Neftçala rayonunda ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş təşkil olunub.
“Tehsil365” xəbər verir ki, görüş Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşovun rəhbərliyi ilə baş tutub. Tədbirdə tədrisin keyfiyyətinin artırılması, “BilBacar” müsabiqəsi, həyata keçiriləcək monitorinqlərə hazırlıq və Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsinin nəticələri müzakirə olunub.
Bununla yanaşı, məktəb rəhbərlərinə məktəblərin keyfiyyət monitorinqinin çərçivə sənədi barədə də ətraflı məlumat təqdim edilib.