Təhsil 365 - Logo Mobile

"Nəsihət" - Hekayə Simuzər Paşayeva

11626.03.2025 - 14:49
"Nəsihət" - Hekayə Simuzər Paşayeva

Hər gün məktəbdən gəlib dəhlizdə oturaraq xəyala dalırdım. Son vaxtlar ağlımda çoxlu fikirlər var idi. Səhərdən axşama kimi o fikirlərlə gəzirdim, desəm, yalan olmaz. İmtahanıma az müddət qalmışdı, bəlkə də onun həyəcanı idi. Bir tərəfdən də hər şeyin yaxşı olacağına inanırdım, çünki "səhər-axşam" demədən oxuyurdum. Bəzən olurdu ki, elə kitab oxuduğum yerdə yatıb qalırdım. Hətta elə olurdu, yemək yeməyi də yadımdan çıxarırdım. Hər günüm eyni halda gəlib-keçirdi. Digər tərəfdən isə, içimdə bir narahatlıq olurdu. "Ya hər şey gözlədiyim kimi olmazsa", - deyə fikirləşirdim.

Yaxın olduğum dostlarımdan belə kənarlaşmağa başlamışdım. Elə bil bütün həyatım təkcə dərslərdən ibarətmiş kimi davranırdım. Əvvəllər dostlarımla maraqlı söhbət etməyi çox sevirdim. Həftəsonu vaxt təyin edib maraqlı bir gün keçirərdik. İndi isə tam əksinə, hamıdan və hər şeydən uzaqlaşmışdım. Son zəngimiz olacaqdı, hər kəs bir tərəfdən həyəcanla ona hazırlaşırdı. Mənim isə fikirləşdiyim tək şey imtahan idi.

Sözün düzünü desəm heç Son Zəngdə iştirak da etmək istəmirdim.

Bir neçə gün sonra son zəngimiz oldu. Özüm istəməsəm də, dostlarımın xahişi ilə iştirak etdim. Əslində, çox maraqlı keçirdi, amma mən imtahan barəsində o qədər fikirləşirdim ki, diqqətimi tam olaraq həmin ana verə bilmirdim.

Bu sinif yoldaşlarımla bəlkə də son görüşüm idi, çünki hər kəs üçün yeni hekayələr yazılacaqdı. Xülasə, həmin xoş gün artıq bitdi və hamımız öz evimizə tərəf yollandıq.

Bir neçə müddət keçdi və gözlənilən gün gəlib-çatdı. Bu gün imtahan idi. İmtahan verəcəyim otağa doğru yavaş-yavaş irəliləyərək düşünürdüm: "İmtahan son deyil, amma yeni həyatımın başlanğıcı ola bilər".

Otağa daxil oldum. İmtahan başlayana kimi yaxınlıqda əyləşən Məryəm adlı bir qızla həmsöhbət olduq. Onunla danışdıqca az da olsa, imtahanın həyəcanından uzaqlaşa bilirdim. Bəlkə də belə bir söhbətə çoxdan ehtiyacım var idi. Bir az keçmişdi ki, zaldan yüksək bir səs ucaldı: "İmtahan başladı".

Elə imtahan bitənə kimi eşitdiyim son səs də bu olmuşdu.

Fikrim yox, sadəcə, fikrim desəm, yalan olar, ruhum da o sualların içərisinə daxil olmuşdu. Vaxtın necə gəlib keçdiyindən belə xəbərsiz idim.

İmtahan bitdi və mən otaqdan çıxaraq evə tərəf yol almağa başladım. Evə gəlib çatdım. Ətrafımda olan hər kəs imtahanın necə keçdiyini soruşurdu. Heç nə demədən öz otağıma keçdim. Əslində imtahanım pis keçməmişdi, hətta çoxlarına görə yüksək nəticə idi, amma məni öz nəticəm qane etmirdi, çünki mən özümü bilirdim, daha yüksək nəticəyə layiq olduğuma əmindim.

Öz-özümə fikirləşirdim bəs niyə belə oldu? cavabını tapa bilmirdim...Bəlkə də, belə olmağına səbəb son vaxtlar ağlımda qurduğum fikirlərin məni daha çox həyəcanlandırması olmuşdu.

