18.08.2026 - 18:37
Dünyada ali məktəbi olmayan ÖLKƏLƏR18.08.2026 - 18:35
Abşeron-Xızı RTİ üzrə 370 məzun 600-dən yuxarı nəticə göstərib 18.08.2026 - 18:32
IV qrupda 150 balla qəbul: Hansı ixtisaslara nə qədər yer ayrılıb?18.08.2026 - 18:30
Respublika Gözdən Əlillər Kitabxanasının 45 Illik Yubileyi Qeyd Olunub18.08.2026 - 08:51
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sona yaxınlaşır18.08.2026 - 05:58
Bu gün Azərbaycan sərhədçilərinin peşə bayramıdır18.08.2026 - 05:52
Kitabxanaçıların 7.7%-i ali təhsillidir18.08.2026 - 05:46
700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?18.08.2026 - 05:39
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır18.08.2026 - 05:31
28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb18.08.2026 - 05:22
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanlar haqqında məlumat18.08.2026 - 05:13
“Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib18.08.2026 - 05:06
BMU-da ikili diplom proqramı çərçivəsində Çində təhsil alacaq tələbələrlə görüş keçirilib18.08.2026 - 04:57
ADNSU məzununun elmi məqaləsi nüfuzlu Q1 kateqoriyalı jurnalda dərc olunub18.08.2026 - 04:49