Təhsil 365 - Logo Mobile

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

8402.04.2025 - 07:39
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

Bəzi media resurslarında, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınacağı ilə bağlı vədlər, hətta zəmanət də verilir.

Agentlikdən “Tehsil365”ə bildirilib ki, xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət TKTA-nın səlahiyyətləri xaricindədir, həmçinin Agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şəxslə, şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu kimi vasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir.

TKTA xaricdə təhsil almaq istəyən vətəndaşlara təhsillərini tamamladıqdan sonra əldə olunan kvalifikasiyanın tanınmasında hər hansı bir çətinliklə qarşılaşmamaq üçün aşağıdakı məqamlara diqqət etmələrini tövsiyə edir:

  1. Seçilən ixtisasların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli, 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr 2024-cü il tarixli, 503 nömrəli Qərarı ilə “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı” və “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda yer alması;

  2. Kvalifikasiyanın aid olduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması (enic-naric.net keçidindən istifadə etməklə müvafiq məlumatı əldə etmək mümkündür);

  3. Nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil alınan ölkənin ərazisində olmaq və tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisaslarına münasibətdə təhsilin bütün normativ müddətində təhsil alınan ölkənin ərazisində olmaq);

  4. Müvafiq Qaydalara əsasən ölkə ərazisində yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında (qiyabi “Baytarlıq təbabəti” və “Əczaçılıq” ixtisasları istisna olmaqla) əldə olunmuş kvalifikasiyalara münasibətdə tanınmanın həyata keçirildiyinin nəzərə alınması;

  5. Tədris müddətində seçilən dərslərin ixtisasla uyğunluq təşkil etməsi və minimum kredit həcminin qarşılanması;

  6. “Açık öğretim” təhsilalma formasında əldə olunmuş kvalifikasiyaların ölkə ərazisində tanınmaması;

Məlumat üçün bildiririk ki, sözügedən Qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.

Bundan əlavə bildiririk ki, vətəndaşlarımıza dəstək məqsədilə TKTA-nın internet səhifəsində Agentliyə edilən müraciətlər əsasında “Tanınmayan universitetlərin siyahısı”(https://www.tkta.edu.az/p/diplomlari-taninmayan-universitetlerin-siyahisi) və  “Ən çox imtina alan universitetlərin siyahısı” (https://www.tkta.edu.az/p/en-cox-imtina-alan-universitetlerin-siyahisi) dərc edilib.

