Təhsil 365 - Logo Mobile

KƏRKİDƏ NOVRUZ ADƏTLƏRİ             

8619.03.2025 - 14:59
KƏRKİDƏ NOVRUZ ADƏTLƏRİ             

Kərki - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 19 yanvar 1990-cı ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 
 Kərkinin özünəməxsus Novruz adətlərindən bəhs edəcəm.

 Maraqlı adətlərdən biri – kəndlilər ağaclara qırmızı lent bağlayırmışlar, bu bol ruzinin olacağına inamdır. Hamıya təzə paltar alınar, evlər təmizlənər, “Sarıqaya”nın altındakı bulaqda paltar və çayda xalça yuyarmışlar. Həm müqəddəs yer sayılan Telli Tejgarda, həm də hər kəs öz həyətində tonqallar qalayırmışlar. Əsasən uşaqlar ağacın budağına pambıq bükərək lopa düzəldirmişlər. Bu lopaya şam da deyirmişlər.  Bütün kənd gecə məscidə ziyarətə gedəndə bu lopaları da məscidə taxardı. Nişanlı qızlara xonça aparardılar. Kənddə hamı bayramçalığa gedər, bir-birinə hədiyyə alardı. İlaxır çərşənbədə isə səhər üzü kənddən keçən çaya hamı gedərək niyyət edər, oradan su gətirib evə səpirdi. Bayramda isə camaat bir-birini suluyardı, kimisə aldadıb evdən çıxararaq damdan  başına su tökərdilər. Hamı dünyasını dəyişmiş əzizlərinin adına halva bişirirdi, həmin gün kişilər qəbirüstünə ziyarətə gedirdi, qadınlar isə başqa gün gedirdi və orada bir-birinə adətə uyğun olaraq gətirdiyi şirnilərdən pay verirdi. Kimin evində hüzür varsa, ilk olaraq həmin ev ziyarət olunub bayram hazırlığı edilirdi.

 Bütün evlərdə bayramda ləzzətli yeməklərlə gözəl süfrə açılardı. Naxçıvanın özünə məxsus olan Çöçə bişirilərdi. İrəvan kətəsi, paxlava, şəkərbura, qoğal və digər şirniyyatlar hazırlanırdı. Təndirə Fətir və Çıppa  yapılardı, Fətirin balacasına Qliy deyilirdi, uşaqlar üçün bişirilirdi. Səməni təkcə buğdadan yox, qarğıdalıdan da cücərdilirdi. Uşaqlar üçün sacda qarğıdalı, noxud, buğdadan və s. qovurğa hazırlanırdı. Yumurtanı soğan qabığını qaynadaraq boyayardılar və  döyüşdürərdilər, qalib gələn bütün yumurtaları götürərdi. Bayram payı yığmaq  üçün uşaqlar qapılara papaq deyil, yaylıq atırdı. Evlərdə “Əyirdək” adlı şirniyyat hazırlanırdı. Hinduşqa sovuzu, kələm və yarpaq dolması, digər bölgələrdən fərqli olaraq Aşqara noxud ləpəsiylə və Şorbulaq ətrafından yığılan unluca, xatınbarmağı, yarpızdan qatıq aşı və noxudlu aş bişirilirdi.  Hamı öz bişirdiyindən bir-birinə pay aparırdı. Cöngə kəsilirdi, hər kəs mütləq kəsilən cöngənin ətindən almalı idi, Naxçıvana məxsus “Qovurma” da hazırlanırdı.

 Bu maraqlı, fərqli  adətlər  Novruz bayramının özündə daşıdığı tarixilikdən xəbər verir.

Gülöyşə Azadqızı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Aydan Ələkbərova

