Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov 9 aprel 2025-ci il tarixində Goranboy rayonu üzrə təhsil sektorunun inzibati binasında vətəndaşları qəbul edəcək.
“Tehsil365” xəbər verir ki, qəbulda iştirak etmək istəyən şəxslər bu link- https://docs.google.com/forms/d/1Iz8hsVFkQZmIVOi2OMrZpoKiwTE83HH6cBL_0yW1HS0/edit vasitəsilə əvvəlcədən onlayn qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, vətəndaş qəbulunda yalnız öncədən qeydiyyatdan keçmiş şəxslər iştirak edə biləcəklər.