Təhsil 365 - Logo Mobile

Süni dadlandırıcılar beyində aclıq hissini artıra bilər - TƏDQİQAT

5505.04.2025 - 06:47
Süni dadlandırıcılar beyində aclıq hissini artıra bilər - TƏDQİQAT

Yeni tədqiqat nəticələri göstərir ki, süni dadlandırıcı sukraloza (ticarət adı ilə Splenda) beynin iştaha və qida istəyi ilə bağlı hissəsinə təsir edərək aclıq hissini artıra bilər.

“Tehsil365” “sciencealert.com” saytına istinadla xəbər verir ki, Cənubi Kaliforniya Universitetindən endokrinoloq Kathleen Alanna Peyc və onun komandası tərəfindən aparılan bu araşdırmada 18 yaşdan 35 yaşa qədər olan 75 nəfər iştirak edib. İştirakçılar üç fərqli gün müxtəlif içkilər qəbul ediblər: biri sukraloza, digəri təbii şəkər (saxaroza), üçüncüsü isə sadə su tərkibli olub. Hər içkidən sonra iştirakçıların qan testləri aparılıb və beyin aktivliyi MRT vasitəsilə izlənilib.

Tədqiqatın nəticələrinə əsasən, saxaroza (təbii şəkər) qəbul edildikdə hipotalamusda qan axını azalıb və bu, iştirakçılarda aclıq hissinin azalması ilə müşayiət olunub. Sukraloza qəbul edildikdə isə əks təsir müşahidə olunub, yəni hipotalamusda qan axını artmış və iştirakçılar daha çox aclıq hiss etdiklərini bildiriblər. Sukraloza istehlakı, qanda şəkərin səviyyəsini tənzimləyən hormonların (məsələn, insulin və GLP-1) aktivliyində də dəyişikliklərə səbəb olub. Tədqiqatçılar hesab edirlər ki, sukraloza bədənin qida qəbuluna verdiyi siqnalları poza bilər. Təbii şəkər (saxaroza) qəbul edildikdə orqanizm kalori qəbul etdiyini anlayır və buna uyğun hormon reaksiyası verir. Lakin süni dadlandırıcılar kalori təmin etmədiyi üçün beynin metabolik siqnalları ilə real enerji balansı arasında uyğunsuzluq yaranır. Bu isə uzunmüddətli dövrdə bədənin daha çox qida istəməsinə səbəb ola bilər.

Bu araşdırma süni dadlandırıcıların piylənmə və metabolik xəstəliklərə potensial təsiri ilə bağlı narahatlıqları artırır. Əvvəlki tədqiqatlar sukralozanın bağırsaq mikroflorasına mənfi təsir göstərə biləcəyini, qlükoza balansını poza biləcəyini, hətta DNT zədələnməsi ilə əlaqəli ola biləcəyini göstərib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ildə süni dadlandırıcıların uzunmüddətli sağlamlıq təsirləri barədə xəbərdarlıq etmişdi. Alimlər isə indi xüsusilə uşaqlar və yeniyetmələr üçün potensial riskləri araşdırırlar.

