Təhsil 365 - Logo Mobile

"Məzar daşı" - Hekayə Simuzər Paşayeva

11027.03.2025 - 17:37
"Məzar daşı" - Hekayə Simuzər Paşayeva

Kəndlərin birində Füzuli adlı bir qoca kişi var idi. Bu kişi hər gün sübh tezdən oyanıb qəbiristanlığa gedər, evə gecəyarısı qayıdarmış. Hər günü demək olar ki, qəbiristanlıqda keçirmiş. Bu onun üçün xoş olsa da, qonşularda narahatlığa səbəb olur.

Bir gün qonşulardan biri qoca kişiyə yaxınlaşaraq bunun səbəbini soruşur. Qoca heç nə deməyib oradan uzaqlaşır. Onun bir söz deməməkdə bir səbəbi var idi - o bilirdi ki, əsl səbəbi açıb desə, yenə onu qınayacaqlar, çünki bu cəmiyyət onu dəli kimi qəbul edirdi.

İndi sizə həmin qonşudan danışım. Ənvər bikef halda evinə qayıdırdı. Qoca kişinin suallara cavab verməməyi onu daha çox intizarda qoymuşdu.

Bir gün Ənvər xanımına onu sübh tezdən oyatmağını söylədi. Xanımı səbəbəni soruşduqda o: "Qoca sübh tezdən qəbiristanlığa gedəndə mən də onun ardınca gedəcəyəm", - deyə cavab verdi.

Səhər açıldı. Qoca kişi yenə hazırlaşıb qəbiristanlığa getmək üçün yola düşdü. Ənvər də onun ardınca yollandı. Qoca qəbiristanlığa daxil oldu, Ənvər isə geridə duraraq onu izləməyə başladı. Qocanın bir məzar daşı ilə danışdığına şahid oldu. Bir az duruxdu: "Bu kişi dəli olub? Heç insan da bir məzar daşı ilə söhbət edər?" - deyə öz-özünə sual verdi. Qəribə bir hisslərlə evə qayıtdı.

Evdə xanımı soruşdu:

- A kişi, nə oldu? Niyə bükülüb qalmısan?

- Əşi, heç nə. Bu kişi, deyəsən, dəli olub. Bu gün qəbiristanlıqda məzar daşı ilə söhbət edirdi. İnsan da bir daş ilə söhbət edər?Deyirəm də, bu kişinin başı qaçıb.

Bunu demişdi ki, bir də baxdı, qoca kişi xoşbəxt halda evinə gəlir. "Bu niyə xoşbəxtdir? Qəbiristanlıqda bir insanı xoşbəxt edəcək nə ola bilər? Əşi, nəysə ə, özü bilər.Onun başı qaçıb, mən ondan niyə doğru hərəkət gözləyirəm ki?" - deyə öz-özünə düşündü.

Bunu desə belə yenə fikir etmədən dayana bilmirdi. Elə olurdu ki, onu fikirləri çox uzaqlara aparırdı, amma xanımının səsi ilə ayılırdı.

Ənvərgilin uşaqları yox idi. Xanımı və özü idi. Qohumları ilə də demək olar ki, münasibətləri çoxdan bitmişdi. Bu fani dünyada bir-birilərindən başqa heç kimləri yox idi.

Bir müddət keçmişdi ki, Ənvərin yoldaşı Firəngiz bərk xəstələndi, yerindən qalxa bilmədi. İlk başda səbəbini bilmirdilər. Bir müddət sonra xəstəliyin əsl səbəbi ortaya çıxdı - Firəngiz xərçəng idi. Nə qədər həkim gəzsələr də, heç bir həkim onun dərdinə çarə tapa bilmirdi.

Firəngiz hər şeyi qəbullanmışdı. Ənvər isə heç cür qəbul edə bilmirdi.

Bir gün Firəngiz Ənvəri yanına çağırıb onunla uzun-uzadı söhbət etdi. Bu həyatda heç kimin əbədi olmayacağını, hər gələnin bir gün gedəcəyini bildirdi. Nə qədər çətin olsa da, artıq Ənvər də həqiqətləri görməyə başlamışdı.

Firəngiz danışdıqca Ənvər özünü ağlamamaq üçün güclə saxlayırdı.

Bir neçə ay keçmiş Firəngizin vəziyyəti daha da ağırlaşdı. Bəlkə də onun son günləri idi.

Firəngizin bu halı Ənvəri daha da əldən salmışdı. Hər gün xəyallara dalıb gedirdi.