İmtahan cavablarının açıqlanmasına az müddət qalmışdı.Mənim kimi ətrafımda olan dostlarım da imtahan nəticələrini gözləyirdilər.Aysel daha çox səbirsiz idi.Hər gün mənə zəng edib,görəsən,nəticələrimiz nə vaxt çıxacaq?-deyə soruşurdu.Bununla bərabər üzümü də güldürürdü.Aysel səbirsiz olmağı ilə yanaşı həm də sinfimizin ən nadinc qızı olmuşdu,amma özü kimi də gözəl enerjisi var idi ,onun yanında heç kəs qəmgin ola bilmirdi.Xülasə,imtahan nəticələri elan olunan vaxta kimi hər gün Aysellə bu barədə danışırdıq.Onlarla özümü müqayisə etdikdə mən elə də çox səbirsizlənmirdim,çünki təxmini də olsa, nəticəmi bilirdim.

Bir müddət keçdi, imtahan nəticələri çıxdı. Məndən başqa hamı sevinirdi, hətta Aysel də sevinirdi. Düzdür, nəticəsi istədiyi kimi olmamışdı, amma universitetə qəbul olmaq fikri belə onu sevindirməyə bəs idi.

Bəlkə də çoxuna görə əsas universitetə qəbul olmaq idi, mənə isə əsas olan o deyildi. Amma neyləmək olar, bəzən istədiyimiz nələrsə olmaya da bilir. Yalan deməyəcəm, ilk başda universitetə sənəd vermək istəmirdim, çünki nəticəm məni qane etmirdi, amma ətrafımın istəyi ilə qərarımdan döndüm. Xülasə, bir neçə müddət keçmişdi. Artıq mən də universitet tələbəsi idim.

Bəzən elə hiss edirdim ki, bir tərəfdən yarım qalmışam. Bunun da səbəbi məlum idi, amma buna baxmayaraq universitetdə yeni dostlarım olmuşdu. Onlarla çox gözəl münasibətimiz var idi. Çox vaxt bir yerdə kitab evinə gedib kitablar oxuyardıq. Hər günümüz çox maraqlı keçirdi. Dərslərimi isə hər gün daha səylə oxuyurdum. Öz-özümə deyirdim, bir gün daha böyük uğurlar qazanacaqsan.

Bir neçə il keçmiş mən bakalavr təhsilimi bitirib magistratura təhsili aldım. Aldığım təhsillə yanaşı bir çox uğurlara da imza atmışdım. Dediyim kimi də olmuşdu. Ən əsası, cəmiyyətdə öz sözümü deməyi də bacarmışdım. İndi bu yerdə və sizin qarşınızdayamsa, bunun ilk səbəbi özümə inanmağım oldu.

Əziz gənclər, nə olur, olsun, nə yaşadığınızdan asılı olmayaraq, heç bir vaxt özünüzə olan inamınızı itirməyin. İmtahan son deyil. Sadəcə həyatınızda uğur qazanmağınızda sizə kömək edəcək başlanğıc nöqtəsi ola bilər. Kimlərinsə və ya nəyinsə sizin hekayənizi yazmağına qətiyyən icazə verməyin. Ayağa qalxın və öz hekayənizi öz əllərinizlə yazın. Bununla yanaşı hekayənin baş qəhrəmanı da özünüz olun. Gün gələcək və siz "Mən qarşıma qoyduğum bütün məqsədlərimə çatdım" deyəcəksiniz. Sadəcə, inanın və irəliləyin!

Hər günə özünüzə inanaraq başlayın!

