Təhsil 365 - Logo Mobile

Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti - Bakı şəhəri, 27 mart 2003-cü il

15331.03.2025 - 07:55
Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti - Bakı şəhəri, 27 mart 2003-cü il

Hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu gün erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilmiş qanlı cinayətlərin qurbanları anılır, onların xatirəsi ehtiramla yad edilir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu tarixi faciə ilə bağlı xalqa müraciət edərək, dünya ictimaiyyətinin diqqətini erməni şovinistlərinin apardığı soyqırımı siyasətinə yönəltmişdir. Təqdim etdiyimiz bu müraciət həmin dövrdə "Azərbaycan" qəzetində dərc olunmuşdur.

"Tehsil365" həmin müraciəti təqdim edir:

Əziz həmvətənlər!

“Mən sizə dünya azərbaycanlılarının kədər və hüzn, tarixi yaddaş günü qeyd olunan 31 mart soyqırımı münasibəti ilə müraciət edirəm.

Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin qayəsi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə mifik "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün ardıcıl olaraq ideoloji, hərbi və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Xalqımızın tarixi kobud surətdə təhrif olunmuş, erməni tarixçiləri və ideoloqları toponimlərimizi, mədəniyyət abidələrimizi öz adlarına çıxmaq üçün davamlı səylər göstərmişlər. Onilliklər boyu davam edən soyqırımı siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunmuşdur.

Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar, 20-ci illərdə Zəngəzurun ermənilərə verilməsi, Qarabağ ərazisində erməni muxtariyyətinin yaradılması, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistandan deportasiyası vahid strateji planın tərkib hissəsi idi. Ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyinin təhriki ilə Ermənistanın Azərbaycana yeni ərazi iddiaları irimiqyaslı müharibə, 20 faiz Azərbaycan torpaqlarının erməni hərbi birləşmələri tərəfindən qəsb edilməsi, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələndi. 1992-ci ilin fevralında törədilmiş Xocalı faciəsi isə insanlığa qarşı çevrilmiş, öz qəddarlığına və anasızlığına görə misli görünməmiş genosid aktı kimi tarixdə qalacaqdır. Davakar erməni millətçilərinin və onların ideoloqlarının xalqımıza qarşı cinayətlərinin tam olmayan siyahısı belədir. Yüzillər boyu davam edən bu şovinist və davakar siyasət nəticəsində əzəli Azərbaycan torpaqları təcavüzkar qonşular tərəfindən qəsb olunmuş, on minlərlə soydaşımız vəhşicəsinə öldürülmüş, minlərlə maddi və mənəvi mədəniyyət abidələri vandallıqla dağıdılmışdır. Keçən dövrdə mütəmadi olaraq erməni xalqının geniş dairələri azərbaycanlılara qarşı nifrət ruhunda tərbiyə olunmuş, kütlənin şüurunda "türk-azərbaycanlı" düşmən obrazı yaradılmış, bu məqsədə xidmət edən "mədəni-milli cəmiyyətlər", terrorçu təşkilatlar şəbəkəsi qurulmuşdur.

Öz müvəqqəti və aldadıcı uğurlarından vəcdə gəlmiş və bu vəziyyəti hüquqi cəhətdən təsbit etməyə çalışan erməni şovinist millətçiləri beynəlxalq hüquq normalarına meydan oxuyur, dünya dövrlərini və beynəlxalq ictimaiyyəti işğal faktı ilə barışdırmağa çalışırlar. Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı ideoloji təxribatlar, məkrli siyasi-diplomatik kombinasiyalar davam etdirilir, bu məqsədlə strukturlaşmış erməni diasporunun və erməni lobbisinin geniş imkanlarından daim istifadə olunur. Hazırda Ermənistan rəhbərliyi və erməni diasporu dünya ictimaiyyətini dezinformasiya yolu ilə aldatmaq praktikasını davam etdirərək, "əzablar görmüş erməni xalqı" obrazını şüurlarda möhkəmləndirməyə cəhd edir. Bütün məqbul və qeyri-məqbul vasitələrdən yararlanmaqla əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, təcavüzkarla onun qurbanının ünvanını dəyişməyə çalışırlar.

1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.

Yalançı "genosid" haqqında yorulmadan dünyaya car çəkən və bundan siyasi-maliyyə dividendləri qazanmaq, hansısa "kompensasiyalara" nail olmaq üçün istifadə edən davakar erməni millətçilərindən fərqli olaraq, biz azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünyaya çatdıran zaman bu kimi məqsədlər güdmürük. Hesab edirik ki, müasir dünyada başqa dövlətlərə qarşı ərazi iddiaları, bütöv xalqlara nifrət ideologiyası, dövlətlər və xalqlar arasında mübahisəli məsələlərin hərb yolu ilə həlli cəhdləri qəbuledilməzdir. Eyni zamanda, bütün dünya əsl soyqırımı haqqında həqiqətləri bilməli, bu gün baş verən hadisələrin kökləri və mahiyyəti açılmalı, yanlış stereotiplər dağıdılmalıdır. Biz müstəqilliyin verdiyi imkanlardan, insanlarımızın vətənpərvərliyindən, ölkəmizin malik olduğu maddi və mənəvi sərvətlərindən faydalanaraq, cəmiyyətimizin və dövlətimizin tərəqqisinə nail olmaq, vətəndaşlarımız üçün firavan və təhlükəsiz həyat təmin etmək əzmi ilə yaşayırıq.