O Firəngizsiz həyatı fikirləşə bilmirdi.

Bu gün yenə oturub xəyala dalmışdı ki, Firəngizin səsi ilə xəyaldan ayıldı, oturduğu yerdən tez duraraq onun yanına yaxınlaşdı.

O hiss edirdi ki, bu Firəngizlə son söhbətidir. Firəngiz Ənvər ilə keçmiş günlərdən danışdı.Onlar uşaqları olmağını çox istəmişdilər, amma qismət olmamışdı. Firəngiz bunun həmişə dərdini edib kədərlənirdi. Bəlkə də onun bu xəstəliyə düçar olmağının bir səbəbi də bu fikirlər olmuşdu. Firəngizin son anda Ənvərdən bir xahişi var idi - insanların həyatına müdaxilə etməməyini, bununla yanaşı bir də heç kəsi qınamamağını istədi. Ənvər bu sözləri eşitdikdə bir anlıq ötən zamanlarda qonşusu olan qoca kişi haqqında dediyi sözləri xatırladı. Gözləri doldu. O fikirləşirdi ki, hər şey onun günahının cəzasıdır. O Firəngizin alnından öpərək onun dediklərinə əməl edəcəyinə, bununla yanaşı, ona qarşı olan sonsuz məhəbbətinə ömrünün sonuna qədər sadiq qalacağına söz verdi. Bu da Firəngizin eşitdiyi son sözlər oldu. Ənvər sözünü tamamlamış o üzündə xoş bir təbəssümlə bu fani dünyaya əbədi olaraq gözlərini yumdu.

Firəngizin dəfnindən sonra Ənvər hər gün qəbiristanlığa gedib-gələrdi. Onunla xeyli söhbət edər, bütün hər şeyi yenə əvvəlki kimi Firəngizlə bölüşərdi. O hər şeyi Firəngizlə bölüşdükcə rahatlayar, evə xoşbət bir halda qayıdardı.

Bir gün sübh tezdən qəbiristanlığa gedəndə Füzuli kişi ilə qarşılaşdı. Özünü saxlaya bilməyib ağlamağa başladı:

- Məni bağışla səni vaxtında çox qınayıb, "Bu kişi dəli olub" demişəm. "İnsanı qəbiristanlıqda xoşbəxt edə biləcək nə ola bilər ki?" deyə fikirləşmişəm. İndi isə səni başa düşürəm. İnsan əzizini itirdikdə elə əziz evi qəbiristanlıq, o səssiz qalan daş isə ən yaxın sirdaşı olurmuş. O daşla söhbət belə insanda xoş təbəssüm yaradarmış. Bunu yaşamayan bilməz. Mən yaşadım və bildim. Əsl dəli sən yox, elə mənim özümmüşəm.

Füzuli kişi də bir neçə il bundan əvvəl faciə nəticəsində ailəsini itirmişdi. O gündən sonra onun ən əziz evi qəbiristanlıq, yaxınları isə bu soyuq və səssiz daşlar olmuşdu. Hamı onu "dəli" adlandırırdı. Əsl dəli dünyada həmişə əbədi qalacağını zənn edib Füzuli kişi kimi olanları qınayanlardır.

...İnsanları qınamadan əvvəl özünüzü onların yerinə qoymağa çalışın. "Dəli" adlandırmağı deyil, onların dərdlərinə şərik olmağı seçə bilərsiniz. O zaman həyat indikindən daha da gözəl olacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