Aydan Ələkbərova

Xəbər Lenti

UNESCO-nun Dünya İrs Siyahısı Genişlənir: Azərbaycan və Afrika Abidələri Siyahıya Daxil Edildi18.07.2025 - 05:00
Xalq Artisti Telman Adıgözəlovun doğum günüdür17.07.2025 - 18:50
Magistratura ixtisas seçimlərinin nəticələri bazar ertəsi açıqlanacaq17.07.2025 - 18:40
Səhnəni erkən tərk edən, gömrük polkovniki olan müğənni: "Alim Qasımova dərs demişəm"17.07.2025 - 18:30
Azərbaycan İlahiyyat İnstitutu – Gələcəyin peşəkar ilahiyyatçıları burada yetişir17.07.2025 - 17:40
Qarabağ Universitetinin psixologiya tələbələri psixoloji mərkəzlərdə təcrübə keçiblər17.07.2025 - 17:35
Barselona Musiqi Muzeyinə Azərbaycan kamançası hədiyyə edilib17.07.2025 - 17:21
Azərbaycan 3 böyük komitəyə üzv seçilib17.07.2025 - 17:10
Bu dəfə ən yüksək balı onlar topladı17.07.2025 - 17:06
II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb17.07.2025 - 16:48
“QS Stars” reytinqi: LDU 3 ulduzla dəyərləndirildi17.07.2025 - 16:43
Ağdaşda kanalda batmış yeniyetmənin meyiti tapılıb17.07.2025 - 16:00
Gəncədə 7 yaşlı uşaq attraksiondan yıxılaraq xəsarət alıb17.07.2025 - 15:50
Ağdaşda yeniyetmə qız su kanalında boğularaq həyatını itirib17.07.2025 - 15:40
İdman Akademiyası və Koventri Universiteti birgə təhsil proqramları üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib17.07.2025 - 15:30
ADA Universiteti dövlət sifarişi əsasında tələbə qəbuluna start verir17.07.2025 - 15:20
Pedaqoji Universitet ali məktəblər sərgisində təmsil olunacaq17.07.2025 - 15:10
Məktəblərdə tədris ilinin yekunlarına dair iclaslar təşkil olunur17.07.2025 - 15:00
Masallı gəncləri bir araya gəlir – II Regional Festival baş tutacaq17.07.2025 - 13:50
Kitabxana statistikası: ADPU-nun Mərkəzi 6 ayda 50 min istifadəçiyə xidmət göstərib17.07.2025 - 13:40
BMU-İNHA ikili diplom proqramının ikinci məzun buraxılışı baş tutub17.07.2025 - 13:30
“Milli yaddaş və mətbuat” mövzusunda elmi sessiya – Folklor İnstitutunda müzakirə17.07.2025 - 13:20
BANM rektoru abituriyentlərlə görüş keçirib17.07.2025 - 13:10
Rektor: “ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz təhsil alır”17.07.2025 - 13:00
Şəhid övladları üçün BDU-da tanıtım turu təşkil olunub17.07.2025 - 12:30
“ADA Universiteti ilk dəfə dövlət sifarişli yerlər ayırır – ümumilikdə 180 yer”17.07.2025 - 12:15
Sabir Rüstəmxanlının “Ömür kitabı” Avropada təqdim edildi17.07.2025 - 12:05
Şəhid övladları üçün BDU-da məlumatlandırma turları təşkil olunub-FOTO17.07.2025 - 12:00
Tarixə bir baxış: Xətaidə “Əkinçi” qəzetinin 150 illik yubileyi-FOTO17.07.2025 - 11:50
Qadın məzunların sayı LDPTM‑də ilk dəfə 50 faizə yüksəldi17.07.2025 - 11:45
BDU Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq17.07.2025 - 11:40
AMEA‑da aparılan multidisiplinar tədqiqatların beynəlxalq aləmdə əks-sədası17.07.2025 - 11:30
Huawei BDU-da rəqəmsal idarəetmə üzrə təqdimat keçirdi- FOTO17.07.2025 - 11:20
Bu dəfə Dəniz...17.07.2025 - 11:10
Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb17.07.2025 - 11:00
İstilər pik həddə çatır – Həftəsonu hava necə olacaq?17.07.2025 - 10:50
Samuxda Uşaq Bağçasında Yanğın Baş Verib.17.07.2025 - 10:50
Peşə Təhsili Müəssisələrinə Qəbul İyul-Avqustda Aparılacaq.17.07.2025 - 10:40
DİM Qiymətləndirmə Üzrə Namizədlər üçün Test İmtahanı Keçirir.17.07.2025 - 10:30
Professor Xəlil Yusiflinin 90 illik yubileyi Gənclər Kitabxanasında anılıb.17.07.2025 - 10:20
Şəhid Azad Abbasovun xatirəsinə həsr olunan “Azad” romanı işıq üzü görüb.17.07.2025 - 10:10
AMEA-da “Azərbaycan Mətbuatının İnkişafı” Konfransı Keçirilib17.07.2025 - 10:00
Azərbaycanda İlk Beynəlxalq Mini-MBA Proqramı UNEC-də Başlayır17.07.2025 - 09:50
Azərbaycan mətbuatı: 150 il və “Elm və həyat” jurnalının fəaliyyəti.17.07.2025 - 09:40
“Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişanla təltif olunub.17.07.2025 - 09:30
Qabiliyyət imtahanlarına dair vacib məlumat – buraxılış vərəqələri hazırdır.17.07.2025 - 09:20
Sabaha gözlənilən hava: İsti və əsasən yağmursuz olacaq17.07.2025 - 09:10
Lənkəran Dövlət Universiteti “QS Stars” qiymətləndirməsində 3 ulduz alıb17.07.2025 - 09:00