Eyni zamanda vətəndaşlarımız qeyd edilən məsələlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün  Agentliyin 146-8 Çağrı Mərkəzinə zəng edə və ya [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Agentlik olaraq, vətəndaşlarımıza müvafiq seçim etməmişdən əvvəl yuxarıda qeyd edilən Qaydalarla tanış olmağı tövsiyə edirik.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycanlı gənclər Oksford Universitetində təhsil alacaqlar18.08.2025 - 19:00
İctimai nəqliyyat oxumaq üçün fürsətdir18.08.2025 - 19:00
Texnologiyanın düzgün istifadəsi vacibdir18.08.2025 - 18:50
Sosial fəaliyyətlər akademik uğura təsir edir18.08.2025 - 18:44
“Elsevier” şirkəti ilə elmmetrik həllərin tətbiqi istiqamətində görüş keçirilib18.08.2025 - 18:40
Xarici dil bilmək iş imkanlarını artırır18.08.2025 - 18:38
Dövlət Komitəsindən valideynlərə xəbərdarlıq: "Uşaqlar sosial şəbəkələrdə qorunmur" 18.08.2025 - 18:34
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi-nəzəri əsasları araşdırılır18.08.2025 - 18:30
Səhər idmanı gün boyu enerjili edir18.08.2025 - 18:25
Ölkəmizdə ilk dəfə rezidentlər donuz modelində Laparoskopik Uroloji və Ginekoloji kurs təşkil edilib18.08.2025 - 18:20
Debatlar tələbələrdə analitik düşüncə yaradır18.08.2025 - 18:17
Türkiyənin Azərbaycandakı səfiri ADAU-da olub18.08.2025 - 18:10
Rəqəmsal savadlılıq vacib bacarıqdır18.08.2025 - 18:10
BMU məzunu təhsilini Böyük Britaniyanın universitetində davam etdirmək hüququ qazanıb18.08.2025 - 18:00
Təcrübə proqramları iş dünyasına açılan qapıdır18.08.2025 - 18:00
Oğuzda Gülxani Pənah ilə oxucuların görüşü keçirilib18.08.2025 - 17:59
Xarici dil öyrənmək beynin elastikliyini artırır18.08.2025 - 17:52
Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə test imtahanı keçirilib18.08.2025 - 17:50
Koreyalı müəllim BMU tələbələrinin biliklərini yüksək qiymətləndirib18.08.2025 - 17:50
Könüllülük təcrübəsi gələcək karyerada dəyərli rol oynayır18.08.2025 - 17:45
ADNSU Məzunu “EuPA 2025” Konfransında tədqiqat materialını təqdim edib18.08.2025 - 17:40
Yuxusuzluq dərs nəticələrini zəiflədir18.08.2025 - 17:37
Gəncədə qurumuş ağacların elektron nişanlanması: şəhər ekologiyasının rəqəmsallaşdırılması18.08.2025 - 17:35
İdmanın yaddaş gücünə təsiri sübut olunub18.08.2025 - 17:30
ADNSU tələbələri “Kiber Yay Məktəbi 2025” Beynəlxalq Yay Düşərgəsində iştirak ediblər18.08.2025 - 17:30
Onlayn kitabxanalar gənclərin əlini rahatlaşdırır18.08.2025 - 17:20
BDU-da “Qafqazda və Mərkəzi Asiyada ərəb dilinin tədrisinin tarixi” mövzusunda beynəlxalq forum keçirilib18.08.2025 - 17:20
Zaman idarəsi uğurlu tələbələrin əsas sirridir18.08.2025 - 17:12
Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır18.08.2025 - 17:10
Müəllimlərin yaradıcılıq bacarıqları dərslərə rəng qatır18.08.2025 - 17:05
Qəhvənin tələbələrə təsiri18.08.2025 - 17:00
Şagirdlərdə internet asılılığı18.08.2025 - 16:50
Tələbələrdə depressiyanın gizli səbəbləri18.08.2025 - 16:45
Gənclərin karyera inkişaf platformasında satış və marketinq təlimlərinin əhəmiyyəti18.08.2025 - 16:42
Suyun az içilməsi diqqət dağınıqlığı yaradır18.08.2025 - 16:39
Gənclərimiz beynəlxalq motokross yarışında uğur qazanıb18.08.2025 - 16:35
Qəbələ Dövlət Peşə təhsil mərkəzinə 702 tələbə qəbul olunub18.08.2025 - 16:35
Avropada təhsil imkanı: Latviya dövlət təqaüdü və onun üstünlükləri18.08.2025 - 16:32
Kitab oxumaq stressi azaldır18.08.2025 - 16:30
Sosial şəbəkələrin yuxuya təsiri18.08.2025 - 16:24
Latviya Universitetinin epidemiologiya və tibbi statistika ixtisası18.08.2025 - 16:22
Müasir məktəblərdə fərdi yanaşmanın rolu18.08.2025 - 16:20
İdman edən tələbələr daha az stres yaşayır18.08.2025 - 16:15
Erkən yatmaq akademik uğuru artırır18.08.2025 - 16:09
Gənclərdə yaddaşı gücləndirən qidalar18.08.2025 - 16:00
Almaniyada məktəblərdə inklüziv və gələcəyə yönəlik proqramlar artırılır18.08.2025 - 15:57
Yunanıstanda doğumların azalması və məktəb şagirdlərinin azalması böhran yaradır18.08.2025 - 15:42
Aktiv öyrənmə metodlarının təhsildə tətbiqi18.08.2025 - 15:40