ALLAHU təala bizlərə bu dində hər sualın cavabını bildirib. Əsas odur ki, bizlər bu dini doğru olaraq oxuyub öyrenek və öyredek.
Hal-hazırda mövcud olan din adamları öz işlərini yerinə yetirmək yerinə başqa işlərlə məşğul olurlar.
Məsələn: Bəzi sözdə dindarlar biz doğruyuq deyə-deyə Quran ayələrini öz istədikləri kimi yozub və içdimaətə də elə təqdim edirlər. Bunu etmək insafsızlıq, vicdansızlıqdır.
Bir baxırsan hədis inkar edirlər, bir baxırsan hər hansısa Quran ayəsinə özlərindən məna uydurub danışırlar. Bunu etmək zülümdür və kafirlikdir. ALLAH bunun qarşılığında sizləri cəzalandıracaq buna şübhəniz olmasın.
Namaz 5 vaxt olduğu halda 3 vaxt deyirlər. Ölüyə Quran oxuna bildiyi halda oxunmasına xurafat deyirlər. Qəbir aləmindəki neyməti əzabı inkar edirlər. Halbuki bunlarla bağlı məlumatlar, hədis var. Mən burada o yalan deyənlərin bəzilərinin adını verə bilərdim, yalnız sayıları o qədər çoxdur ki, hansından deyim? Bilmədim. Sözlərimi yekunlaşdırarkən onu demək istəyirəm ki, dindar görünüb şeytan olanlara qarşı ehtiyatlı olaq.
Cəmil Musayev
Türkiyə Dövlət universitetinin İslami İlimler Fakultəsinin tələbəsi