Təhsil 365 - Logo Mobile

23 mart Ümumdünya Meteorologiya Günüdür

8623.03.2025 - 08:00
23 mart Ümumdünya Meteorologiya Günüdür

“Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-nü Ümumdünya Meteorologiya Günü kimi qeyd edir. Ümumdünya Meteorologiya Gününün hər il bir deviz altında keçirilməsi artıq ənənəyə çevrilib. Bu ilin devizi isə “Erkən xəbərdarlıq boşluğunu birlikdə aradan qaldırmaq”dır”.

“Tehsil365” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, ölkəmizdə hidrometeorologiya sahəsinin inkişaf etdirilməsinə dövlət tərəfindən xüsusi önəm verilir: “Ümumdünya Meteorologiya Təşkilatının standartlarına və tövsiyələrinə uyğun olaraq dövlət inkişaf proqramları çərçivəsində hidrometeorologiyanın inkişaf etdirilməsi üzrə respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, son illər ölkə üzrə avtomatlaşdırılmış meteoroloji stansiyaların sayı 58-ə, hidroloji stansiyaların sayı 40-a, dəniz müşahidə stansiyalarının sayı 6-ya çatdırılıb.

Həmçinin, Erkən Xəbərdarlıq Sisteminin əsas tərkib hissəsi hesab edilən 3 meteoroloji dopler radar quraşdırılıb və 2 aeroloji zond stansiyasının fəaliyyəti yenidən bərpa edilib.  Eyni zamanda, meteo.az mobil tətbiqi istifadəyə verilib ki, bununla ölkə ərazisində mövcud və gözlənilən hava şəraiti, temperatur, küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, rütubət eyni zamanda hava xəbərdarlıqları  haqqında məlumatlar təqdim olunur”. 

N.Mahmudov onu da vurğulayıb ki, hidrometeorologiya sahəsinin inkişafı üzrə işlər davam edir və növbəti illərdə də avtomatlaşdırılmış hidrometeoroloji stansiyaların, yeni meteoroloji dopler radarların quraşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. 

N.Mahmudov Azərbaycanın 1993-cü ildən Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulduğunu və bu konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, mütəmadi olaraq hidrometeoroloji müşahidələr apardığını, məlumatların beynəlxalq və regional mübadiləsini təmin edərək, təşkilatın qəbul etdiyi qərarları icra etdiyini bildirib.