Xalq Artisti Telman Adıgözəlovun doğum günüdür17.07.2025 - 18:50
Magistratura ixtisas seçimlərinin nəticələri bazar ertəsi açıqlanacaq17.07.2025 - 18:40
Səhnəni erkən tərk edən, gömrük polkovniki olan müğənni: "Alim Qasımova dərs demişəm"17.07.2025 - 18:30
Azərbaycan İlahiyyat İnstitutu – Gələcəyin peşəkar ilahiyyatçıları burada yetişir17.07.2025 - 17:40
Qarabağ Universitetinin psixologiya tələbələri psixoloji mərkəzlərdə təcrübə keçiblər17.07.2025 - 17:35
Barselona Musiqi Muzeyinə Azərbaycan kamançası hədiyyə edilib17.07.2025 - 17:21
Azərbaycan 3 böyük komitəyə üzv seçilib17.07.2025 - 17:10
Bu dəfə ən yüksək balı onlar topladı17.07.2025 - 17:06
II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb17.07.2025 - 16:48
“QS Stars” reytinqi: LDU 3 ulduzla dəyərləndirildi17.07.2025 - 16:43
Ağdaşda kanalda batmış yeniyetmənin meyiti tapılıb17.07.2025 - 16:00
Gəncədə 7 yaşlı uşaq attraksiondan yıxılaraq xəsarət alıb17.07.2025 - 15:50
Ağdaşda yeniyetmə qız su kanalında boğularaq həyatını itirib17.07.2025 - 15:40
İdman Akademiyası və Koventri Universiteti birgə təhsil proqramları üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib17.07.2025 - 15:30
ADA Universiteti dövlət sifarişi əsasında tələbə qəbuluna start verir17.07.2025 - 15:20
Pedaqoji Universitet ali məktəblər sərgisində təmsil olunacaq17.07.2025 - 15:10
Məktəblərdə tədris ilinin yekunlarına dair iclaslar təşkil olunur17.07.2025 - 15:00
Masallı gəncləri bir araya gəlir – II Regional Festival baş tutacaq17.07.2025 - 13:50
Kitabxana statistikası: ADPU-nun Mərkəzi 6 ayda 50 min istifadəçiyə xidmət göstərib17.07.2025 - 13:40
BMU-İNHA ikili diplom proqramının ikinci məzun buraxılışı baş tutub17.07.2025 - 13:30
“Milli yaddaş və mətbuat” mövzusunda elmi sessiya – Folklor İnstitutunda müzakirə17.07.2025 - 13:20
BANM rektoru abituriyentlərlə görüş keçirib17.07.2025 - 13:10
Rektor: “ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz təhsil alır”17.07.2025 - 13:00
Şəhid övladları üçün BDU-da tanıtım turu təşkil olunub17.07.2025 - 12:30
“ADA Universiteti ilk dəfə dövlət sifarişli yerlər ayırır – ümumilikdə 180 yer”17.07.2025 - 12:15
Sabir Rüstəmxanlının “Ömür kitabı” Avropada təqdim edildi17.07.2025 - 12:05
Şəhid övladları üçün BDU-da məlumatlandırma turları təşkil olunub-FOTO17.07.2025 - 12:00
Tarixə bir baxış: Xətaidə “Əkinçi” qəzetinin 150 illik yubileyi-FOTO17.07.2025 - 11:50
Qadın məzunların sayı LDPTM‑də ilk dəfə 50 faizə yüksəldi17.07.2025 - 11:45
BDU Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq17.07.2025 - 11:40
AMEA‑da aparılan multidisiplinar tədqiqatların beynəlxalq aləmdə əks-sədası17.07.2025 - 11:30
Huawei BDU-da rəqəmsal idarəetmə üzrə təqdimat keçirdi- FOTO17.07.2025 - 11:20
Bu dəfə Dəniz...17.07.2025 - 11:10
Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb17.07.2025 - 11:00
Samuxda Uşaq Bağçasında Yanğın Baş Verib.17.07.2025 - 10:50
İstilər pik həddə çatır – Həftəsonu hava necə olacaq?17.07.2025 - 10:50
Peşə Təhsili Müəssisələrinə Qəbul İyul-Avqustda Aparılacaq.17.07.2025 - 10:40
DİM Qiymətləndirmə Üzrə Namizədlər üçün Test İmtahanı Keçirir.17.07.2025 - 10:30
Professor Xəlil Yusiflinin 90 illik yubileyi Gənclər Kitabxanasında anılıb.17.07.2025 - 10:20
Şəhid Azad Abbasovun xatirəsinə həsr olunan “Azad” romanı işıq üzü görüb.17.07.2025 - 10:10
AMEA-da “Azərbaycan Mətbuatının İnkişafı” Konfransı Keçirilib17.07.2025 - 10:00
Azərbaycanda İlk Beynəlxalq Mini-MBA Proqramı UNEC-də Başlayır17.07.2025 - 09:50
Azərbaycan mətbuatı: 150 il və “Elm və həyat” jurnalının fəaliyyəti.17.07.2025 - 09:40
“Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişanla təltif olunub.17.07.2025 - 09:30
Qabiliyyət imtahanlarına dair vacib məlumat – buraxılış vərəqələri hazırdır.17.07.2025 - 09:20
Sabaha gözlənilən hava: İsti və əsasən yağmursuz olacaq17.07.2025 - 09:10
Lənkəran Dövlət Universiteti “QS Stars” qiymətləndirməsində 3 ulduz alıb17.07.2025 - 09:00
Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb17.07.2025 - 07:20