Xəbər Lenti

Naxçıvan Dövlət Universitetində qabiliyyət tələb edən magistratura ixtisaslarına qeydiyyat başlayıb01.07.2025 - 15:30
Dövlət İmtahan Mərkəzi taksi sürücüləri üçün imtahan keçirəcək01.07.2025 - 15:20
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyasının üzvlük imtahanını keçirəcək01.07.2025 - 15:10
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib01.07.2025 - 15:00
AMEA İctimai Elmlər Bölməsində Şahbulaq Arxeoloji Kompleksinin Tədqiqi Müzakirə Edilib01.07.2025 - 14:50
Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK arasında ilk müştərək layihə müsabiqəsi elan edilib01.07.2025 - 14:40
Dünya Bankı süni intellektin ali təhsildə tətbiqi ilə bağlı hesabat yayımladı01.07.2025 - 14:30
“Milli Proqram” çərçivəsində 27 min təlim tamamlandı – Coursera-da yeni mərhələyə start verildi01.07.2025 - 14:20
Sertifikasiya imtahanları 5 mindən çox müəllimin işdən azad olunması ilə nəticələnib – Rəqəmlər açıqlandı01.07.2025 - 14:20
İrəvan xanlığının Rusiya tərəfindən işğalına dair onlayn kitab 9 dildə təqdim edilib01.07.2025 - 14:10
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddialar yayılıb – Nazirlikdən açıqlama gözlənilir01.07.2025 - 14:00
Təkrar sertifikasiyada 2 344 müəllim uğursuz oldu – Əmək müqavilələri ləğv ediləcək01.07.2025 - 13:50
Milli Kitabxanada professor Xəlil İsmayılovun 80 illiyinə həsr olunan sərgilər təqdim olunub-FOTO01.07.2025 - 13:40
Sertifikatlaşdırmadan keçməyən müəllimlərlə görüşlərə start verildi – BŞTİ komissiya yaratdı01.07.2025 - 13:30
“Munisnamə”nin təsəvvüf mənbəyi kimi əhəmiyyəti araşdırılıb – Yeni elmi nəşr çapdan çıxıb01.07.2025 - 13:20
Azərbaycan və Tacikistan arasında təhsil əməkdaşlığı çərçivəsində 2025–2026-cı il üzrə təqaüd proqramı elan edildi01.07.2025 - 13:00
Mingəçevir Dövlət Universitetində Məzun günü keçirilib 01.07.2025 - 12:50
ADNSU-da “Məzun Günü” qeyd edilib - FOTO 01.07.2025 - 12:40
Rezidenturaya qəbul imtahanının nəticələri elan edilib01.07.2025 - 12:30
Təkrar sertifikatlaşdırma suallarında səhv olmayıb01.07.2025 - 12:20
334 müəllim təkrar sertifikatlaşdırmada iştirak etməyib01.07.2025 - 12:10
İmtahan zamanı qaydaları pozan 4 müəllimin nəticələri ləğv olunub01.07.2025 - 12:00
Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərin sayı 2000-i ötüb01.07.2025 - 11:50
Akademik Cəlal Əliyevin 97-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilib01.07.2025 - 11:40
“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul üçün müraciət etmək istəyən şagirdlərin nəzərinə01.07.2025 - 11:30
PUA uçuş məlumatlarının məxfiliyinin qorunması ilə bağlı tədqiqat həyata keçirilib01.07.2025 - 11:20
Akademik Cəlal Əliyevin məzarı önündə ziyarət həyata keçirilib01.07.2025 - 11:10
Azərbaycan alimi Tokio Milli İnformatika İnstitutundan əməkdaşlıq təklifi alıb01.07.2025 - 11:00
İncəsənət məktəblərində məzmun islahatı aparılacaq01.07.2025 - 10:50
Musiqi və incəsənət müəllimləri üzrə attestasiya prosesi yekunlaşıb01.07.2025 - 10:40
Dənizdən meyiti tapılan şəxsin tələbə olduğu məlum olub01.07.2025 - 10:30
“İmtahana buraxılış vərəqəsi”ni bu şəxslər çap edə bilərlər01.07.2025 - 10:20
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşlarla görüş keçirib01.07.2025 - 10:10
Azərbaycanlı professor Vaşinqton şəhərində dünyasını dəyişdi01.07.2025 - 10:00
Azərbaycanda yeni mamır növləri ilə bağlı tədqiqat aparılıb - FOTO01.07.2025 - 09:50
İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib01.07.2025 - 09:40
İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır01.07.2025 - 09:30
Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur01.07.2025 - 09:20
Məktəblimiz İtaliyada keçirilən yarışda gümüş medal qazandı - FOTO01.07.2025 - 09:10
Sabah hava necə olacaq?01.07.2025 - 09:00
Pedaqoji Universitet 28 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir01.07.2025 - 08:50
BDU-nun məzunu Cənubi Koreyada magistratura təhsili alacaq01.07.2025 - 08:40
Beynəlxalq simpoziumda azərbaycanlı alimlərin məruzələri dinlənilib - FOTORA01.07.2025 - 08:30
Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edəcək - FOTO01.07.2025 - 08:20
"ChatGPT"nin əmək bazarına təsiri01.07.2025 - 08:10
17 yaşlı gənc kanalda batdı01.07.2025 - 08:00
Oxu.Az 12 yaşını qeyd edir01.07.2025 - 07:50
"Beynəlxalq Təhsil İcmalı" adlı bülletenin iyun sayı təqdim edilib01.07.2025 - 07:40