Aydan Ələkbərova

Xəbər Lenti

Dövlət İmtahan Mərkəzi taksi sürücüləri üçün imtahan keçirəcək01.07.2025 - 15:20
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyasının üzvlük imtahanını keçirəcək01.07.2025 - 15:10
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib01.07.2025 - 15:00
AMEA İctimai Elmlər Bölməsində Şahbulaq Arxeoloji Kompleksinin Tədqiqi Müzakirə Edilib01.07.2025 - 14:50
Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK arasında ilk müştərək layihə müsabiqəsi elan edilib01.07.2025 - 14:40
Dünya Bankı süni intellektin ali təhsildə tətbiqi ilə bağlı hesabat yayımladı01.07.2025 - 14:30
“Milli Proqram” çərçivəsində 27 min təlim tamamlandı – Coursera-da yeni mərhələyə start verildi01.07.2025 - 14:20
Sertifikasiya imtahanları 5 mindən çox müəllimin işdən azad olunması ilə nəticələnib – Rəqəmlər açıqlandı01.07.2025 - 14:20
İrəvan xanlığının Rusiya tərəfindən işğalına dair onlayn kitab 9 dildə təqdim edilib01.07.2025 - 14:10
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddialar yayılıb – Nazirlikdən açıqlama gözlənilir01.07.2025 - 14:00
Təkrar sertifikasiyada 2 344 müəllim uğursuz oldu – Əmək müqavilələri ləğv ediləcək01.07.2025 - 13:50
Milli Kitabxanada professor Xəlil İsmayılovun 80 illiyinə həsr olunan sərgilər təqdim olunub-FOTO01.07.2025 - 13:40
Sertifikatlaşdırmadan keçməyən müəllimlərlə görüşlərə start verildi – BŞTİ komissiya yaratdı01.07.2025 - 13:30
“Munisnamə”nin təsəvvüf mənbəyi kimi əhəmiyyəti araşdırılıb – Yeni elmi nəşr çapdan çıxıb01.07.2025 - 13:20
Azərbaycan və Tacikistan arasında təhsil əməkdaşlığı çərçivəsində 2025–2026-cı il üzrə təqaüd proqramı elan edildi01.07.2025 - 13:00
Mingəçevir Dövlət Universitetində Məzun günü keçirilib 01.07.2025 - 12:50
ADNSU-da “Məzun Günü” qeyd edilib - FOTO 01.07.2025 - 12:40
Rezidenturaya qəbul imtahanının nəticələri elan edilib01.07.2025 - 12:30
Təkrar sertifikatlaşdırma suallarında səhv olmayıb01.07.2025 - 12:20
334 müəllim təkrar sertifikatlaşdırmada iştirak etməyib01.07.2025 - 12:10
İmtahan zamanı qaydaları pozan 4 müəllimin nəticələri ləğv olunub01.07.2025 - 12:00
Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərin sayı 2000-i ötüb01.07.2025 - 11:50
Akademik Cəlal Əliyevin 97-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilib01.07.2025 - 11:40
“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul üçün müraciət etmək istəyən şagirdlərin nəzərinə01.07.2025 - 11:30
PUA uçuş məlumatlarının məxfiliyinin qorunması ilə bağlı tədqiqat həyata keçirilib01.07.2025 - 11:20
Akademik Cəlal Əliyevin məzarı önündə ziyarət həyata keçirilib01.07.2025 - 11:10
Azərbaycan alimi Tokio Milli İnformatika İnstitutundan əməkdaşlıq təklifi alıb01.07.2025 - 11:00
İncəsənət məktəblərində məzmun islahatı aparılacaq01.07.2025 - 10:50
Musiqi və incəsənət müəllimləri üzrə attestasiya prosesi yekunlaşıb01.07.2025 - 10:40
Dənizdən meyiti tapılan şəxsin tələbə olduğu məlum olub01.07.2025 - 10:30
“İmtahana buraxılış vərəqəsi”ni bu şəxslər çap edə bilərlər01.07.2025 - 10:20
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşlarla görüş keçirib01.07.2025 - 10:10
Azərbaycanlı professor Vaşinqton şəhərində dünyasını dəyişdi01.07.2025 - 10:00
Azərbaycanda yeni mamır növləri ilə bağlı tədqiqat aparılıb - FOTO01.07.2025 - 09:50
İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib01.07.2025 - 09:40
İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır01.07.2025 - 09:30
Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur01.07.2025 - 09:20
Məktəblimiz İtaliyada keçirilən yarışda gümüş medal qazandı - FOTO01.07.2025 - 09:10
Sabah hava necə olacaq?01.07.2025 - 09:00
Pedaqoji Universitet 28 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir01.07.2025 - 08:50
BDU-nun məzunu Cənubi Koreyada magistratura təhsili alacaq01.07.2025 - 08:40
Beynəlxalq simpoziumda azərbaycanlı alimlərin məruzələri dinlənilib - FOTORA01.07.2025 - 08:30
Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edəcək - FOTO01.07.2025 - 08:20
"ChatGPT"nin əmək bazarına təsiri01.07.2025 - 08:10
17 yaşlı gənc kanalda batdı01.07.2025 - 08:00
Oxu.Az 12 yaşını qeyd edir01.07.2025 - 07:50
"Beynəlxalq Təhsil İcmalı" adlı bülletenin iyun sayı təqdim edilib01.07.2025 - 07:40
Magistratura üçün ixtisas seçiminin vaxtı müəyyən olub 01.07.2025 - 07:30