Aydan Ələkbərova

Xəbər Lenti

Kikboksçuların iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş xatirə turniri keçirilir - FOTO13.04.2025 - 13:18
Milli Kitabxanada Əməkdar incəsənət xadimi Məryəm Əlizadənin yaradıcılığına həsr edilən sərgi açılıb13.04.2025 - 12:45
Ağdamda azyaşlını it dişləyib13.04.2025 - 12:20
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir13.04.2025 - 11:50
51 min şagird imtahan verib13.04.2025 - 11:19
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib13.04.2025 - 10:59
Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib 13.04.2025 - 10:48
İmtahanda 3 nəfərdə mobil telefon aşkar edilib13.04.2025 - 10:26
Göygöldə 16 yaşlı qız dəm qazından zəhərlənib13.04.2025 - 07:59
Qarabağ Universitetində iki günlük konfrans yekunlaşıb13.04.2025 - 07:40
Şuşa, Xankəndi və Xocalı ilk buraxılış imtahanı 13.04.2025 - 07:25
Bu yaşda autizm simptomları daha yüksəkdir - TƏDQİQAT13.04.2025 - 06:55
Ümumdünya Rok-n-Roll Günüdür13.04.2025 - 06:35
Bakı Ali Neft Məktəbi və BERC&Partners-dən tələbələr üçün startap müsabiqəsi – Qalibləri qiymətli mükafatlar gözləyir13.04.2025 - 06:22
DİM Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək13.04.2025 - 06:10
Bu gün 51 mindən çox şagirdin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verməsi nəzərdə tutulur13.04.2025 - 05:50
Xaçmazda məktəbli qız itkin düşüb12.04.2025 - 19:20
Abidə tez bir zamanda təmir edilməsə, təbii təsirlərdən dağılacaq - AÇIQLAMA 12.04.2025 - 16:14
Ağstafada 9-cu sinif şagirdləri ilə motivasiya görüşü keçirilib - FOTO12.04.2025 - 15:17
Qarabağ Universitetində beynəlxalq konfrans davam edir - FOTO12.04.2025 - 14:40
“Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində keçirilən şahmat turnirinin qalibi müəyyənləşib - FOTO12.04.2025 - 14:06
UNEC-in Zaqatala filialında bir sıra yeni infrastruktur obyektlərinin açılışı olub - FOTO12.04.2025 - 13:35
Azərbaycanı beynəlxalq arenada təmsil etmək istəyən gənclərin NƏZƏRİNƏ!12.04.2025 - 12:53
Samir Babayev: Altı illik Tibb və dörd illik Tibb bacısı təhsili bu il başlanır12.04.2025 - 12:25
“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb12.04.2025 - 11:39
“Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” birgə layihəsinin müzakirəsi olub - FOTO12.04.2025 - 11:24
SDU-da Ümumdünya Aviasiya və Kosmonavtika Günü qeyd olunub - FOTO12.04.2025 - 10:57
Rusiyada təhsil alan azərbaycanlı hərbi qulluqçularla GÖRÜŞ12.04.2025 - 10:37
Qəbələdə 17 yaşlı oğlan itkin düşüb 12.04.2025 - 10:28
Azərbaycanda zəlzələ olub12.04.2025 - 10:15
Bir liseyin 300 bal toplayan ŞAGİRDLƏRİ12.04.2025 - 10:03
Bakıda gənc oğlan özünü asdı12.04.2025 - 09:43
UNEC-də keçirilən Elm Festivalı uğurla yekunlaşdı - FOTO12.04.2025 - 09:27
FHN məktəblərdə maarifləndirmə tədbirləri keçirdi - FOTO12.04.2025 - 09:13
Nəticələrindən narazı olan şagirdlərə DİM-dən CAVAB VERİLDİ12.04.2025 - 08:51
Spirtli içki beyində zədələnmə riskini artırır - ARAŞDIRMA12.04.2025 - 08:36
Lənkəran-Astara Regional Təhsil İdarəsi "Whatsapp" xidmətini istifadəyə verdi12.04.2025 - 08:21
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu ilə bağlı müraciət prosesi açıqlanıb - RƏSMİ12.04.2025 - 08:10
Rövşən Abdullaoğlunun yeni kitabının təqdimatı və imza günü keçiriləcək - FOTO12.04.2025 - 07:53
Alimlərdən XƏBƏRDARLIQ: Bu peşə beyin üçün ən təhlükəlisidir12.04.2025 - 07:42
ADA məktəbinin şagirdi vəfat edib - FOTO12.04.2025 - 07:31
Müəllimlərlə bağlı müsabiqədə qeydiyyat BAŞA ÇATIB12.04.2025 - 07:20
Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür12.04.2025 - 07:09
Bu gün TOEFL iBT imtahanı keçiriləcək12.04.2025 - 06:57
Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlər BANM-ı seçir12.04.2025 - 06:46
Xəzər Universitetinin müəlliminin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub12.04.2025 - 06:33
300 bal toplayan Sona bu universitetdə oxumaq istəyir12.04.2025 - 06:21
Universitet müəllimi vəfat etdi12.04.2025 - 06:10