Soyqırımı qurbanlarının əziz xatirəsi qarşısında hörmətlə baş əyərək, xalqımıza səadət, cəmiyyətimizin tərəqqisi və milli vəzifələrimizin həlli yolunda uğurlar arzulayıram”.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 30 mart 2003 il.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycan və Tacikistan arasında təhsil əməkdaşlığı çərçivəsində 2025–2026-cı il üzrə təqaüd proqramı elan edildi01.07.2025 - 13:00
Mingəçevir Dövlət Universitetində Məzun günü keçirilib 01.07.2025 - 12:50
ADNSU-da “Məzun Günü” qeyd edilib - FOTO 01.07.2025 - 12:40
Rezidenturaya qəbul imtahanının nəticələri elan edilib01.07.2025 - 12:30
Təkrar sertifikatlaşdırma suallarında səhv olmayıb01.07.2025 - 12:20
334 müəllim təkrar sertifikatlaşdırmada iştirak etməyib01.07.2025 - 12:10
İmtahan zamanı qaydaları pozan 4 müəllimin nəticələri ləğv olunub01.07.2025 - 12:00
Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərin sayı 2000-i ötüb01.07.2025 - 11:50
Akademik Cəlal Əliyevin 97-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilib01.07.2025 - 11:40
“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul üçün müraciət etmək istəyən şagirdlərin nəzərinə01.07.2025 - 11:30
PUA uçuş məlumatlarının məxfiliyinin qorunması ilə bağlı tədqiqat həyata keçirilib01.07.2025 - 11:20
Akademik Cəlal Əliyevin məzarı önündə ziyarət həyata keçirilib01.07.2025 - 11:10
Azərbaycan alimi Tokio Milli İnformatika İnstitutundan əməkdaşlıq təklifi alıb01.07.2025 - 11:00
İncəsənət məktəblərində məzmun islahatı aparılacaq01.07.2025 - 10:50
Musiqi və incəsənət müəllimləri üzrə attestasiya prosesi yekunlaşıb01.07.2025 - 10:40
Dənizdən meyiti tapılan şəxsin tələbə olduğu məlum olub01.07.2025 - 10:30
“İmtahana buraxılış vərəqəsi”ni bu şəxslər çap edə bilərlər01.07.2025 - 10:20
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşlarla görüş keçirib01.07.2025 - 10:10
Azərbaycanlı professor Vaşinqton şəhərində dünyasını dəyişdi01.07.2025 - 10:00
Azərbaycanda yeni mamır növləri ilə bağlı tədqiqat aparılıb - FOTO01.07.2025 - 09:50
İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib01.07.2025 - 09:40
İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır01.07.2025 - 09:30
Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur01.07.2025 - 09:20
Məktəblimiz İtaliyada keçirilən yarışda gümüş medal qazandı - FOTO01.07.2025 - 09:10
Sabah hava necə olacaq?01.07.2025 - 09:00
Pedaqoji Universitet 28 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir01.07.2025 - 08:50
BDU-nun məzunu Cənubi Koreyada magistratura təhsili alacaq01.07.2025 - 08:40
Beynəlxalq simpoziumda azərbaycanlı alimlərin məruzələri dinlənilib - FOTORA01.07.2025 - 08:30
Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edəcək - FOTO01.07.2025 - 08:20
"ChatGPT"nin əmək bazarına təsiri01.07.2025 - 08:10
17 yaşlı gənc kanalda batdı01.07.2025 - 08:00
Oxu.Az 12 yaşını qeyd edir01.07.2025 - 07:50
"Beynəlxalq Təhsil İcmalı" adlı bülletenin iyun sayı təqdim edilib01.07.2025 - 07:40
Magistratura üçün ixtisas seçiminin vaxtı müəyyən olub 01.07.2025 - 07:30
DİM “B2 First” imtahanı keçirəcək 01.07.2025 - 07:20
Bu gün hava necə olacaq?01.07.2025 - 07:10
Mədəniyyət naziri Adil Kərimli Lerik rayon Mədəniyyət Mərkəzində vətəndaşların müraciətini dinləyəcək 01.07.2025 - 07:00
Emin Əmrullayev Daşkəsən şəhərində vətəndaşların müraciətlərini dinləyib -FOTO 01.07.2025 - 06:50
AMEA-nın Folklor İnstitutunda “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii interpretasiya” mövzusunda elmi sessiya keçirilib -FOTO 01.07.2025 - 06:40
“Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları” mövzusunda seminar keçirilib -FOTO 01.07.2025 - 06:30
AMEA-nın 80 illiyi qeyd edilib -FOTO 01.07.2025 - 06:20
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib -FOTO 01.07.2025 - 06:10
Metodist olmaq istəyən müəllimlər üçün sənəd qəbulu başladı – son müraciət tarixi 30 iyun 202530.06.2025 - 14:50
Metodist olmaq istəyən müəllimlər üçün qeydiyyat başladı — son tarix 30 iyun 202530.06.2025 - 14:40
MİQ imtahanının qiymətləndirilməsi və keçid balı açıqlanıb30.06.2025 - 14:30
AzTU-da “TəhsilPlus” kartı təqdim olunub: müəllimlərin sosial rifahına dəstək müzakirə edilib30.06.2025 - 14:10
Cavid Rəhimli Kembric Universitetindən “Pro Bono Platinum” mükafatı aldı30.06.2025 - 14:00
Türkiyəli memar və rəssam İbrahim Akıncı Ədəbiyyat Muzeyini ziyarət etdi30.06.2025 - 13:50